KİTABXANA
 
 
Ümumi Məlumat

2 nömrəli Bakı Baza Tibb Kollecində zəngin kitabxana fəaliyyət göstərir.
 
Kitabxana fonddan və oxu zalından ibarətdir. Oxu zalı komputerlərlə təmin edilmişdir.
 
Kompyuterlər beynəlxalq şəbəkəyə qoşulmuşdur. Kitab fondu mütəmadi olaraq müasir tibbi və bədii ədəbiyyatlar təchiz olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004 –cü il tarixli sərəncamı ilə hər il çoxlu sayda bədii ədəbiyyat kitabxanaya hədiyyə olunur.
 
Kitabxananın nəzdində “elektron kitabxana” fəaliyyət göstərir. Tələbələr və müəllimlər asudə vaxtlarında oxu zalında təkcə dərsliklərlə deyil, əlavə ədəbiyyatlarla təmin edilir və internet xidmətindən də istifadə edirlər.
 
 
 
İxtisas üzrə elektron dərs vəsaitlər

2 nömrəli Bakı Baza Tibb Kollecinin rəhbərliyi və müəllim heyəti tərəfindən hazırlanan elektron dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Dövlət Standartı və tədris planı üzrə tərtib olunmuş proqrama əsasən hazırlanmışdır.
 
Bu elektron vəsait kollecin rəhbərliyinin, müəllimlərin və eləcə də kompüter operatorlarının böyük zəhməti nəticəsində ərsəyə gəlmişdir.
 
Elektron vəsaitdə bütün fənlərdə olan mövzular geniş izah olunmuş və günün ən aktual problemi olan əczaçılıq işinin təşkilinə, onun mahiyyətinə, məzmununa, dərman formalarının hazırlanmasına, texnologiyasına, dərman bitkilərinin istifadə qaydalarına, əczaçının hüquq və vəzifələrinə, onun deontoloji işə hazırlığına geniş yer verilmişdir.
 
Mamalıq işi
 
Müalicə işi
 
Tibbi profilaktika
 
Ortopedik stomatologiya
 
Əczaçılıq
 
Tibb bacısı işi
 
Laboratoriya diaqnostikası
 
Video dərs vəsaitlər
 
PowerPoint dərs vəsaitlər

 
 
 
 
©2013 AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 2 NÖMRƏLİ BAKI BAZA TİBB KOLLECİ bütün huquqları qorunur.