MAMALIQ İŞİ
 
 
Umumi Məlumat

İxtisas dərəcəsi : Mama-ginekoloji müəssisələrində mama və tibb bacısı
Təhsil müddəti : 3-il
"Mamalıq işi" şöbəsi 2 nömrəli Bakı Baza Tibb Kollecində 1989-ci ildən fəaliyyət göstərir
 
 
 
Məzunun İxtisas Fəaliyyəti Sferasının Xarakteristikası

Səhiyyə sahəsində ixtisasın yeri: Şəhər və rayonların mama-ginekoloji müəssisələrində (qadın məsləhətxanaları, doğum evləri, xəstəxanaların doğum şöbələrində) hamilə qadın və ginekoloji xəstələrə həkimə qədər müalicə, profilaktik və təxirəsalınmaz tibbi yardım göstərmək üçün mama və tibb bacısı, kənd yerlərində “feldşer - mama” məntəqələrində orta ixtisas təhsilli məntəqə müdiri və tibb işçisi hazırlayır.

“Mamalıq işi” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır:

- İşlədiyi əhatə dairəsində hamilə qadınları, xüsusilə hamiləlik və doğuş ağırlaşmaları olan qadınları vaxtında aşkar edib həkim nəzarətinə çatdırmalı;

- Hamiləlik, doğuş, doğuşdan sonrakı dövrlərdə və ondan kənar vaxtlarda qadın xəstəliklərinin aşkar edilməsi və müalicəsində həkimin tam hüquqlu yardımçısı olmalı;

- Fəsadlaşmış hamiləlik, yaralanma, qanaxma, zəhərlənmələrdə və yenidoğulmuş körpəyə kəskin xəstəliklər zamanı təxirəsalınmaz yardım göstərməyi;

- Müayinə üsulu ilə hamiləliyin diaqnozunu qoymağı, hamiləliyin müddətini (ay, həftə) təyin etməyi və differensasiya etməyi;

- Hamilə, zahi və ginekoloji xəstələrin ambulator qəbulu.Onlara evlərində patronaj yardımı;

- Hamilə və ginekoloji xəstələrdə qan qrupları, hemoqlobin, sidikdə zülalın təyini və fizio-terapevtik proseduraları;

- Zahi qadına, evə yazıldıqdan sonra nəzarət etməli, zahiliq və doğuş patologiyasının baş verməsinin qarşısını almalı;

- Zahi və ginekoloji xəstələrə qulluq və müalicə üsullarını, lazım olan əməliyyatları bacarmalı;

- Doğum evlərində yeni doğulmuşların vərəmə və hepatitə qarşı peyvənd edilməsini;

- Normal doğuş qəbul etməyi, yenidoğulmuşlara birincili və ikincili qulluğu;

- Qadın məsləhətxanası və ginekoloji kabinetlərdə aşkar və gizli keçən xəstəlikləri, xüsusən xərçəng, AİDS və zöhrəvi xəstəliklərin ilk formalarının vaxtında aşkar edilməsini;

- Reanimasiya şöbələrində aparılan əməliyyatlarda bütün manipulyasiyaları vaxtında, düzgün və peşəkarcasına yerinə yetirməyi;

- Təsdiq olunmuş tibbi sənədlərin tərtibi və düzgün aparılmasını;

- Həkimin təyinatını həyata keçirməyi: qadınlarda xərcəng xəstəliyinin ilkin formasını aşkar etmək üçün müayinə etməyi;

- Sağlam həyat tərzi məqsədilə sanitar maarifi işi aparmağı, planlı ailə qurma, kontraseptivlərdən istifadə etmək üsullarına aid məsləhət verməyi;

- Tibbi arayışlar verməyi, təcili yardım göstərmək üçün, dərman almaq üçün imza ilə təsdiqlənmiş tələbnamə yazmağı;

- Öz fəaliyyətinin nəticələrini yekunlaşdırmağı, öz sahəsi üzrə sənədlərin aparılmasını.

İxtisaslar

040703 “Mamalıq işi” şöbəsinin məzunu xüsusi hazırlıq səviyyəsinə görə aşağıdakı ixtisas fəaliyyətini yerinə yetirə bilər:

- Müalicə mühafizə

- Diaqnostika;

- Sanitar gigiyenası;

- Səhiyyə təşkilatı ixtisasa uyğunlaşma (adaptasiya) imkanları;

- Sadə reanimasion tədbirləri, müasir narkoz və reanimasion cihazlardan istifadə etməyi;

- Feldşer-mama məntəqəsində ştatda patronaj tibb bacısı olmadıqda bir yaşa qədər uşaqların sağlamlığına, fiziki, psixi inkişafına nəzarət etməyi;

- Ümumi kliniki və laborator müayinələrin aparılması və nəticələrin qiymətləndirilməsi;

- Təşkilatı, statistik göstəriciləri hesablamaq və analiz etməyi bacarığı.


Mamalıq ixtisası üzrə kolleci bitirən məzunlar təhsil müəssisələrində də fəaliyyət göstərə bilər.

 
 
 
 
 
 
 
 
 
 
©2013 AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 2 NÖMRƏLİ BAKI BAZA TİBB KOLLECİ bütün huquqları qorunur.