METODİK İŞ

2 nömrəli Bakı Baza Tibb Kollecinin tədris-metodik kabineti Respublikada fəaliyyət göstərən Tibb Kolleclərinə tədris-metodik köməklik edən bir bölmədir. Tədris-metodik kabinet 2 nömrəli Bakı Baza Tibb Kollecinin mövcud əsasnaməsinə istinad edərək fəaliyyət göstərir.

Kabinetin nəzdində metodik şura yaradılıb. Metodik şuranın tərkibi 25 nəfərdən ibarətdir. Şuranın tərkibinə Tədris işləri üzrə direktor müavini, metodistlər, fənn birləşmə sədrləri və təcrübəli müəllimlər cəlb olunublar.

Metodik şura kabinetin iş planını və görülmüş işlərin icra vəziyyətini müəyyən edir, qabaqcıl pedaqoji təcrübəni öyrənir, ümumiləşdirir. Onların yayılmasına dair təkliflər verir. Fənn proqramlarının layihələrini müzakirə edir. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq tövsiyyələr hazırlayır. Günün pedaqoji problemlərinə həsr olunmuş konfranslar və seminarlar təşkil edir.

Metodik Kabinetin Vəzifələri

1. Tədris-metodik kabinet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orta tibb təhsili müəssisələri üçün tədris planları, fənn proqramları, tədris-metodik ədəbiyyatın hazırlanmasını, tədrisin metodikasını təşkil edir. Respublikanın tibb təhsili müəssisələrində tədris-metodik işi koordinasiya edir və onu istiqamətləndirir.

2. Tələbələrin bilik səviyyəsini artırmaq üçün təhsilin bütün mərhələlərində tədrisin keyfiyyətini yüksəltmək məqsədilə müvafiq təkliflər hazırlayır.

3. Qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir və yayılmasını təşkil edir.

4. Təhsil müəssisələrində çalışan müəllimlərin ixtisaslarını təkmilləşdirmək məqsədilə sistematik olaraq məqsədli seminar-müşavirələr, elmi-təcrübi konfranslar keçirir və onların kurslara göndərilmələrini təşkil edir.

2016-2017-ci tədris ili üçün Metodik Kabinetin Hesabatı

Yeni dərs ili üçün kabinetlər, laboratoriyalar kabinet və şöbə müdirləri tərəfindən tam hazır vəziyyətdə metodik kabinetə təhvil verilmişdir.

Metodistlər tərəfindən kabinetlərə, laboratoriyalara baxış keçirilmiş və yeni dərs ili üçün tam hazır olduğu qeyd olunmuşdur. Kabinet və laboratoriya müdirləri iş planlarını təsdiqlədərək metodik kabinetə təhvil vermişlər.

2016-2017-ci tədris ili üçün mövzu-təqvim planları hazırlanmış sentyabr ayının əvvəlindən müəllimlərə təqdim olunmuşdur.

Kollecin metodistləri vaxtaşırı olaraq müəllimlərin pedaqoji fəaliyyətini yoxlamaq məqsədi ilə dərslərdə iştirak etmiş, sillabus və mövzu-təqvim planları yoxlanılmışdır.

Qrafik üzrə keçirilən açıq dərslər günün tələblərinə uyğun olaraq kompüter, ekran, proyektordan istifadə etməklə geniş şəkildə gənc müəllimlərin iştirakı ilə aparılmışdır.

Kollecin elektron kitabxanası bu il yenilənmiş, fənn komissiyalarının tərkibində olan müəllimlər tərəfindən fənlər üzrə mövzular yenidən işlənmiş metodik kabinetə təhvil verilmişdir.

Fənn birləşmə komissiyalarının iclaslarında klinik protokolların müzakirəsi aparılmış və müəllimlərin istifadəsinə verilmişdir.

2016-2017-ci tədris ilində kollecin fənn müəllimləri tərəfindən bir neçə fənn üzrə: “Mamalıq”, “Çıxan protezlərin hazırlanma texnikası”, “Diş texnikliyi materialşünaslığı”adlı dərs vəsaitləri hazırlanmış, müəllim və tələbələrin istifadəsinə verilmişdir.

23.11.2016-cı il tarixindən 29.11.2016-cı il tarixinə qədər şöbələrdə 17 fənn üzrə Olimpiada keçirildi. Qaliblər mükafatlandırıldı.

29.11.2016-cı il tarixində “Biolkimya” fənnindən konfrans keçirildi.

02.12.2016-cı il tarixində “Yoluxucu xəstəliklər” fənbirləşməsi komissiyası tərəfindən Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş konfrans keçirildi.

08.12.2016-cı il tarixində “Sinir-ruhi xəstəliklər” fənn komissiyası tərəfindən “Narkomaniyaya yox deyək” mövzusunda konfrans keçirildi.

Artıq təsdiq olunub ki, 0-3 yaşında uşaqların fiziki və psixo-emosional inkişafında geriqalma hallarının erkən aşkarlanması və vaxtında düzgün müdaxilə etməklə əlilliyin qarşısını almaq mümkündür. Bununla bağlı, fevral ayının 24-də kollecimizdə təkmilləşdirmə kurslarını keçən pediatriya xidmətində çalışan tibb bacılarına uşağın fiziki və psixo-emosional inkişafının dəstəklənməsinə dair seminar təşkil olunmuşdur. Seminar Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının mütəxəssisi və təlimatçısı T.Seidməmmədova tərəfindən aparılmışdır.

Bundan əlavə fevral ayının 28-də AzQAC-n “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində seminar keçirildi. Seminar Dövlət qurumlarla əməkdaşlığı barədə geniş məlumatlar proqramının koordinatoru M.Qaraxanova tərəfindən aparılmışdı. Bununla yanaşı AzQAC missiyası, Beynəlxalq Qızıl Xaç-Aypara Hərəkatının yaranma tarixinə və prinsiplərinə dair məlumatları tələbələrə çatdırmışdır.

02.04.2017-ci il tarixində “Uşaq xəstəlikləri” fənn komissiyası tərəfindən “Ana südü ilə qidalanma” mövzusunda konfrans keçirildi.

27.04.2017-ci il tarixində “Daxili xəstəliklər” fənn komissiyası tərəfindən “Vərəmə aid nələri bilməliyik?” adlı konfrans keçirilmişdir.

Görkəmli oftalmoloq alim Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 93-cü il dönümü “Göz xəstəlikləri” fənn müəllimləri tərəfindən qeyd olunmuşdur.

12.05.2017-ci il tarixində “Uşaq xəstəlikləri” fənn komissiyası tərəfindən 8 may “Beynəlxalq Talassemiya Günü” və 12 may “Tibb bacısı Günü”nə həsr olunmuş“ tibb bacısı ixtisasının yaranması, təşkili, inkişafı və “Talassemiya” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

12.05.2017-ci il tarixində şöbələrdə 17 fənn üzrə Bilik olimpiadası keçirilmiş və qaliblər mükafatlandırılmışdır.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə UNİCEF-in 2016-2017-ci illər üçün birgə “Fəaliyyət Planı” çərçivəsində 22-26 may 2017-ci il tarixlərində “Uşaqların İnkişafının İzlənməsi üzrə Təlimat” və “Bəzi xəstəliklərin skrininqinin aparılması” mövzusunda olan təlimlərdə uşaq xəstəlikləri fənn müəllimləri iştirak etmişlər. Bu ildən əksər fənlərdən sərbəst mövzular tələbələr tərəfindən prezentasiya şəklində təqdim olunmuşdur.

Sertifikasiya mərkəzinin orta tibb işçilərinin ixtisasları üzrə test sualları nümunələri kollecin müəllim heyəti tərəfindən yenidən yoxlanılmış, düzəlişlər edilmiş və sertifikasiya mərkəzinə təhvil verilmişdir.

Sertifikasiya mərkəzinin orta tibb işçilərinin ixtisasları üzrə situasion məsələlər kollecimizin müəllimləri tərəfindən tərtib olunaraq, mütəmadi olaraq sertifikasiya mərkəzinə təhvil verilir.

2016-2017-ci tədris ili ərzində 21 müəllim ixtisasartıma kursunda olmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin razılığı ilə yeni tədris ili üçün tədris planları yenidən işlənmişdir. Humanitar fənlərin saatlarının azalması hesabına klinik fənlərin saatları artırılmışdır.

Tədris-metodik kabinetdə müəllimlərin ixtiyarında olan 9 noutbuk, 1ekran, 2 proyektor var. Müəllimlər gündəlik dərslərində, açıq dərslərdə əyani vəsaitlərdən istifadə edirlər.

03.07.2017-ci il tarixində “First Aid BLS” şirəkətinin nümayəndəsi, kollecimizin məzunu olan təlimçi S.Şirinov tərəfindən “İlk tibbi yardım” fənn müəllimləri üçün treninq təşkil etmişdir.

Kollecin müəllimləri tərəfindən tərtib edilən dərsliklər

1. H. H. İbrahimov, A. B. Şükürov, Ş. Q. Orucov, K. İ. Əhmədova, L. H. İsmayılova “Mikrobiologiya və mikrobioloji müayinə üsulları” (dərs vəsaiti) Bakı 2004.

2. Z. F. Rəsulova, G. Ə. Gəfərova “Kliniki diaqnostik laborator müayinə üsulları” (dərs vəsaiti) Bakı 2009.

3. S. Z. Məhərrəmova, R. F. Əkbərova “İİmmunlaşdırma” (tədris vəsaiti) Bakı 2010.

4. İ. A. Hacıyev, M. İ. Əliyev, M. M. Bədəlov “Tibbi parazitologiya” (tədris vəsaiti) Bakı 2011.

5. K. L. Aslanov D. Ə. Məmmədəliyeva, A. Ə. Əliyeva “Diş və ağız boşluğu xəstəlikləri” (dərs vəsaiti) Bakı 2012.

6. K.Süleymanov “Tibb bacısının işi və vəzifələri” (dərs vəsaiti) Bakı 2014.

7. A. Əliyeva, D. Məmmədəliyeva, S. Məhərrəmova, T. İmaniyeva, İ. Əhmədova, D. Vahidova, X. Cavadova, R. Cəfərova, E. Vəliyeva

A) “İmmunlaşdırma” - orta tibb işçilərinin diplomdan sonrakı təhsili üzrə müəllimlər üçün tədris vəsaiti (Tematik kurs).

B) “İmmunlaşdırma” - orta tibb işçilərinin diplomdan sonrakı təhsili üzrə müdavimlər üçün təlim vəsaiti (Tematik kurs).

C) “İmmunlaşdırma” - orta tibb işçilərinin diplomdan sonrakı təhsili üzrə müəllimlər üçün tədris vəsaiti (Təkmilləşdirmə kursu).

D) “İmmunlaşdırma” - orta tibb işçilərinin diplomdan sonrakı təhsili üzrə müdavimlər üçün təlim vəsaiti (Təkmilləşdirmə kursu) Bakı 2015.

8. Z. C. Ələsgərova, S. N. Məmmədova, İ. İ. Mustafayeva, İ. S. Qədirova “Mamalıq” (dərs vəsaiti) Bakı 2016.

9. R. R. Musayev, R. V. Qulamova “Çıxan protezlərin hazırlanma texnikası” (dərs vəsaiti) Bakı 2016.

10. V. A. Cəfərova, D. Ə. Məmmədəliyeva “Diş texnikliyi materialşünaslığı” (dərs vəsaiti) Balı 2017.

11. Z. C. Ələsgərova, İ. İ. Mustafayeva, İ. S. Qədirova “Ginekologiya” (dərs vəsaiti) Bakı 2017.

12. D. Məmmədəliyeva, D. Etibarlı “Tibbi mikrobiologiya və mikrobioloji müayinə üsulları” (dərs vəsaiti) Bakı 2017

13. T. Ə. Nəbiyeva, Z. A. Məmmədova, T. C. Mövsümova, A. E. Cəfərova, T. M. Nəsibova, S. K. Mahmudova, Ü. Ə. Məmmədova “Qeyri infeksion xəstəliklərə dair” (tədris metodik vəsait) Bakı 2017.

 
 
 
 
©2013 AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 2 NÖMRƏLİ BAKI BAZA TİBB KOLLECİ bütün huquqları qorunur.