TİBBİ PROFİLAKTİKA
 
 
Umumi Məlumat

İxtisas dərəcəsi : Sanitar-feldşer
Təhsil müddəti : 3-il
"Tibbi profilaktika" şöbəsi 2 nömrəli Bakı Baza Tibb Kollecində 1975-ci ildən fəaliyyət göstərir
 
 
 
Məzunun İxtisas Fəaliyyəti Sferasının Xarakteristikası

Sanitar-feldşer mütəxəssisi dövlət sanitar nəzarəti, əks epidemik nəzarət, profilaktik dezinfeksiya tədbirləri, laborator tədqiqatları həyata keçirmək üçün hazırlanır.

Tibbi profilaktika şöbəsinin məzunu aşağdakıları bilməli və bacarmalıdır:

- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;

- Yuxarı təşkilatların qərar və əmrlərini;

- Tibbi etika və deontologiyanın əsas prinsiplərini;

- Müalicə-profilaktika müəssisələrində orta tibb işçisinin hüquq və vəzifələrini;

- Müalicə və sanitar-profilaktika müəssisələrində işin təşkili və strukturunu;

- Əhaliyə tibbi və tibbi-sosial yardımın göstərilməsinin təşkilini;

- Müalicə-profilaktika müəssisələrində sanitar–profilaktik rejimin təşkili;

- Tibb bacısı işinin nəzəri əsaslarını;

- Geniş yayılmış xəstəliklərin müalicəsində işlədilən əsas dərman preparatlarını;

- Tibbi sənədlərin tərtib olunmasını;

- İdarə, müəssisə, və ayrı–ayrı şəxslər üçün nəzərdə tutulmuş gigiyenik normaları;

- Sanitar-gigiyenik və sanitar əks epidemik qaydaların yerinə yetirilməsini;

- Əhali tərəfindən əmək üçün istifadə olunan yerüstü və yeraltı suların çirklənməsinin qarşısının alınması və ləğv edilməsi üçün tədbirləri;

- Torpağın, suyun, havanın, qida məhsullarının keyfiyyətinin gigiyenik göstəricilərini;

- Yaşayış məntəqələri və ictimai binalarda gigiyenik rejimin gözlənilməsini;

- Əhalinin əmək şəraiti üzərində sanitar nəzarəti aparmağı;

- Profilaktik peyvəndlərin aparılması vaxtını;

- Sanitar maarif işini;

- Antropometrik ölçmələrin aparılmasını;

- Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardımın göstərilməsini;

- Tənəffüs hərəkətlərinin tezliyinin sayılmasını, bədən temperaturunun ölçülməsini, nəbzin sayılmasını, arterial təzyiqin ölçülməsini;

- Həkimin təyinatı əsasında diaqnostik və müalicəvi manipulyasiyaların (inyeksiyalar, imalələr, parenteral qidalanma, sidik kateterlərinin qoyulması və s.) yerinə yetirilməsini;

- Xəstələrə qulluğun ümumi prinsiplərini;

- Gigiyenik ekspertiza üçün nümunələrin götürülmə qaydalarını;

- İnfeksion ocaqlarda əks epidemik tədbirlərin aparılmasını;

- Qidalı mühitlərin hazırlanma qaydasını;

- Seroloji reaksiyaların qoyulma qaydasını;

- Qabların sterilizasiyasını, işlənmiş materialların zərərsizləşdirilməsini.

İxtisaslar

040704 - "Tibbi profilaktika" şöbəsinin məzunu xüsusi hazırlıq səviyyəsinə görə aşağıdakı ixtisas fəaliyyətini yerinə yetirə bilir:

- Sanitar həkim köməkçisi;

- Epidemioloq köməkçisi;

- Sanitar-laborant

- Laborant

 
 
 
 
 
 
 
 
 
©2013 AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 2 NÖMRƏLİ BAKI BAZA TİBB KOLLECİ bütün huquqları qorunur.