QƏBUL
Bakı 2 Nömrəli Baza Tibb Kollecə Qəbul

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 2 nömrəli Bakı Baza Tibb Kollecinə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən həyata keçirilir.

Tibb kollecinin ixtisasartırma və təkmilləşdirmə kurslarına qəbul Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planına və qaydalarına əsasən həyata keçirilir.

Orta ixtisas kollecinə qəbul olunmaq hüququna Azərbaycan Respublikasının bütün vətəndaşları malikdirlər.

Beynəlxalq əməkdaşlıq çərçivəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər kollecdə ödənişli əsaslarla təhsil ala bilərlər.

Tibb kollecində təhsilin və diplomdansonrakı təhsilin normativ müddəti ixtisasların xüsusiyyətlərindən asılı olaraq ixtisasın proqramında göstərildiyindən ibarətdir.

Kollecdə aşağıdakı ixtisaslar üzrə qəbul aparılır.

Təhsil əyani formada həyata keçirilir.

Ödənişsiz Əsaslarla
 
040709 - Laboratoriya diaqnostikası : 3 il
040701 - Müalicǝ işi : 3 il
040703 - Mamalıq işi : 3 il
040704 - Tibbi profilaktika : 3 il
040705 - Ortopedik stomatologiya : 3 il
040706 - Əczaçılıq : 3 il
040707 - Tibb bacısının işi : 3 il
   
Ödǝnişli Əsaslarla
 
040709 - Laboratoriya diaqnostikası : 3 il 600 AZN
040701 - Müalicǝ işi : 3 il 600 AZN
040703 - Mamalıq işi : 3 il 600 AZN
040704 - Tibbi profilaktika : 3 il 600 AZN
040705 - Ortopedik-stomatologiya : 3 il 600 AZN
040706 - Əczaçılıq : 3 il 600 AZN
040707 - Tibb bacısının işi : 3 il 600 AZN
     

Müsabiqə rus bölməsi ilə birlikdə aparılır.

Ərizələrin qəbul müddəti TQDK tərəfindən müəyyən edilir.

Abituriyentlər “abituriyentin ərizəsi” formasını şəxsən doldurur. Həmin formada ödənişli və dövlət hesabına olmaqla 7 ixtisası istənilən ardıcıllıqla göstərə bilər.

2015-ci ildə orta məktəbi bitirən abituriyentlər TQDK tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən Kollecə qəbul olunurlar.

Əvvəlki illərdə orta məktəbi bitirib Ali və orta ixtisas təhsili müəssisəsinə qəbul olmayan abituriyentlər isə TQDK tərəfindən kolleclər üçün keçirilən imtahanların nəticələri əsasında yerləşdirilir.

Kollecə qəbul olan tələbələr qeydiyyatdan keçən zaman, aşağıdakı sənədləri təqdim edirlər:

- Tam orta təhsil, ali təhsil,orta ixtisas və ya orta peşə təhsili haqqında sənədin əsli (attestat və ya diplom);

- Pasport və ya şəxsiyyət vəsiqəsi (16 yaşı iyulun 1-dək tamam olmayanların doğum haqqında şəhadətnaməsinin əsli);

- Yeni çəkilmiş 3x4 ölçüdə 4 ədəd fotoşəkil.

 
 
 
 
 
 
 
 
 
©2013 AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 2 NÖMRƏLİ BAKI BAZA TİBB KOLLECİ bütün huquqları qorunur.