TƏDRIS
Tədrisin Təşkili

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi statusuna görə dövlət, orta ixtisas təhsili mütəxəssislərin hazırlığını, respublikanın orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir.

Kollecdə təhsil almaq, ixtisas artırmaq, təkmilləşdirmək və ixtisas dəyişdirmək ödənişli və ya ödənişsiz qaydada həyata keçirilir.

2014-cü ildən kollecdə tədrisin kredit sistemi ilə təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş orta ixtisas təhsil müəssisələrində “Kredit sistemi ilə tədrisin təşkili qaydaları”na uyğun aparılır.

Kollecdə kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, şöbələr, fənn birləşmə komissiyaları, qeydiyyat, qiymətləndirmə və monitorinq bölmələri tərəfindən tənzimlənir.

Tədris ili bir qayda olaraq sentyabrın 15-də başlayır və həmin ixtisasın tədris planına uyğun olaraq başa çatır.

Tədris ili 2 semestrdən (Payız və Yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq, ödənişli əsaslarla yay semestridə təşkil oluna bilər.

Tədris ilinin ümumi davametmə müddəti 40 həftədir. Tələbələr üçün tədris ili ərzində iki dəfədən az olmayaraq ümumi müddəti 2-12 həftəlik tətillər müəyyən edilir.

2 nömrəli Bakı Baza Tibb Kollecində dərs məşğələlərinin aşağıdakı əsas növləri müəyyənləşdirilir: mühazirə, seminar, təcrübi məşğələ, laboratoriya məşğələləri, sərbəst iş, tədris istehsalat təcrübəsi, diplomqabağı təcrübə.

2 nömrəli Bakı Baza Tibb Kollecində təhsilin humanist xarakterindən, ümumbəşəri dəyərlərindən irəli gələn tərbiyə vəzifələri tələbə və müəllimlərin birgə tədris yaradıcı istehsalat ictimai fəaliyyəti ilə yerinə yetirilir.

2 nömrəli Bakı Baza Tibb Kollecində dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir.

Dövlət standartları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir.

Kollecin təhsil pilləsinin proqramını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş tələbələrə kolleci bitirmələri barədə dövlət nümunəvi sənəd-diplom verilir. Diploma əlavədə tədris edilmiş bütün fənlərin siyahısı, kreditlərin miqdarı (saatların miqdarı) və tədris planı üzrə fənlərdən alınmış qiymətlər (hərf və balla) göstərilir.

Diplomdansonrakı təhsillə bağlı ixtisaslaşma, təkmilləşdirmə kursların bitirilməsi barədə müvafiq vəsiqə və ya arayış verilir.

İmtahan qiymətlərinin ən azı 75%-i “əla” qalanları isə yalnız “yaxşı” olan, dövlət imtahanından “əla” qiymətlər alan məzunlar fərqlənmə diplomu alırlar.

Tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi Təhsil Nazirliyinin 231 saylı 20.02.2008-ci il tarixli əmri ilə təsdiq olunmuş “Əsasnamə” yə uyğun aparılır.

Bu sistem tələbələrin tədris dövründə əldə etdikləri biliklərinin qiymətləndirilməsinin mövcud sistemini təkmilləşdirmək və onun səmərəliyini artırmaq məqsədi daşıyır. Digər tərəfdən isə bu sistem tələbəyə fərdi yanaşmanı təmin etməklə onun tədris prosesindəki fəaliyyətinin əsas istiqamətlərini əhatə etməyə imkan verir.

Orta ixtisas təhsili haqqında diplom formalarının dövlət nümunələri müəyyən olunmuş qaydada Təhsil Nazirliyi tərəfindən hazırlanır və Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

2 nömrəli Bakı Baza Tibb Kolleci qanunvericiliyinə, xüsusi normativ aktlara, müəssisə haqqında qanuna və bu əsasnaməyə müvafiq olan Nizamnamə əsasında idarə olunur.

2 nömrəli Bakı Baza Tibb Kollecinin Nizamnaməsi onun ali orqanında Pedaqoji Şurasında qəbul olunur və təsisçi tərəfindən təsdiq olandan sonra Ədliyyə Nazirliyində qeydiyyata alınır.

Orta İxtisas Təhsilin Dövlət Standartları

Həmin standart aşağıdakıları müəyyənləşdirir:

- Orta ixtisas təhsili sahəsində əsas anlayış;

- Orta ixtisas təhsili sisteminin strukturu, orta ixtisas təhsili haqqında sənədləri;

- Orta ixtisas təhsili üzrə əsas təhsil proqramlarına verilən ümumi tələbləri;

- Orta ixtisas təhsili müəssisələri tələblərinin tədris yüklərinin ümumi normativləri;

- Orta ixtisas təhsilinin məzmununun müəyyənləşdirilməsində orta ixtisas təhsili müəssisəsinin müstəqilliyini;

- Standartın tələblərinə əməl olunmasına dövlət nəzarətinin qaydalarını;

- Orta ixtisas təhsili istiqamətləri və ixtisaslarının siyahısını;

- Orta ixtisas təhsili məzunlarının hazırlığının konkret istiqamətlər və ixtisaslar üzrə məcburi minimum məzmunu və səviyyəsinə verilən ümumi tələbləri.

2 nömrəli Bakı Baza Tibb Kollecində həmin standarta əməl olunması məcburidir.

2 nömrəli Bakı Baza Tibb Kollecində orta ixtisas təhsilinin əsas təhsil proqramı-tədris təcrübəsi və məzunların ixtisas hazırlığının attestasiyadan keçirilməsi də daxil olmaqla təhsilin məzmununun müəyyənləşdirən sənəddir.

2 nömrəli Bakı Baza Tibb Kollecində təhsilin normativ müddəti orta və ya texniki peşə təhsili bazasından standart uyğunlaşdırılmış orta ixtisas proqramlarının əyani formada mənimsənilməsini müddətləridir. Normativ tədris müddəti orta və ya texniki peşə təhsili bazasında 3 ildir

2 nömrəli Bakı Baza Tibb Kollecinin məzunlarına orta ixtisas təhsili haqqında verilən dövlət sənədi bu standart üzrə peşə hazırlığı səviyyəsində və peşə fəaliyyəti dairəsində işləmək və təhsilini davam etdirmək imkanı verir.

Orta ixtisas təhsilinin peşə təhsili proqramında aşağıdakı məcburi fənnlər bölünür - nəzərdə tutulur:

HF-B00 Humanitar fənlər

İPF-B00 İxtisasın (proqramın) peşə hazırlığı fənləri

Orta ixtisas peşə təhsili proqramına məcburi daxil edilən fənnlərlə yanaşı fakultativ fənn də daxil edilir.

Bir təhsil proqramında digər təhsil proqramına keçməklə təhsilin davam etdirilməsi qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.

Təhsil alan tələbələrin həftəlik dərs yükü 30 saatdır.

Bir akademik saat 45 dəqiqədir.

Təhsil proqramları kollecin mütəxəssisləri tərəfindən tərtib edilmişdir. Fənnlər üzrə tədris proqramlarında hazırki standartın tələbləri, fənnə uyğun elmin sistemli kursunu əhatə edir. Tədrisin yüksək səviyyədə keçirilməsi üçün yeni proqramlar kollecin müəllimləri tərəfindən tərtib olunmuş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir.

Orta ixtisas təhsili istiqamətləri və ixtisasları üzrə məzunların biliyinə və hazırlıq səviyyəsinə verilən ümumi tələblər hər bir istiqamət və ixtisas üzrə dövlət standartları ilə müəyyən edilir.

2 nömrəli Bakı Baza Tibb Kollecinin direktorunun əmri ilə təhsilə başlayan şəxs tələbə adlanır. Tələbəyə tələbə bileti və qiymət kitabçası verilir.

2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbəsi elmin, texnikanın, mədəniyyətin müasir səviyyəsinə uyğun bilik əldə etmək; hər növ tədris məşğələlərində iştirak; 2 nömrəli Bakı Baza Tibb Kollecinin fəaliyyətinə aid ən vacib məsələlərin müzakirəsində və həllində iştirak etmək; kitabxanalardan informasiya fondlarından, müalicə bölmələrindən, hesablama mərkəzlərindən, tədris və tədqiqat laboratoriyalarından pulsuz istifadə etmək; konfranslarda, simpoziumlarda iştirak etmək; öz işlərini təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş qaydada 2 nömrəli Bakı Baza Tibb Kollecinin rəhbərliyinin tələbələrə və şəxsin üzünə aid olan əmr və sərəncamları ilə razı olmadıqda, onlardan yuxarı təşkilatlara şikayət etmək hüququna malikdir.

2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri təhsil tələblərini yerinə yetirməyə borcludurlar. Onlar Nizamnamə tələblərini yerinə yetirməli və daxili qayda-qanuna riayət etməlidirlər.

2 nömrəli Bakı Baza Tibb Kollecindən xaric edilmə, bərpa olunma və müxtəlif köçürmələr Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalara uyğun həyata keçirilir.

"Müalicə İşi" İxtisası

040701-"Müalicə işi"

Təhsil müddəti 3 il

Səhiyyə sahəsində ixtisasın yeri: Təcili tibbi yardım göstərən feldşer, feldşer tibb məntəqələrində sərbəst fəaliyyət göstərən məntəqə müdiri, digər müalicə-profilaktika müəssilərində feldşer.

"Müalicə işi" şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır:

- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları

- Tibbi etika və deontologiyanın əsas prinsiplərini

- Müalicə-profilaktika müəssisələrində orta tibb işçisinin hüquq və vəzifələrini

- Müalicə və sanitar-profilaktika müəssisələrində işin təşkili və strukturunu

- Əhaliyə tibbi və tibbi sosial yardımın göstərilməsinin təşkilini, herontologiya və heriatriyanın əsaslarını

- Profilaktik və sanitar maarifləndirmə işlərinin yerinə yetirilməsini, sanologiya və valeologiyanın əsaslarını

- Müalicə-profilaktika müəssisələrində sanitar–profilaktik rejimin təşkilini

- Dispanserizasiyanın təşkili və aparılmasını, xəstələrin vaxtında aşkar edilməsini

- Tibb bacısı işinin nəzəri əsaslarını

- Xəstəliklərin və travmaların səbəblərini, inkişaf mexanizmini, diaqnostika metodlarını, müalicə prinsiplərini və profilaktikasını

- Peşə xəstəliklərinin əsaslarını

- Geniş yayılmış xəstəliklərin müalicəsində işlədilən əsas dərman preparatlarını, istifadəsinə göstəriş və əks göstərişləri

- Dietologiyanın əsaslarını

- Əhalinin sağlamlıq vəziyyətinin statistikasını və tibbi sənədlərin tərtib olunmasını

- Tibbi və sosial reabilitasiyanın əsaslarını

- Tibbi alətlərlə iş zamanı təhlükəsizlik qaydalarını

- Sanitar maarif işini

- Antropometrik ölçmələrin aparılmasını

- Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardımın göstərilməsini

- Travmalar, zəhərlənmələr, yanıqlar və s.zamanı ilk yardımın göstərilməsini

- Tənəffüs hərəkətlərinin tezliyinin sayılmasını, bədən temperaturunun ölçülməsini

- Mədənin zondlanması və yuyulmasını

- Sidik kisəsinin yuyulmasını

- Laborator və instrumental müayinələrin aparılmasının ümumi prinsiplərini, müayinələrə xəstələrin hazırlanması və müayinə üçün materialların (qan, əsnəkdən yaxma, bəlğəm, sidik, nəcis) düzgün götürülməsini

- Qankəsici jqutun qoyulmasını

- Həkimin təyinatı əsasında diaqnostik və müalicəvi manipulyasiyaların (inyeksiyalar, imalələr, parenteral qidalanma, sidik katetrlərinin qoyulması və s.) yerinə yetirilməsini

- Dərman preparatlarının alınması, yazılması və saxlanılmasını

- Mantu sınağının qoyulma texnikasını

- Xardal yaxmaları, zəlilər, bankalar, buzqovuğu, qazçıxarıcı boru, kompresslərin qoyulmasını

- Xəstələrə qulluğun ümumi prinsipləri və ayrı-ayrı xəstəliklər zamanı qulluğun xüsusiyyətlərini (ağız boşluğun, qulaqlara, buruna, dəriyə qulluq)

- Fizioterapevtik prosedurların yerinə yetirilməsini

- Profilaktik peyvəndlərin aparılma texnikasını

- Xəstələrin daşınmasını


040701-Müalicə işi şöbəsinin məzunu hazırlıq səviyyəsinə görə aşağıdakı ixtisas fəaliyyətini yerinə yetirə bilər:

- Müalicə-mühafizə

- Diaqnostik

- Sanitar-epidemiya əleyhinə

- Səhiyyənin təşkili

“Mamalıq işi” İxtisası

040703-“Mamalıq işi"

Təhsil müddəti: 3 il

Səhiyyə sahəsində ixtisasın yeri:

Şəhər və rayonların mama-ginekoloji müəssisələrində (qadın məsləhətxanaları, doğum evləri, xəstəxanaların doğum şöbələrində) hamilə qadın və ginekoloji xəstələrə həkimə qədər müalicə, profilaktik və təxirəsalınmaz tibbi yardım göstərmək üçün mama və tibb bacısı, kənd yerlərində “feldşer - mama” məntəqələrində orta ixtisas təhsilli məntəqə müdiri və tibb işçisi hazırlayır.

“Mamalıq işi” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır:

- İşlədiyi əhatə dairəsində hamilə qadınları, xüsusilə hamiləlik və doğuş ağırlaşmaları olan qadınları vaxtında aşkar edib həkim nəzarətinə çatdırmalı;

- Hamiləlik, doğuş, doğuşdan sonrakı dövrlərdə və ondan kənar vaxtlarda qadın xəstəliklərinin aşkar edilməsi və müalicəsində həkimin tam hüquqlu yardımçısı olmalı;

- Fəsadlaşmış hamiləlik, yaralanma, qanaxma, zəhərlənmələrdə və yenidoğulmuş körpəyə kəskin xəstəliklər zamanı təxirəsalınmaz yardım göstərməyi;

- Müayinə üsulu ilə hamiləliyin diaqnozunu qoymağı, hamiləliyin müddətini (ay, həftə) təyin etməyi və differensasiya etməyi;

- Hamilə, zahi və ginekoloji xəstələrin ambulator qəbulu.Onlara evlərində patronaj yardımı;

- Hamilə və ginekoloji xəstələrdə qan qrupları, hemoqlobin, sidikdə zülalın təyini və fizio-terapevtik proseduraları;

- Zahi qadına, evə yazıldıqdan sonra nəzarət etməli, zahiliq və doğuş patologiyasının baş verməsinin qarşısını almalı;

- Zahi və ginekoloji xəstələrə qulluq və müalicə üsullarını, lazım olan əməliyyatları bacarmalı;

- Doğum evlərində yeni doğulmuşların vərəmə və hepatitə qarşı peyvənd edilməsini;

- Normal doğuş qəbul etməyi, yenidoğulmuşlara birincili və ikincili qulluğu;

- Qadın məsləhətxanası və ginekoloji kabinetlərdə aşkar və gizli keçən xəstəlikləri, xüsusən xərçəng, AİDS və zöhrəvi xəstəliklərin ilk formalarının vaxtında aşkar edilməsini;

- Reanimasiya şöbələrində aparılan əməliyyatlarda bütün manipulyasiyaları vaxtında, düzgün və peşəkarcasına yerinə yetirməyi;

- Təsdiq olunmuş tibbi sənədlərin tərtibi və düzgün aparılmasını;

- Həkimin təyinatını həyata keçirməyi: qadınlarda xərcəng xəstəliyinin ilkin formasını aşkar etmək üçün müayinə etməyi;

- Sağlam həyat tərzi məqsədilə sanitar maarifi işi aparmağı, planlı ailə qurma, kontraseptivlərdən istifadə etmək üsullarına aid məsləhət verməyi;

- Tibbi arayışlar verməyi, təcili yardım göstərmək üçün, dərman almaq üçün imza ilə təsdiqlənmiş tələbnamə yazmağı;

- Öz fəaliyyətinin nəticələrini yekunlaşdırmağı, öz sahəsi üzrə sənədlərin aparılmasını.


040703-“Mamalıq işi” şöbəsinin məzunu xüsusi hazırlıq səviyyəsinə görə aşağıdakı ixtisas fəaliyyətini yerinə yetirə bilər:

- Müalicə mühafizə

- Diaqnostika;

- Sanitar gigiyenası;

- Səhiyyə təşkilatı ixtisasa uyğunlaşma (adaptasiya) imkanları;

- Sadə reanimasion tədbirləri, müasir narkoz və reanimasion cihazlardan istifadə etməyi;

- Feldşer-mama məntəqəsində ştatda patronaj tibb bacısı olmadıqda bir yaşa qədər uşaqların sağlamlığına, fiziki, psixi inkişafına nəzarət etməyi;

- Ümumi kliniki və laborator müayinələrin aparılması və nəticələrin qiymətləndirilməsi;

- Təşkilatı, statistik göstəriciləri hesablamaq və analiz etməyi bacarığı.

Mamalıq ixtisası üzrə kolleci bitirən məzunlar təhsil müəssisələrində də fəaliyyət göstərə bilər.

"Tibbi profilaktika" İxtisası

040704-"Tibbi profilaktika"

Təhsil müddəti 3 il

Sanitar-feldşer mütəxəssisi dövlət sanitar nəzarəti, əks epidemik nəzarət, profilaktik dezinfeksiya tədbirləri, laborator tədqiqatları həyata keçirmək üçün hazırlanır.

Tibbi profilaktika şöbəsinin məzunu aşağdakıları bilməli və bacarmalıdır:

- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;

- Yuxarı təşkilatların qərar və əmrlərini;

- Tibbi etika və deontologiyanın əsas prinsiplərini;

- Müalicə-profilaktika müəssisələrində orta tibb işçisinin hüquq və vəzifələrini;

- Müalicə və sanitar-profilaktika müəssisələrində işin təşkili və strukturunu;

- Əhaliyə tibbi və tibbi-sosial yardımın göstərilməsinin təşkilini;

- Müalicə-profilaktika müəssisələrində sanitar–profilaktik rejimin təşkili;

- Tibb bacısı işinin nəzəri əsaslarını;

- Geniş yayılmış xəstəliklərin müalicəsində işlədilən əsas dərman preparatlarını;

- Tibbi sənədlərin tərtib olunmasını;

- İdarə, müəssisə, və ayrı–ayrı şəxslər üçün nəzərdə tutulmuş gigiyenik normaları;

- Sanitar-gigiyenik və sanitar əks epidemik qaydaların yerinə yetirilməsini;

- Əhali tərəfindən əmək üçün istifadə olunan yerüstü və yeraltı suların çirklənməsinin qarşısının alınması və ləğv edilməsi üçün tədbirləri;

- Torpağın, suyun, havanın, qida məhsullarının keyfiyyətinin gigiyenik göstəricilərini;

- Yaşayış məntəqələri və ictimai binalarda gigiyenik rejimin gözlənilməsini;

- Əhalinin əmək şəraiti üzərində sanitar nəzarəti aparmağı;

- Profilaktik peyvəndlərin aparılması vaxtını;

- Sanitar maarif işini;

- Antropometrik ölçmələrin aparılmasını;

- Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardımın göstərilməsini;

- Tənəffüs hərəkətlərinin tezliyinin sayılmasını, bədən temperaturunun ölçülməsini, nəbzin sayılmasını, arterial təzyiqin ölçülməsini;

- Həkimin təyinatı əsasında diaqnostik və müalicəvi manipulyasiyaların (inyeksiyalar, imalələr, parenteral qidalanma, sidik kateterlərinin qoyulması və s.) yerinə yetirilməsini;

- Xəstələrə qulluğun ümumi prinsiplərini;

- Gigiyenik ekspertiza üçün nümunələrin götürülmə qaydalarını;

- İnfeksion ocaqlarda əks epidemik tədbirlərin aparılmasını;

- Qidalı mühitlərin hazırlanma qaydasını;

- Seroloji reaksiyaların qoyulma qaydasını;

- Qabların sterilizasiyasını, işlənmiş materialların zərərsizləşdirilməsini.

- Xəstələrə qulluğun ümumi prinsipləri və ayrı-ayrı xəstəliklər zamanı qulluğun xüsusiyyətlərini (ağız boşluğun, qulaqlara, buruna, dəriyə qulluq)

- Fizioterapevtik prosedurların yerinə yetirilməsini

- Profilaktik peyvəndlərin aparılma texnikasını

- Xəstələrin daşınmasını


040704-Tibbi profilaktika" şöbəsinin məzunu xüsusi hazırlıq səviyyəsinə görə aşağıdakı ixtisas fəaliyyətini yerinə yetirə bilir:

- Sanitar həkim köməkçisi;

- Epidemioloq köməkçisi;

- Sanitar-laborant

- Laborant

"Ortopedik stomatologiya" İxtisası

040701-"Ortopedik stomatologiya"

Təhsil müddəti 3 il

Ortopedik stomatologiya şöbəsinin məzunları stomatoloji müəssisələrin diş protezləri laboratoriyalarında işləmək üçün hazırlanır.

Aşağıdakıları bilməli və bacarmalıdır:

- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;

- Tibbi etika və deontologiyanın əsas prinsiplərini;

- Müalicə-profilaktika müəssisələrində orta tibb işçisinin hüquq və vəzifələrini;

- Müalicə və sanitar-profilaktika müəssisələrində işin təşkili və strukturunu;

- Əhaliyə tibbi və tibbi-sosial yardımın göstərilməsinin təşkilini;

- Müalicə-profilaktika müəssisələrində sanitar–profilaktik rejimin təşkili;

- Tibb bacısı işinin nəzəri əsaslarını;

- Geniş yayılmış xəstəliklərin müalicəsində işlədilən əsas dərman preparatlarını;

- Tibbi sənədlərin tərtib olunmasını;

- Əhaliyə ortopedik-stomatoloji yardımın prinsiplərini;

- Çeynəmə aparatının quruluşu və funksiyasının əsaslarını;

- Stomatologi xəstəliklər və materiallar haqqında məlumatı;

- Diş texniki laboratoriyalarında peşə zərərlərinin aradan qaldırılması üçün istehsalatın təşkilini, təhlükəsizlik texnikalarını və əməyin mühafizəsini;

- Alətlərə və avadanlıqlara xidmətin qaydalarını;

- Diş protezləri texnikasında işlənən farfor və metal-keramika haqqında əsas məlumatı;

- Diş sırasının deffekti zamanı çıxan protezlərin fiksasiya prinsiplərini;

- Sanitar maarif işini;

- Qapaqların, ştifli dişlərin hazırlanma texnologiyasını;

- Bügel protezlərinin və ortodontik aparatlarının hazırlanma texnikasını;

- Yüksək qiymətli ərintilərin və diş texnikliyi laboratoriyasında materialların alınmasını;

- Antropometrik ölçmələrin aparılmasını;

- Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardımın göstərilməsini;

- Tənəffüs hərəkətlərinin tezliyinin sayılmasını, bədən temperaturunun ölçülməsini, nəbzin sayılmasını, arterial təzyiqin ölçülməsini;

- Həkimin təyinatı əsasında diaqnostik və müalicəvi manipulyasiyaların (inyeksiyalar, imalələr, parenteral qidalanma, sidik katetrlərinin qoyulması və s.) yerinə yetirilməsini;

- Xəstələrə qulluğun ümumi prinsiplərini.


040705-Ortopedik stomatologiya şöbəsinin məzunu xüsusi hazırlıq səviyyəsinə görə aşağıdakı ixtisas fəaliyyəti yerinə yetirə bilər:

- Diş texniki;

- Texnik–keramist;

- Texnik–ortodont;

- Texnik–ortoped;

- Tökməçi–texnik.

"Əczaçılıq işi" İxtisası

040706-“Əczaçılıq işi”

Təhsil müddəti 3 il

Səhiyyə sahəsində ixtisasın yeri:

Əczaçı (provizor köməkçisi) apteklərdə, tibbi alətlər, aparatlar və dəzgahlar, sanitariya və gigiyena mağazalarında nəzarət, analitik laboratoriyalarda, apteklərin anbarlarında işləmək üçün hazırlanır.

“Əczaçılıq işi” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır:

- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;

- Tibbi etika və deontologiyanın əsas prinsiplərini;

- Müalicə-profilaktika müəssisələrində orta tibb işçisinin hüquq və vəzifələrini;

- Müalicə və sanitar-profilaktika müəssisələrində işin təşkili və strukturunu;

- Əhaliyə tibbi və tibbi-sosial yardımın göstərilməsinin təşkilini;

- Müalicə-profilaktika müəssisələrində sanitar–profilaktik rejimin təşkili;

- Tibb bacısı işinin nəzəri əsaslarını;

- Dərman preparatlarının fiziki və kimyəvi xüsusiyyətlərini ;

- Dərman preparatlarının təyinatını və onların insan orqanizminə təsirini;

- Tibbi malların assortimentini, dərman formalarının texnologiyasının nəzəri əsaslarını;

- Reseptlərin (nüsxə) qəbul və buraxılma qaydasını;

- Aptektlərdə olan kiçik mexanizasiyaların, apparat və qurğuların quruluşunu və onlardan istifadə qaydasını;

- Dərmanların xarab olma əlamətlərini, onları aşkar etməyi və qarşısını almağı;

- Dərmanların saxlanılması şərtlərini;

- Aptek işinin təşkilində bütün əsas qanun təlimatlarını;

- Tibbi sənədlərin tərtib olunmasını;

- Sanitar maarif işini;

- Antropometrik ölçmələrin aparılmasını;

- Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardımın göstərilməsini;

-Tənəffüs hərəkətlərinin tezliyinin sayılmasını, bədən temperaturunun ölçülməsini, nəbzin sayılmasını, arterial təzyiqin ölçülməsini;

-Həkimin təyinatı əsasında diaqnostik və müalicəvi manipulyasiyaların (inyeksiyalar, imalələr, parenteral qidalanma, sidik kateterlərinin qoyulması və s.) yerinə yetirilməsini;

- Xəstələrə qulluğun ümumi prinsiplərini;

- Aptekə daxil olan reseptlərin oxunmasını;

- Resept üzrə paraşokların, sulu məhlulların, liniment və məlhəmlərin, inyeksiya məhlullarının, göz dərmanlarının və s. hazırlanmasını;

- Dəmləmə, bişirmələrin hazırlanmasını;

- Zəhərli və güclü təsiredici maddələrin, narkotik maddələrin dozalarının düzgün yazılmasını, DF-sı üzrə yoxlamağı;

- DF-dan istifadə qaydalarını, hazırlanan dərmanları qruplar üzrə şkaflarda yerləşdirməyi;

- Dərman maddələrinin sterilizə üsullarını, avtoklavlardan istifadə etməyi;

- İnyeksiya dərmanlarının hazırlanmasında istifadə olunan stabilizatorlardan istifadə etməyi;

- Standart məhlulları durulaşdırılmağı;

- Aptekdə istifadə olunan apparatları işlətməyi.


040706-“Əczaçılıq işi” şöbəsinin məzunu hazırlıq səviyyəsinə görə aşağıdakı ixtisas fəaliyyətini yerinə yetirə bilər:

- Əczaçı;

- Əczaçı–texnoloq;

- Əczaçı–marketoloq;

- Kimyaçı–analitik.

"Tibb bacısının işi" İxtisası

040707-“Tibb bacısının işi"

Təhsil müddəti 3 il

Səhiyyə sahəsində ixtisasın yeri:Müalicə-profilaktika müəssisələrində və ev şəraitində.

“Tibb bacısının işi” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır:

- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;

- Tibbi etika və deontologiyanın əsas prinsiplərini;

- Müalicə-profilaktika müəssisələrində orta tibb işçisinin hüquq və vəzifələrini;

- Müalicə və sanitar-profilaktika müəssisələrində işin təşkili və strukturunu;

- Əhaliyə tibbi və tibbi sosial yardımın göstərilməsinin təşkilini;

- Profilaktik və sanitar maarifləndirmə işlərinin yerinə yetirilməsini, sanalogiya və valeologiyanın əsaslarını;

- Müalicə-profilaktika müəssisələrində sanitar– rofilaktik rejimin təşkili;

- Dispanserizasiyanın təşkili və aparılmasını, xəstələrin vaxtında aşkar edilməsini;

- Tibb bacısı işinin nəzəri əsaslarını;

- Geniş yayılmış xəstəliklərin müalicəsində işlədilən əsas dərman preparatlarını;

- Dietologiyanın əsaslarını;

- Əhalinin sağlamlıq vəziyyətinin statistikasını və tibbi sənədlərin tərtib olunmasını;

- Tibbi və sosial reabilitasiyanın əsaslarını;

- Sanitar maarif işini;

- Antropometrik ölçmələrin aparılmasını;

- Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardımın göstərilməsini;

- Travmalar, zəhərlənmələr, yanıqlar və s.zamanı ilk yardımın göstərilməsi;

- Tənəffüs hərəkətlərinin tezliyinin sayılmasını, bədən temperaturunun ölçülməsini, nəbzin sayılmasını, arterial təzyiqin ölçülməsini;

- Laborator və instrumental müayinələrin aparılmasının ümumi prinsiplərini, müayinələrə xəstələrin hazırlanması və müayinə üçün materialların (qan, əsnəkdən yaxma, bəlğəm, sidik, nəcis) düzgün götürülməsini;

- Qankəsici jqutun qoyulmasını;

- Həkimin təyinatı əsasında diaqnostik və müalicəvi manipulyasiyaların (inyeksiyalar, imalələr, parenteral qidalanma, sidik katetrlərinin qoyulması və s.) yerinə yetirilməsini;

- Dərman preparatlarının alınması, yazılması və saxlanılmasını;

- Mantu sınağının qoyulma texnikasını;

- Xardal yaxmaları, zəlilər, bankalar, buzqovuğu, qazçıxarıcı boru, kompresslərin qoyulmasını-Xəstələrə qulluğun ümumi prinsipləri və ayrı-ayrı xəstəliklər zamanı qulluğun xüsusiyyətlərini (ağız boşluğun, qulaqlara, buruna, dəriyə qulluq);

- Fizioterapevtik prosedurların yerinə yetirilməsini;

- Profilaktik peyvəndlərin aparılma texnikasını.


040707-“Tibb bacısının işi” şöbəsinin məzunu xüsusi hazırlıq səviyyəsinə görə aşağıdakı ixtisas fəaliyyətini yerinə yetirə bilir:

- Müalicə-mühafizə;

- Diaqnostik;

- Sanitar-epidemiya əleyhinə;

- Səhiyyənin təşkili.

"Laboratoriya diaqnostikası" İxtisası

040709-“Laboratoriya diaqnostikası”

Təhsil müddəti 3 il

Feldşer-laborant bütün növ laborator müayinələri yerinə yetirmək üçün vilayət, şəhər və kənd müalicə-profilaktika müəssisələrinin, həmçinin tibbi elmi-tədqiqat insitutlarının laboratoriyalarında və ixtisaslaşmış tibbi laboratoriyalarda feldşer-laborant vəzifəsində işləyir.

“Laboratoriya diaqnostikası” şöbəsinin məzunu aşağıdakıları bilməli və bacarmalıdır:

- Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi normativ aktları;

- Tibbi etika və deontologiyanın əsas prinsiplər;

- Müalicə-profilaktika müəssisələrində orta tibb işçisinin hüquq və vəzifələrini;

- Müalicə və sanitar-profilaktika müəssisələrində işin təşkili və strukturunu;

- Əhaliyə tibbi və tibbi sosial yardımın göstərilməsinin təşkilini;

- Müalicə-profilaktika müəssisələrində sanitar–profilaktik rejimin təşkili;

- Tibb bacısı işinin nəzəri əsaslarını;

- Geniş yayılmış xəstəliklərin müalicəsində işlədilən əsas dərman preparatlarını;

- Tibbi sənədlərin tərtib olunmasını;

- Sanitar maarif işini;

- Laborator sənədlərinin və müayinə blanklarının doldurulmasını;

- Təhlükəsizlik texnikası qaydalarını;

- Yeni laborator müayinə üsullarını;

- Laborator daxili və laboratoriyalar arası keyfiyyət nəzarətini;

- Antropometrik ölçmələrin aparılmasını;

- Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardımın göstərilməsini;

- Tənəffüs hərəkətlərinin tezliyinin sayılmasını, bədən temperaturunun ölçülməsini, nəbzin sayılmasını, arterial təzyiqin ölçülməsini;

- Həkimin təyinatı əsasında diaqnostik və müalicəvi manipulyasiyaların (inyeksiyalar, imalələr, parenteral qidalanma, sidik katetrlərinin qoyulması və s.) yerinə yetirilməsini;

- Xəstələrə qulluğun ümumi prinsiplərini;

- Profilaktik şərtlərə əməl etmək şərti ilə yoluxucu materialla işləmə qaydasını;

- Laborator cihazları ilə işləməyi;

- Biomaterialı qəbul etməyi və qeydiyyata almağı;

- Barmaqdan qan almağı;

- Mədə möhtəviyyatını, 12 barmaq bağırsaq möhtəviyyatını götürməyi;

- Qanın, sidiyin, nəcisin, mədə şirəsinin, 12 barmaq bağırsağın möhtəviyyətinin və s. ümumi müayinəsini aparmağı;

- Müxtəlif müayinə cihazları, həmçinin müasir avtomat, yarımavtomat cihazları işlətməyi;

- Laborator qablarını kimyəvi təmiz yumağı, sterilləşdirməyi;

- Dezinfeksiyaedici məhlulları hazırlamağı;

- İşlədilən materialı, ləvazimatı zərərsizləşdirməyi.


040709-“Laboratoriya diaqnostikası” şöbəsinin məzunu xüsusi hazırlıq səviyyəsinə görə kliniki, biokimyəvi, bakterioloji və seroloji laboratoriyalarda laborant vəzifəsində işləyə bilər.

 
 
 
 
©2013 AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 2 NÖMRƏLİ BAKI BAZA TİBB KOLLECİ bütün huquqları qorunur.