TƏLƏBƏ HƏYATI

2010-2011

15.09.2010-cu il tarıxində 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru t.e.n. D.Ə.Məmmədəliyeva akt zalında “Bilik günü”- yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlar arzuladı.

19.10.2010-22.10.2010-cu il tarixində orta ixtisas məktəbləri arasında Respublika üzrə 2010 - qızlar dama yarışında III-yer, 19.10.2010 - 20.10.2010–cu il tarixində dama yarışında IV yer tutmuşlar.

14.11.2010 – cu il tarixində “Tibb bacısının işi” şöbəsinin tələbələri, Qurban bayramı münasibəti ilə kollec tərəfindən himayəyə götürülən Yasamal rayon ərazisində yaşayan ailələri təbrik etdilər və onlara maddı, mənəvi yardım göstərdilər.

Bunlar:

1. Qəmbərov Qənbər 1926 –cı il I qrup əlil

2. Əsgərova Əzimə 1920-ci il kimsəsiz yaşlı qadın

3. Kərimova Arzu 1972-ci il I qrup əlil

Bu insanlara hər ay bir şöbə tərəfindən maddı və mənəvi yardım göstərilir.

20.11.2010 cu il tarıxində Yasamal rayon İcra Hakimiyyəti ilə birgə kollecin bir qrup tələbələri də “Ağac əkmək” aksiyasında iştirak etdilər, bu aksiyada yüz şam ağacı əkdilər.

17.11.2010-21.11.2010, 24.11.2010-30.11.2010 cu il tarıxində orta ixtisas məktəbləri arasında Respublika sportakiada yarışlarında qızlar arasında basketbol yarışında II yer, oğlanlar arasında basketbol yarışında I yer tutdular.

27.11.2010 cu il tarıxində 2 nömrəli Bakı Baza Tibb Kollecində iməclik keçirildi. Kollecin daxilində və ətraf ərazidə təmizlik işləri görüldü. Kollecin sahəsində yeni ağac və güllər əkildi.

01.12.2010-13.12.2010 cu il tarıxində orta ixtisas məktəbləri arasında Respublika üzrə sportakiadada qızlar arasında “Şahmat” yarışmasında II yer tutdular.

01.12.2010-02.12.2010- cu il tarıxində orta ixtisas məktəbləri arasında Respublika sportakiadasında “Stolüstü tennis” yarışması keçirildi. Qızlardan ibarət komandamız II yer, 03.12.2010-04.12.2010-cu il tarıxində oğlanlardan ibarət komandamız III yer tutmuşlar.07.12.2010-13.12.2010 cu il tarixində orta ixtisas məktəblərinin Respublika sportakiadasının “Voleybol” üzrə yarışmada oğlanlardan ibarət yığma komandamız I yer tutdular.

07.12.2010 - cu il tarıxində “Mübariz İbrahimovun” xatirəsinə həsr olunmuş “Güllə atıcılığı” (Rayon üzrə Ali və orta ixtisas təhsil müəssisələrinin sportakiadası) yarışması keçirildi. “Hədəf I” və “Hədəf II” komandası I yerə layiq görülmüşdü.

24.12.2010-ci il tarixində kollecin akt zalında 31 dekabır “Dünya Azərbaycanlılarının Həmrəylik günü “ və “ Qış nağılı” adlı yeni il şənliyi keçirildi.

27.12.2010-ci il tarixində TGT ilə HİK birgə Yeni il şənliyini davamı olaraq kollecin yeməkxanasında yeni il karnavalı keçirildi.

28.12.2010-cu il tarixində “Dünya Azərbaycanlılarının Həmrəyliy günü və Yeni il” münasibəti ilə Buzovnada yerləşən 9 saylı əsəb və ruhi xəstələr, əlillər üçün internat evinə gedib orada olan 210 əlil uşaqları ziyarət edib və onlar üçün bayram sovqatı, geyim hədiyyə etmişlər.

14.01.2011-ci il tarixində Türkiyənın tanınmış mamaloqu doktor Can Cünhir tərəfindən kollecimizdə “Süd vəzisinin xərçəngi” mövzusunda konfrans keçirildi. Konfransda kollecin müəllimləri və tələbələri iştirak etdilər.

19.01.2011-ci il tarixindən “20 yanvar” faciyəsinin 21 ci il dönümü münasibəti ilə kollecimizdə şəhidlərin xatirəsinə həsr olunmuş gecə keçirildi.

20.01.2011–ci il tarixində bir qrup müəllim və tələbə kollektivi “20 yanvar” faciəsində canlarından keçən şəhidlərin xatirəsini əbədiləşdirmək üçün 20 yanvar metrosu yaxınlığında şəhidlərə düzəldilmiş abidə kompleksinin önündə keçirilən Anım mərasimində iştirak etdi və abidə önünüə gül və əklil qoydular.

02.02.2011-ci il tarıxində 2 fevral 1997 ci ildən Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilmiş “ Gənclər günü” kollecimizin akt zalında TQT və HİK-nin birgə hazırladığı tədbir qeyd edildi.

18.02.2011-ci il tarixində kollecimizin tələbələri həmişə olduğu kimi bu ayda himayədarlıq etdiyi ailələrə baş çəkdilər, onlara maddı, mənəvi və tibbi yardım göstərdilər.

Bunlar:

1. Qəmbərov Qənbər 1926 –cı il I qrup əlil

2. Əsgərova Əzimə 1920-ci il kimsəsiz yaşlı qadın

3. Kərimova Arzu 1972-ci il I qrup əlil

25.02.2011-ci il tarixində kollecin akt zalında XX əsrin ən böyük faciəsi olan 26 fevral 1992 ci il Xocalı faciəsinin 19 cu il dönümü qeyd olundu. “Xocalı qan yaddaşımız” adlı rəsm və bədii hissədən ibarət tədbir keçirildi.

Tədbirdə Yasamal rayon YAP-ın sədri Fikrət İsmayılov və başqa qonaqlar, kollecimizin müəllim və tələbələri iştirak etmişdilər.

26.02.2011-ci il tarixində kollecimizin rəhbərliyi bir qrup müəllim və tələbələrlə birlikdə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş və onların ruhuna ehtiram olaraq əklil qoymuşdular.

01.03.2011-04.03.2011 ci il tarixində rayon üzrə ali və orta ixtisas təhsil məktəbləri arasında qızlar arasında keçirilən “Mini futbol” yarışında kollecin tələbə qızları I yeri tutdular.

11.03.2011-ci il tarixində kollecimizdə Gənclər arasında “Narkomaniyaya və QİÇS-ə qarşı mübarizə mövzusunda” seminarlar və qruplarda disputlar keçirildi.

14.03.2011-ci il tarixində kollecdə yerli Tələbə Gənclər Təşkilatının təklifi ilə “Laborator diaqnostika” və “Tibbi profilaktika” şöbələrinin kimsəsiz uşaqlara köməklik məqsədi ilə xeyriyyə aksiyası keçirildi. Aksiyada hər bir qrupun tələbələri rəhbərlərinin başçılığı ilə müxtəlif şirniyyatlar və salatlar hazırlamış və kollecin yeməkxanasında satış yarmarkası keçirildi. Satışdan əldə edilən pula isə uşağ evində olan kimsəsiz uşaqlar üçün müəyyən geyim, oyuncaq, rəsm ləvazimatları alaraq hədiyyə olundu.

15.03.2011-ci il tarixində Yasamal rayon Gənclər idarəsi və Baş idarənin təşəbbüsü ilə “Xonça” müsabiqəsində bizim kollec I yerə layiq görülmüşdü.

18.03.2011-ci il tarixində kollecin yeməkxanasında TGT və HİK-in birgə hazırladığı “Novruz gəlir, Yaz gəlir” adlı novruz şənliyi keçirildi.Kollecin özfəaliyyət kollektivi musiqi nömrələri və rəqsləri ilə bu şənlikdə iştirak etdilər.Tədbirin sonunda ən fəal tələbələrə diplomlar və hədiyyələr müdriyyət tərəfindən təqdim olundu.

31.03.2011-ci il tarixində 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kollecimizin həyətində Qarabağ döyüşlərində şəhid olmuş “Müalicə işi şöbəsinin” tələbələrinə ucaldılan abidənin önündə Ağayev Nazim Ziyad oğlu və Nadirov Aslan Tarverdi oğlunun xatirəsinə həsr olunmuş Anım mərasimi keçirildi. Abidənin önünə gül dəstələri qoyuldu.

07.04.2011-ci il tarixində kollecimizin akt zalında Beynəlxalq Tibb İşçisi günü münasibəti ilə Respublika Qızıl Aypara Cəmiyyətinin təşkil etdiyi tədbir keçirildi.

Kollecin direktoru t.e.n. D.Ə. Məmmədəliyeva çıxış edərək tədbiri açıq elan etdi, sonra Qızıl Aypara Cəmiyyətinin sədri Qafarov çıxış etdi.

15.04.2011-ci il tarixində kollecin akt zalında metod kabinetin təşkil etdiyi pediatriya fənnindən “Ana südü ilə qidalanma” mövzusunda konfrans təşkil olundu.

18.04.2011-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecinin “Tibbi profilaktika” şöbəsində “Qidalanma gigiyenası” fənnindən olimpiada keçirildi.Olimpiada III turdan ibarət idi.

22.04.2011-ci il tarixində hər il olduğu kimi bu il də Yasamal rayon İcra Hakimiyyəti ilə birgə bizim kollecin tələbələri “Ağac əkmə” aksiyasında iştirak etdilər və 30 şam ağacı əkdilər.

29.04.2011-ci il tarixində kollecin akt zalında “Mamalıq və ginekologiya” fənn metodbirləşməsinin ümumi metodiki konfransı keçirildi.

30.04.2011-ci il tarixində adət üzrə kollecimizdə iməclik keçirildi. İməclikdə kollecin müdiriyyəti və tələbələri aktiv iştirak etdilər.

04.05.2011-ci il tarixində məktəbin kollektivi Ulu Öndərimiz ümumi lider Heydər Əliyevin ad günü ilə bağlı fəxri xiyabanı ziyarət etmişlər.

06.05.2011-ci il tarixində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Yasamal parkında Ulu Öndərimiz Heydər Əliyevin 89 -cu il dönümünə həsr olunmuş “Gül bayramı” keçirildi. Bayramda kollecin müdiriyyəti və tələbələri iştirak etdilər. Tələbələr öz əl işlərini nümaiş etdirdilər.

09.05.2011-ci il tarixində Sovet İttifaqı faşizm üzərindəki qələbəsini 67-ci il dönümü münasibəti ilə məktəbin tələbə heyyətinin nümayəndələri Böyük Vətən müharibəsinin qəhrəmanı M.Hüseynzadənin heykəli ətrafinda toplaşmış və güllər qoymuşdu.

28.06.2011-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecində məzun günü keçirildi. “Tibb bacısının işi”, ”Laboratoriya diaqnostikası”, “Əczaçılıq işi”, “Ortopedik stomatologiya” şöbələrinin məzunlarının buraxılışı oldu. Buraxılış kollecin müdriyyəti, TGT və HİK tərəfindən təşkil olunmuşdu. “Məzun günü” kollecin müdiriyyət və müəllim heyyəti iştirak etdilər.

Tədbiri kollecin direktoru D.Ə. Məmmədəliyeva açaraq öz ürək sözlərini və təbriklərini söylədi. Təbrikdən sonra kollecimizdə ilk dəfə olaraq “Orta tibb işçilərinin Andı”səsləndi və tədbirin sonunda söz musiqiyə verildi.


2011-2012

2 nömrəli Bakı Baza Tibb Kollecinin qarşısında duran əsas vəzifələrdən biri də gələcək tibb işçilərinin tərbiyə işinin tədrislə birlikdə düzgün təşkil olunmasıdır. Kollecin rəhbərliyi tərəfindən təsdiqlənmiş iş planına uyğun olaraq kollecdə tərbiyəvi işlər aparılır. Tələbələrin vətənpərvər ruhunda bir şəxsiyyət kimi formalaşması, gələcək tibb işçilərinin milli-mənəvi dəyərlərinin qorunub saxlanması, humanizm və vətənə məhəbbət ruhunun aşılamasını, peşələrinə uyğun olaraq gələcək tibb işçilərində şəfqət hissinin, əxlaqi saflıq və kamillik ideyalarının, sərbəst işləmək qabiliyyətinin formalaşması və əməyə sevginin yaradılması, müasir gənclərin elmi dünya görüşünü artırmaq və şəxsiyyət kimi hərtərəfli inkişafını təmin edən tədbirlər qrup tələbələrinin iş planında öz əksini tapmışdır və plana uyğun aparılmasına nəzarət olunur. Kollecin tərbiyəvi işlərin aparılmasında Tələbə Həmkarlar Komitəsi və Tələbə Gənclər Təşkilatının ən fəal və istedadlı tələbələrinin iştirakı və köməyi ilə həyata keçirilir.

Tədris illərində “15 sentyabr-Bilik günü”, “5 oktyabr-Müəllim günü”, “Ramazan və Qurban bayramı”, “18 oktyabr-Milli Müstəqillik günü”, “12 noyabr-Konstitutsiya günü”, “17 noyabr-Dirçəliş günü”, “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü”, “20 yanvar-Hüzn günü”, “25-26 fevral-Xocalı faciəsi”, “8 mart-Qadınlar bayramı”, “20-21 mart-Novruz bayramı”, “31 mart-Azərbaycanlıların soyqırımı günü”, “9 may-Alman faşizmi üzərində Qələbə günü”, “10 may-Ümummilli Lider Heydər Əliyevin anadan olması günü”, “28 may-Respublika günü”, “15 iyun-Milli Qurtuluş günü”, “26 iyun-Milli Ordunun yaranması günü” münasibətilə tədbirlər keçirilmişdir və kollecimiz kollektivimizlə birgə bu tədbirlərdə iştirak etmişdir.

Ayda bir dəfə qrup rəhbərlərinin iclası keçirilir, müxtəlif məsələlərin müzakirəsi aparılır.

Bütün fənn birləşmələri üzrə olimpiyadalar, hər tədris ilində ədəbi-bədii gecələr, konfranslar, dəyirmi masalar, disputlar keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi spartakiadalarda kollecimizin tələbələri müxtəlif idman növləri üzrə öz fiziki bacarıqlarını sınamışdırlar və müxtəlif yerlərə layiq görülmüşdürlər.

Qruplarda divar qəzetlərinin hazırlanmasına şöbələr tərəfindən təşkil və nəzarət olunur.

Kollecimizdə hər ay iməcliklər keçirilir. Tələbələr qrup rəhbərləri ilə birlikdə kollecin sahəsində ağaclara və güllərə qulluq edirlər, kollecin sahəsini təmizləyirlər. Yasamal İcra Hakimiyyəti tərəfindən keçirilən ağac əkmə aksiyasında da iştirak edirlər.

Tədris illəri üzrə kollecdə aşağıdakı tədbirlər keçirilmişdir:

- Dərs ilinin əvvəlində 15 sentyabr “Bilik günü” kollecimizin akt zalında təntənəli qeyd olunur. Kollecimizin direktoru t.e.n. D.Ə.Məmmədəliyeva yeni qəbul olmuş tələbələri və müəllimləri dərs ilinin başlanması münasibəti ilə təbrik etdi.

- Tədrisin birinci günündə tələbələrə Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin həyatından və gənclərə göstərilən qayğısından qruplarda mühazirələr aparılır.

- 18 oktyabr “Dövlət Müstəqilliyi günü” – kollecin akt zalında təntənəli tədbir keçirilir. Bu tədbirdə kollecin müdiriyyəti, müəllim heyəti, tələbələri və qonaqlar iştirak edirlər. Tədbiri giriş sözü ilə kollecin direktoru t.e.n. D.Ə.Məmmədəliyeva “Müstəqilliyimizin əldə olunmasında və onun qorunub saxlanmasında misilsiz rolu olan Ulu öndərimiz H.Əliyevin və onun davamçısı İlham Əliyevin böyük rolundan” söhbət açdı. Çıxışlardan sonra TGT və THT tərəfindən təşkil olunmuş tədbirin bədii hissəsində tələbələr öz şeyrləri, mahnıları və rəqsləri ilə bayrama davam etdilər.

- “Dövlət Müstəqilliyi günü”-nə həsr edilmiş ictimai fənn birləşməsi müəllimləri tərəfindən hazırlanmış konfrans keçirildi. Tələbələr Müstəqil Azərbaycan dövlətinin yaranması – Heydər Əliyev siyasəti, Azərbaycan Respublikasının Müstəqilliyi dövründə gənclərin inkişafı, təhsildə və tibbdə əldə olunan naliyyətlər, Müstəqillik dövründə idman sahəsində uğurlarımız, Təhsil və Gəncliyin inkişafı, gənclərə prezidentimiz cənab İ.Əliyev tərəfindən göstərilən diqqət və qayğı, ölkəmizdə mədəniyyətin inkişafı haqqında çıxışlar hazırlanmışdır.

- Prezident cənab İlham Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrdə gördüyü işlərin əhəmiyyəti haqqında tələbələrlə vaxtaşırı söhbət – diskussiyalar, disputlar aparılır.

- “Narkomaniyaya yox deyək” mövzusunda kollecimizdə Yasamal rayon İcra Hakimiyyəti və Mərkəzi Kitabxana sistemi tərəfindən konfrans keçirildi. Konfransda nakomaniyaya qarşı mübarizə komitəsinin sədri, narkoloji dispanserin həkimləri, Yasamal rayon Polis İdarəsinin narkomaniyaya qarşı mübarizə bölməsinin rəisi, Respublika Ədliyyə Nazirliyi və Qlobar Fondunun sifarişi ilə hazırlanan “Qeyri adi məhkəmə və ya heç kəsə zəmanət verilmir” adlı tamaşa nümayiş edildi.

- Ramazan və Qurban bayramı ərəfəsində Yasamal rayonu ərazisində yaşayan kollecimiz tərəfindən himayədarlığa götürülən tənha və kimsəsiz əlillərə bir qrup müəllim və tələbələr onları ziyarət edir və onlara maddi, mənəvi kömək göstərir.

- Kollecimizdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Fövqəladə hallara xəbərdarlıq edilməsi və onların nəticələrinin aradan qaldırılması istiqamətində əhalinin maarifləndirilməsi məqsədilə tədbir keçirildi. Bu tədbirdə kollecimizin müəllimləri və tələbələri iştirak etdilər.

- Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xətti ilə keçirilən idman spartakiadasında bizim kollecin tələbələri də iştirak etdilər, öz fiziki bacarıqlarını sınadılar və idman növü üzrə I, II, III yerlərə layiq görüldülər.

- 12 dekabr Ulu Öndərimiz Heydər Əliyevin “Anma günü” kollecimizin müəllim və tələbə heyyəti Fəxri xiyabana getdilər və Ümumilli Liderimiz Heydər Əliyevin əziz xatirəsini yad etdilər və gül dəstələri qoydular.

- 31 dekabr “Dünya Azərbaycanlılarının həmrəylik günü və 01 yanvar Yeni il” bayramı münasibətilə kollecin akt zalında təntənəli Yeni il bayramı keçirilir. Bu bayramda kollecin müdiriyyəti, müəllim və tələbə heyyəti iştrak etdilər. TGT və THT tərəfindən hazırlanan “Qış nağılı” adlı yeni il şənliyi keçirilmişdir.

- Yeni il bayramı münasibətilə kollecimizin bir qrup müəllim və tələbələri Buzovnada yerləşən 9 saylı əsəb və ruhi xəstələr, əlillər üçün internat evinə gedib orada olan 210 əlil uşaqları ziyarət edib və onlar üçün bayram sovqatı, geyim hədiyyə etmişlər.

- 20 yanvar faciəsinin il dönümü münasibətilə kollecimizdə şəhidlərin xatirəsinə həsr olunmuş gecə keçirildi. 19-dan 20-ə keçən gecə xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Bir qrup müəllim və tələbə şəhidlərin xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına getmişdilər və şəhidlərin məzarına gül qoymuşdular.

- 2 fevral “Gənclər günü” münasibətilə kollecimizdə “Müasir Azərbaycan və müasir gənclik” mövzusunda konfrans keçirilmişdir.

- 26 fevral Xocalı faciəsinə həsr edilmiş “Xocalı qan yaddaşımız” adlı tədbir keçirilmişdir. Tədbirdə kollecimizin müdiriyyəti, müəllimləri, tələbələri və qonaqları iştirak etmişdilər. Mərasimi ilk olaraq kollecin direktoru D.Ə.Məmmədəliyeva açdı və Xocalıda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin baçşısı İ.Mehtiyev, Yasamal rayon YAP-nın sədri F.İsmayılov və başqa qonaqlar çıxış etdilər. Sonra kollecin TGT və THT tərəfindən hazırladığı ədəbi bədii kompozisiyaya baxıldı.

- Kollecimizin müəllim və tələbə heyyəti Yasamal rayon İcra Hakimiyyətində “Narkomaniyaya qarşı mübarizə”yə həsr olunmuş “Bəşəriyyətə təhlükə mənbəyi-narkomaniya” mövzusunda seminar-müşavirədə iştirak etmişdilər. Seminarda rayon İcra Hakimiyyəti rəhbərliyi, Yasamal rayon polisi, Yasamal rayonu üzrə narkoloji dispanserin baş həkimi, Yasamal rayon Gənclər və İdman idarəsinin nümayəndələri iştirak etmişdilər.

- 8 mart Beynəlxalq Qadınlar bayramı hər il təntənəli keçirilir. Kollektivimizin əsas hissəsini təşkil edən qadın müəllimlər kollecin müdiriyyəti və Həmkarlar İttifaqı Təşkilatı tərəfindən təbrik edilir.

- Novruz bayramı ərəfəsi kollecimizdə artıq ənənə şəkili almış, tələbələrin təşəbbüsü ilə “Xeyriyyə aksiyası” keçirilmişdir. Bu aksiyada hər il bir şöbənin tələbələri qrup rəhbərləri ilə şirniyyatlar, salatlar hazırlayırlar və kollecin yeməkxanasında satış yarmarkası keçirirlər. Bu aksiyanın məqsədi satışdan əldə edilən pulla uşaq evində olan kimsəsiz uşaqlara müəyyən geyim, oyuncaqlar, bayram sovqatı alınmasına sərf edilmişdir.

- Kollecimizdə hər ay iməcliklər keçirilir və Novruzun gəlişi münasibətilə də kollecimizdə iməcliklər keçirilmişdir. Tələbələr yeni ağaclar və güllər əkdilər. Kollecin daxilində və həyətində təmizlik işləri apardılar.

- Kollecdə hər il olduğu kimi bu il də Novruz bayramı təntənəli keçirildi. TGT-nin və HİK-nin birgə hazırladığı “Novruz gəlir, Yaz gəlir” adlı Novruz şənliyi keçirildi. Kollecin özfəaliyyət kollektivi musiqi və rəqs nömrələri ilə müəllimləri və tələbələri təbrik etdilər.

- 31 mart Azərbaycanlıların Soyqırımı günü Qarabağ döyüşlərində şəhid olmuş tələbələrimiz Ağayev Nazim Ziyad oğlu və Nadirov Aslan Tarverdi oğlunun xatirəsinə kollecimizin həyətində ucalmış abidə önündə Anma mərasimi keçirildi. Mərasimdə kollecin rəhbərliyi, müəllimləri, tələbələr, şəhidlərin qohumları və qrup yoldaşları iştirak edirdilər. Kollecimizin direktoru D.Ə.Məmmədəliyeva ilk olaraq soyqırım qurbanlarının və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Çıxışlardan sonra abidənin önünə gül dəstələri qoyuldu.

- Kollecin akt zalında Beynəlxalq Tibb işçisi günü münasibətilə Respublika Qızıl Aypara cəmiyyətinin təşkil etdiyi tədbir keçirildi. Tədbirdə kollecin direktoru, müəllim və tələbə heyyəti iştirak etmişdilər. Tədbiri t.e.n. D.Ə.Məmmədəliyeva açdı və fədakər tibb başçısı “Florens Naytingelin” şərəfinə qeyd olunan tibb işçiləri günü haqda və eyni adlı mükafatın verilməsi haqqında danışdı. Çıxışlarda qeyd olundu ki, Azərbaycanda bu mükafata 2 tibb işçisi layiq görülüb, onlardan biri də Gültəkin Qafarovadır.

- Kollecimizdə “Görkəmli şəxsiyyətlərlə görüş” silsiləsindən ADMİV-nın dekanı görkəmli tarzan Vasim Məmmədəliyevin “Tar üstə köklənmiş ömür” adlı yaradıcılıq gecəsi keçirildi. Bu gecədə V.Məmmədəliyevi təbrik etmək üçün görkəmli xadimlər, sənət ustaları və qonaqlar iştirak etmişdilər. Bu tədbir müəllimlərin və tələbələrin marağına səbəb olmuşdur.

- 9 may “Qələbə günü” münasibətilə kollecimizin tələbələrinin görüşü keçirilmişdi və bir qrup tələbələr qrup rəhbərləri ilə birlikdə M.Hüseynzadənin məzarını ziyarət etmişdilər və əziz xatirəsini yad etmişdilər.

- 10 may Ümummilli Lider Heydər Əliyevin anadan olması günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin keçirdiyi “Gül bayramı”nda bizim kollecin müdiriyyəti, müəllimləri və tələbələri iştirak edib və öz əl işlərini nümayiş etdirmişdilər.

- 28 may Respublika Günü münasibətilə kollecimizin akt zalında “Heydər Əliyev və Azərbaycan inkişaf mərhələsində” adlı elmi nəzəri konfrans keçirilmişdir. Konfransda müəllim və tələbə heyyəti iştirak etmişdir.

- 15 iyun “Milli Qurtuluş Günü” bir qrup müəllim və tələbələr Ümummili Liderimiz H.Əliyevin məzarını ziyarət edib, gül dəstələri qoymuşdular.

- Kollecimizdə təntənəli “Məzun günü” keçirildi. Bu tədbirdə kollecin müdiriyyəti, müəllimləri və məzunlar iştirak etdilər. Tədbiri kollecin direktoru t.e.n. D.Ə.Məmmədəliyeva açdı, tələbələri təbrik edib onlara öz seçdikləri peşənin yaxşı mütəxəssisi olmasını arzu etdi və kollecin adını həmişə uca tutmasını söylədi. Sonra orta tibb işçilərin And İçmə mərasimi keçirildi və tədbir bədii hissə ilə davam etdi.

2012-2013

2 nömrəli Bakı Baza Tibb Kollecinin qarşısında duran əsas vəzifələrdən biri də gələcək tibb işçilərinin tərbiyə işinin tədrislə birlikdə düzgün təşkil olunmasıdır. Təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən hazırlanan, kollecin rəhbərliyi tərəfindən təsdiqlənmiş iş planına uyğun olaraq kollecdə tərbiyəvi işlər aparılır. Tələbələrin vətənpərvər ruhunda bir şəxsiyyət kimi formalaşması, gələcək tibb işçilərinin milli-mənəvi dəyərlərinin qorunub saxlanması, humanizm və vətənə məhəbbət ruhunun aşılamasını, peşələrinə uyğun olaraq gələcək tibb işçilərində şəfqət hissinin, əxlaqi saflıq və kamillik ideyalarının, sərbəst işləmək qabiliyyətinin formalaşması və əməyə sevginin yaradılması, müasir gənclərin elmi dünya görüşünü artırmaq və şəxsiyyət kimi hərtərəfli inkişafını təmin edən tədbirlər qrup rəhbərlərinin iş planında öz əksini tapmışdır və bunların plana uyğun aparılmasına nəzarət olunur. Kollecdə tərbiyəvi işlərin aparılması Tələbə Həmkarlar Komitəsi və Tələbə Gənclər Təşkilatının ən fəal və istedadlı tələbələrinin iştirakı və köməyi ilə həyata keçirilir.

Hər tədris ilində “15 sentyabr-Bilik günü”, “5 oktyabr-Müəllim günü”, “Ramazan və Qurban bayramı”, “18 oktyabr-Milli Müstəqillik günü”, “12 noyabr-Konstitusiya günü”, “17 noyabr-Dirçəliş günü”, “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü”, “20 yanvar- Ümumxalq Hüzn günü”, “25-26 fevral-Xocalı faciəsi”, “8 mart-Qadınlar bayramı”, “20-21 mart-Novruz bayramı”, “31 mart-Azərbaycanlıların soyqırımı günü”, “9 may-Alman faşizmi üzərində Qələbə günü”, “10 may-Ümummilli Lider Heydər Əliyevin anadan olması günü”, “28 may-Respublika günü”, “15 iyun-Milli Qurtuluş günü”, “26 iyun-Milli Ordunun yaranması günü” münasibətilə tədbirlər keçirilmişdir və kollecimiz kollektivimizlə birgə bu tədbirlərdə iştirak etmişdir.

Ayda bir dəfə qrup rəhbərlərinin iclası keçirilir, müxtəlif məsələlərin müzakirəsi, tələbələrin dərslərə dəvamiyyəti, geri qalan tələbələr haqqında görülən tədbirlər, tələbələrin ictimai-siyasi əhəmiyyətli yerlərə səyahətləri müzakirə olunur

Bütün fənn birlikləri üzrə intellekt oyunlar, hər tədris ilində ədəbi-bədii gecələr, konfranslar, dəyirmi masalar, disputlar keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən spartakiadasında kollecimizin tələbələri müxtəlif idman növləri üzrə öz fiziki bacarıqlarını sınamışlar və müxtəlif mükafatlara və fəxri yerlərə layiq görülmüşdürlər (I, II, III).

Qruplarda divar qəzetlərinin hazırlanmasına nəzarət olunur. Şöbələrdə yadda qalmalı hadisələr haqqında (20 yanvar, Xocalı soyqırımı, Müstəqillik günü, Həmrəylik günü) iştirak edirlər.

Kollecimizdə hər ay iməcliklər keçirilir. Tələbələr qrup rəhbərləri ilə birlikdə kollecin sahəsində ağaclara və güllərə qulluq edirlər, kollecin həyətyanı sahəsini təmizləyirlər. Tələbələr Yasamal İcra Hakimiyyəti tərəfindən keçirilən müxtəlif aksiyalarda - ağac əkmə aksiyasında da iştirak edirlər.

Tədris illəri üzrə kollecdə aşağıdakı tədbirlər keçirilmişdir:

- Dərs ilinin əvvəlində 15 sentyabr “Bilik günü” kollecimizin akt zalında təntənəli qeyd olundu. Kollecimizin direktoru t.e.n. D.Ə.Məmmədəliyeva yeni qəbul olmuş tələbələri və müəllimləri dərs ilinin başlanması münasibəti ilə təbrik etdi.

- Tədrisin birinci günündə tələbələrə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatından, iş fəaliyyətindən, bu günkü müstəqil Azərbaycan Dövlətinin qurulması uğrunda onun əməyindən və fədakarlığından, gənclərə göstərilən qayğısından (mühazirələr) qruplarda mühazirələr aparıldı.

- 18 oktyabr “Dövlət Müstəqilliyi günü” – kollecin akt zalında təntənəli tədbir keçirilmişdir. Bu tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri, kollecin müdiriyyəti, müəllim heyəti, tələbələri və qonaqlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə kollecin direktoru t.e.n. D.Ə.Məmmədəliyeva açdı və “Müstəqilliyimizin əldə olunmasında və onun qorunub saxlanmasında misilsiz rolu olan Ulu Öndərimiz H.Əliyevin və onun davamçısı İlham Əliyevin böyük rolundan” danışdı. Çıxışlardan sonra TGT və THT tərəfindən təşkil olunmuş tədbirin bədii hissəsində tələbələr öz şeirləri, mahnıları və rəqsləri ilə bayramı davam etdirdilər.

- “Dövlət Müstəqilliyi günü”-nə həsr edilmiş ictimai fənn birləşməsi müəllimləri tərəfindən hazırlanmış konfrans keçirildi. Tələbələr Müstəqil Azərbaycan dövlətinin yaranması – Heydər Əliyev siyasəti, Azərbaycan Respublikasının Müstəqilliyi dövründə gənclərin inkişafı, təhsildə və tibbdə əldə olunan naliyyətlər, Müstəqillik dövründə idman sahəsində uğurlarımız, Təhsil və Gəncliyin inkişafı, gənclərə prezidentimiz cənab İ.Əliyev tərəfindən göstərilən diqqət və qayğı, ölkəmizdə mədəniyyətin inkişafı haqqında çıxışlar hazırlanmışdır.

- Prezident cənab İlham Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrdə gördüyü işlərin əhəmiyyəti haqqında tələbələrlə vaxtaşırı söhbət – diskussiyalar, disputlar aparılır.

-“Narkomaniyaya yox deyək” mövzusunda kollecimizdə Yasamal rayon İcra Hakimiyyəti və Mərkəzi Kitabxana sistemi tərəfindən konfrans keçirildi. Konfransda nakomaniyaya qarşı mübarizə komitəsinin sədri, narkoloji dispanserin həkimləri, Yasamal rayon Polis İdarəsinin narkomaniyaya qarşı mübarizə bölməsinin rəisi çıxış etdilər. Respublika Ədliyyə Nazirliyi və Qlobar Fondunun sifarişi ilə hazırlanan “Qeyri adi məhkəmə və ya heç kəsə zəmanət verilmir” adlı tamaşa nümayiş edildi və tələbələrin marağına səbəb oldu.

- Ramazan və Qurban bayramı ərəfəsində Yasamal rayonu ərazisində yaşayan kollecimiz tərəfindən himayədarlığa götürülən tənha və kimsəsiz əlillər bir qrup müəllim və tələbələr tərəfindən ziyarət edilir və onlara maddi, mənəvi kömək göstərilir

- Kollecimizdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Fövqəladə hallarda xəbərdarlıq edilməsi və onların nəticələrinin aradan qaldırılması istiqamətində əhalinin maarifləndirilməsi məqsədilə tədbir keçirilmişdir. Bu tədbirdə kollecimizin müəllimləri və tələbələri iştirak etmişdilər.

- Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xətti ilə keçirilən idman spartakiadasında bizim kollecin tələbələri də iştirak etdilər, öz fiziki bacarıqlarını sınadılar və idman növü üzrə I, II, III yerlərə layiq görüldülər.

- 12 dekabr Ulu Öndərimiz Heydər Əliyevin “Anma günü” kollecimizin müəllim və tələbə heyəti Fəxri xiyabana getdilər və Ümumilli Liderimiz Heydər Əliyevin əziz xatirəsini yad etdilər, qəbri üzərinə gül dəstələri qoydular.

- 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik günü və 01 yanvar Yeni il” bayramı münasibətilə kollecin akt zalında təntənəli Yeni il bayramı keçirildi. Bu bayramda kollecin müdiriyyəti, müəllim və tələbə heyəti iştrak etdilər. TGT və THT tərəfindən hazırlanan “Qış nağılı” adlı Yeni il şənliyi keçirildi.

- Yeni il bayramı münasibətilə kollecimizin bir qrup müəllim və tələbələri Buzovnada yerləşən 9 saylı əsəb və ruhi xəstəliyi olan əlillər üçün internat evinə gedilmişdir və orada olan 210 əlil uşağı ziyarət edib onlar üçün bayram sovqatı, geyim hədiyyə edilmişdir.

- 20 Yanvar faciəsinin il dönümü münasibətilə kollecimizdə şəhidlərin xatirəsinə həsr olunmuş gecə keçirildi. 19-dan 20-ə keçən gecə xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Bir qrup müəllim və tələbə şəhidlərin xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına getmişdilər və şəhidlərin məzarına gül qoymuşdular.

- 2 fevral “Gənclər günü” münasibətilə kollecimizdə “Müasir Azərbaycan və müasir gənclik” mövzusunda konfrans keçirilmişdir.

- 26 fevral Xocalı faciəsinə həsr edilmiş “Xocalı qan yaddaşımız” adlı tədbir keçirilmişdir. Tədbirdə kollecimizin müdiriyyəti, müəllimləri, tələbələri və qonaqları iştirak etmişdilər. Mərasimi ilk olaraq kollecin direktoru D.Ə.Məmmədəliyeva açdı və Xocalıda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin baçşısı İ.Mehtiyev, Yasamal rayon YAP-nın sədri F.İsmayılov və başqa qonaqlar çıxış etdilər. Sonra kollecin TGT və THT tərəfindən hazırlanan ədəbi bədii kompozisiyaya baxıldı. Sonra Xocalıda həlak olanların hafizəsinə kollecin yeməkxanasında ehsan süfrəsi açıldı və şəhidlərin ruhuna dua oxundu.

- 26 fevral Xocalı faciəsinə həsr edilmiş “Xocalı qan yaddaşımız” adlı tədbir keçirilmişdir. Tədbirdə kollecimizin müdiriyyəti, müəllimləri, tələbələri və qonaqları iştirak etmişdilər. Mərasimi ilk olaraq kollecin direktoru D.Ə.Məmmədəliyeva açdı və Xocalıda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin baçşısı İ.Mehtiyev, Yasamal rayon YAP-nın sədri F.İsmayılov və başqa qonaqlar çıxış etdilər. Sonra kollecin TGT və THT tərəfindən hazırlanan ədəbi bədii kompozisiyaya baxıldı. Sonra Xocalıda həlak olanların hafizəsinə kollecin yeməkxanasında ehsan süfrəsi açıldı və şəhidlərin ruhuna dua oxundu.

- Kollecimizin müəllim və tələbə heyəti Yasamal rayon İcra Hakimiyyətində “Narkomaniyaya qarşı mübarizə”yə həsr olunmuş “Bəşəriyyətə təhlükə mənbəyi-narkomaniya” mövzusunda seminar-müşavirədə iştirak etmişdilər. Seminarda rayon İcra Hakimiyyəti rəhbərliyi, Yasamal rayon polisi, Yasamal rayonu üzrə narkoloji dispanserin baş həkimi, Yasamal rayon Gənclər və İdman idarəsinin nümayəndələri iştirak etmişdilər.

- 8 mart Beynəlxalq Qadınlar bayramı hər il təntənəli keçirilir. Kollektivimizin əsas hissəsini təşkil edən qadın müəllimlər kollecin müdiriyyəti və Həmkarlar İttifaqı Təşkilatı tərəfindən təbrik edilir.

- Novruz bayramı ərəfəsi kollecimizdə artıq ənənə şəklini almış, tələbələrin təşəbbüsü ilə “Xeyriyyə aksiyası” keçirilir. Bu aksiyada hər il bir şöbənin tələbələri qrup rəhbərləri ilə şirniyyatlar, salatlar hazırlayırlar və kollecin yeməkxanasında satış yarmarkası keçirirlər. Bu aksiyanın məqsədi satışdan əldə edilən pula uşaq evində olan kimsəsiz uşaqlara müəyyən geyim, oyuncaqlar, bayram sovqatı alınmasına sərf edilmişdir.

- Kollecimizdə hər ay iməcliklər keçirilir və Novruzun gəlişi münasibətilə də iməcliklər keçirilmişdir. Tələbələr yeni ağaclar və güllər əkdilər. Kollecin daxilində və həyətində təmizlik işləri apardılar.

- Kollecdə hər il olduğu kimi bu il də Novruz bayramı TGT-nin və HİK-nin birgə hazırladığı “Novruz gəlir, Yaz gəlir” adlı Novruz şənliyi keçirildi. Kollecin öz fəaliyyət kollektivi musiqi və rəqs nömrələri ilə müəllimləri və tələbələri təbrik etdilər.

- 31 mart Azərbaycanlıların Soyqırımı günü Qarabağ döyüşlərində şəhid olmuş tələbələrimiz Ağayev Nazim Ziyad oğlu və Nadirov Aslan Tarverdi oğlunun xatirəsinə ucalmış abidə önündə kollecimizin həyətində anma mərasimi keçirildi. Mərasimdə kollecin rəhbərliyi, müəllimləri, tələbələr, şəhidlərin qohumları və qrup yoldaşları iştirak edirdilər. İlk olaraq soyqırım qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və həmin tələbələr haqqında onların müəllimləri, tələbə yoldaşları və qohumları öz xatirələrini danışdı. Çıxışlardan sonra abidənin önünə gül dəstələri qoyuldu.

- Kollecin akt zalında Beynəlxalq Tibb işçisi günü münasibətilə Respublika Qızıl Aypara cəmiyyətinin təşkil etdiyi tədbir keçirildi. Tədbirdə kollecin direktoru, müəllim və tələbə heyəti iştirak etmişdilər. Tədbiri t.e.n. D.Ə.Məmmədəliyeva açdı və fədakər tibb başçısı “Florens Naytingelin” şərəfinə qeyd olunan tibb işçiləri günü haqda və eyni adlı mükafatın verilməsi haqqında danışdı. Çıxışlarda qeyd olundu ki, Azərbaycanda bu mükafata 2 tibb işçisi layiq görülüb, onlardan biri də Gültəkin Qafarovadır.

- 9 may “Qələbə günü” münasibətilə kollecimizin tələbələrinin müharibə əlilləri ilə görüşü keçirilmişdi və bir qrup tələbələr qrup rəhbərləri ilə birlikdə M.Hüseynzadənin məzarını ziyarət etmişdilər və əziz xatirəsini yad etmişdilər.

- 10 may Ümummilli Lider Heydər Əliyevin anadan olması günü münasibətilə Yasamal rayon İcra Hakimiyyətinin keçirdiyi “Gül bayramı”nda bizim kollecin müdiriyyəti, müəllimləri və tələbələri iştirak edib və öz əl işlərini nümayiş etdirmişdilər.

- 28 may Respublika günü münasibətilə kollecimizin akt zalında “Heydər Əliyev və Azərbaycan inkişaf mərhələsində” adlı elmi nəzəri konfrans keçirilmişdir. Konfransda müəllim və tələbə heyəti iştirak etmişdir.

- 15 iyun “Milli Qurtuluş günü” bir qrup müəllim və tələbələr Ümummili Liderimiz H.Əliyevin məzarını ziyarət edib, gül dəstələri qoymuşdular.

- Kollecimizdə təntənəli “Məzun günü” keçirildi. Bu tədbirdə kollecin müdiriyyəti, müəllimləri və məzunlar iştirak etdilər.Tədbiri kollecin direktoru t.e.n. D.Ə.Məmmədəliyeva açdı, tələbələri təbrik edib onlara öz seçdikləri peşənin yaxşı mütəxəssisi olmasını arzu etdi və kollecin adını həmişə uca tutmasını söylədi. Sonra orta tibb işçilərin “And İçmə” mərasimi keçirildi və tədbir bədii hissə ilə davam etdi.

2013-2014

Bu gün həyatımızın bütün sahələrində köklü islahatlar aparılır. Aparılan islahatların gözlənilən nəticə verməsi, təlim və tərbiyədə yüksək keyfiyyətə nail olması, bilavasitə bu sahədə fəaliyyət göstərən müəllimlərin bilik və peşəkarlıq səviyyəsindən həlledici dərəcədə asılıdır. Məhz buna görə də kadrların hazırlanması, keyfiyyət baxımından təmin olunması biz müəllimlərin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Kollecin qarşısında duran əsas vəzifələrdən biri də gələcək tibb işçilərinin tərbiyə işinin tədrislə birlikdə düzgün təşkil olunmasıdır. Təhsil ocağımızda həyata keçirilən tədbirlərdə əsas məqsəd tələbə-gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların xalqımızın milli-mənəvi dəyərlərinə hörmət edərək bir şəxsiyyət kimi formalaşmasıdır. Kollecdə tərbiyəvi işlərin aparılması Tələbə Həmkarlar Komitəsi və Tələbə Gənclər Təşkilatının ən fəal və istedadlı üzvləri olan tələbələrin iştirakı ilə həyata keçirilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən spartakiadalarda kollecimizin tələbələri müxtəlif idman növləri üzrə öz fiziki bacarıqlarını sınamışlar və müxtəlif mükafatlara və fəxri yerlərə layiq görülmüşdürlər.

- 15 sentyabr - Tədris ilinin əvvəlində “15 sentyabr-Bilik günü” münasibətilə yeni qəbul olunmuş tələbələri ilə kollecin akt zalında görüş keçirilmişdir.

- 17 oktyabr – “18 oktyabr – Dövlət Müstəqilliyi Günü” münasibətilə kollecin metod kabinetində Azərbaycan müstəqilliyinin 21-ci ildönümünə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir

- 6 noyabr – Kollecin akt zalında “YAP-ın 20 illik yubileyi”nə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Bu tədbirdə kollecin müdiriyyəti, müəllimləri, tələbələri və səlahiyyətli qonaqlar iştirak etmişdilər.

- 3 dekabr – “Ümumdünya Əlillər Günü”-münasibətilə kollecin akt zalında xüsusi qayğıya ehtiyacı olan uşaqlar və əlilliyi olan insanlar üçün “Bərabər hüquq və imkanlar yaradaq” adlı tədbir keçirilmişdir. Bu tədbirin Azərbaycan Əlillər Cəmiyyəti, Yasamal rayon Əlillər Təşkilatı tərəfindən təşkil olunmuşdur. Bu tədbirdə kollecin müdiriyyəti, müəllim və tələbə heyəti iştirak etmişlər və 100 nəfər xüsusi qayğıya ehtiyacı olan və əlilliyi olan uşaqlara hədiyyələr verilmişdir.

- 12 dekabr–Ulu Öndər Heydər Əliyevin anma gününü hər il olduğu kimi, kollecin müəllim və tələbə heyəti Fəxri Xiyabana gedib onun əziz xatirəsini yad etmişlər.

- 19 dekabr – Kollecin tələbələrinin təşəbbüsü ilə TGT tərəfindən “Kimsəsiz xəstə uşaqlara yardım” aksiyasına start verilmişdir. Aksiyada kollecin tələbə və müəllim heyəti yaxından iştirak etmişlər və bu aksiyada toplanan vəsait hesabına kimsəsiz, xəstə uşaqlara müxtəlif çeşiddə hədiyyələr alınaraq Şağan qəsəbəsində yerləşən 3 saylı Uşaq evinə gedilmiş və onlara bayram hədiyyələri təqdim edilmişdir.

- 27 dekabr–TGT tərəfindən kollecin akt zalında “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ”nə həsr olunmuş Yeni il şənlik təşkil olunmuşdur. Bədii hissədə istedadlı tələbələrin iştirakı ilə kollecin öz fəaliyyət kollektivi tərəfindən hazırlanmış konsert proqramı ilə çıxış etmişlər.

- 18 yanvar 2014-cü il Kollecin metod kabinetində “20 yanvar” faciəsinin 23-cü il dönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Bu tədbirdə kollecin müdiriyyəti, müəllim və tələbə heyəti iştirak etmişdir. Tədbirin sonunda 20 yanvar faciəsinə həsr olunmuş film izlənilmişdir.

- 20 yanvar – “20 Yanvar” faciəsinin 23-cü ildönümü ilə əlaqədar bir qrup müəllim və tələbələr Şəhidlər Xiyabanına getmiş, onların əziz xatirəsini yad etmişlər.

- 31 yanvar – Kollecin metod kabinetində “2 fevral – Gənclər Günü”nə həsr olunmuş və TGT tərəfindən hazırlanmış dəyirmi masa keçirilmişdir. Bu tədbirdə kollecin müdiriyyəti və kollecin TGT-nin aktiv nümayəndələri iştirak etmişlər.

- 24 fevral – Kollecin akt zalında “26 fevral – Xocalı faciəsinin” 21-ci ildönümünə həsr edilmiş “Xoca” filminin baxışı keçirilmişdir. Bu filmin baxışında kollecin müdiriyyəti, müəllimləri və tələbələri iştirak etmişlər.

- 26 fevral – Kollecin müdiriyyəti və tələbələri Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önündə toplaşıb, yürüşdə iştirak etmişlər.

- 9 mart – Kollecdə Novruz bayramı münasibətilə iməcliklər keçirilmişdir. İməclikdə kollecin ərazisində sanitariya, təmizlik, yaşıllaşdırma işləri aparılmışdır.

- 13 mart – Kollecin akt zalında tələbələrimizin Azərbaycanımızın görkəmli Xalq şairi Nəriman Həsənzadə ilə görüşü keçirilmişdir.

- 17 mart – Kollecin akt zalında Azərbaycanın qədim və gözəl bayramı olan Novruza həsr olunmuş şənlik keçirilmişdir. Bu şənlikdə kollecin müdiriyyəti, müəllimləri və tələbələri iştirak etmişlər. Hər il olduğu kimi bu şənlikdə şöbələrarası xonça müsabiqəsi keçirilmişdir. Bu şənlik TGT tərəfindən hazırlanmış konsert proqramı ilə davam etdirilmişdir.

- 31 mart – Qarabağ döyüşlərində şəhid olmuş “Müalicə işi” şöbəsinin tələbələri Ağayev Nazim Ziyad oğlu və Nadirov Aslan Tarverdi oğlunun hər il olduğu kimi xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir. Mərasim kollecin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə təşkil olunmuşdur. Bu mərasimdə kollecin müdiriyyəti, müəllim və tələbə heyəti, eləcə də şəhidlərin qohum və yaxınları iştirak etmişlər.

- 31 mart – Kollecin metod kabinetində “Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş dəyimi masa ətrafında kollecin müdiriyyəti, müəllim və tələbə heyətinin iştirakı ilə xatirə gecəsi keçirilmişdir.

- 24 aprel – Kollecin akt zalında Zərifə Əliyevanın 91 illik yubileyinə həsr olunmuş elmi və bədii hissədən ibarət konfrans həyata keçirilmişdir. Bu konfransda Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri, Yasamal rayon YAP-ın Qadınlar Şurasının üzvləri və kollecin müdiriyyəti, müəllim və tələbə heyəti iştirak etmişdir.

- 25 aprel – Kollecin akt zalında incəsənət xadimi, yazıçı Baba Vəziroğlu ilə Görüş keçirildi. Tədbirdə kollecin direktoru t.e.n. D.Ə.Məmmədəliyeva, müəllim və tələbələr iştirak etmişdir.

- 27 aprel – Bir qrup müəllim və tələbələr Fəxri Xiyabana getmiş akademik Zərifə Əliyevanın məzarını ziyarət etmişlər.

- 28 aprel – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yubileyinə hazırlıqlarla əlaqədar kollecin ərazisində sanitariya, təmizlik, yaşıllaşdırma məqsədilə hər bazar günü iməcliklər keçirilmişdir.

- 29 aprel – Şöbələrdə ictimai fənn birləşmə sədri tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik yubileyi ilə bağlı həyat və fəaliyyətinə həsr olunmuş mühazirələr oxunmuşdur.

- 2 may – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş kollecin tələbələrinin əl işlərinin sərgisi təşkil olunmuşdur.

- 3 may – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik yubileyi münasibətilə Yasamal rayon İcra Hakimiyyəti tərəfindən keçirilən “Gül Bayramı” tədbirlər kompleksində kollecin müəllim və tələbələri əl işləri, rəsm əsərləri və gül kompozisiyaları ilə iştirak etmişlər.

- 6 may – Kollecin tələbələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş Ali və orta ixtisas kolleclərinin komandaları arasında mini futbol və şahmat oyunları üzrə rayon birinciliyində iştirak etmişlər.

- 10 may – Kollecin müəllim və tələbələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş “Velotur” yarışmasında iştirak etmişlər.

- 10 may – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar olaraq kollecin bir qrup müəllim və tələbələri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət etmişlər.

- 27 may – Kollecin metod kabinetində “28 may – Respublika Günü”nə həsr olunmuş dəyirmi masa keçirilməsi nəzərdə tutulur. Eləcə də məktəbi bitirən məzunlar üçün “Məzun-2014” tədbiri keçirilməsinə hazırlıqlar aparılır. Bunun üçün yeni avadanlıqların alınması, zalın bəzədilməsi nəzərdə tutulur.

2014-2015

Bu gün həyatımızın bütün sahələrində köklü islahatlar aparılır. Aparılan islahatların gözlənilən nəticə verməsi, təlim və tərbiyədə yüksək keyfiyyətə nail olması, bilavasitə bu sahədə fəaliyyət göstərən müəllimlərin bilik və peşəkarlıq səviyyəsindən həlledici dərəcədə asılıdır. Məhz buna görə də kadrların hazırlanması, keyfiyyət baxımından təmin olunması biz müəllimlərin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Kollecin qarşısında duran əsas vəzifələrdən biri də gələcək tibb işçilərinin tərbiyə işinin tədrislə birlikdə düzgün təşkil olunmasıdır. Təhsil ocağımızda həyata keçirilən tədbirlərdə əsas məqsəd tələbə-gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların xalqımızın milli-mənəvi dəyərlərinə hörmət edərək bir şəxsiyyət kimi formalaşmasıdır. Kollecdə tərbiyəvi işlərin aparılması Tələbə Həmkarlar Komitəsi və Tələbə Gənclər Təşkilatının ən fəal və istedadlı üzvləri olan tələbələrin iştirakı ilə həyata keçirilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən spartakiadasında kollecimizin tələbələri müxtəlif idman növləri üzrə öz fiziki bacarıqlarını sınamışlar və müxtəlif mükafatlara və fəxri yerlərə layiq görülmüşdürlər. Bütün tədbirlər kollecin öz internet saytında işıqlandırılır.

- 15 sentyabr - Tədris ilinin əvvəlində “15 sentyabr-Bilik günü” münasibətilə yeni qəbul olunmuş tələbələri ilə kollecin akt zalında görüş keçirilmişdir.

- 16 oktyabr – Heydər Əliyev müzeyində Yasamal rayonunda yaşayan və ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirildi. Tədbirdə kollecin tələbələri və TGT-nin sədri iştirak etdi.

- 17 oktyabr – “18 oktyabr – Dövlət Müstəqilliyi Günü” münasibətilə kollecin metod kabinetində Azərbaycan müstəqilliyinin 22-ci ildönümünə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir.

- 24 oktyabr – Dahi Azərbaycan şairi Hüseyn Cavidin anadan olmasının 132 –ci il dönümü münasibəti ilə “Hüseyn Cavid” adına parkda rayon tədbiri keçirilmişdir. Tədbirdə Kollecin müdriyyəti, müəllim və tələbə heyyəti iştirak edirdi.

- 29 oktyabr – kollecin akt zalında “Az-farm” şirkətinin əməkdaşları əczaçılıq şöbəsinin müəllim və tələbələri ilə görüş keçirilmişdir.

- 5 noyabr- Azərbaycan gəncliyinin həmrəyliyini, Dövlət Bayrağımıza olan hörmət və ehtiramını nümayiş etdirmək, ilk dəfə keçiriləcək Avropa Oyunlarını ictimayyətə təbliğ etmək məqsədi ilə “Fleşmob” keçirilmişdir. Tədbirdə kollecin tələbələri ATG-nın və TGT-nın sədrləri iştirak etdirlər.

- 6 noyabr – Yasamal rayon İcra Hakimiyyətində “Narkomaniyaya yox deyək” adlı seminar keçirildi. Seminarda TGT-nın sədri və tələbələr iştirak etdilər.

- 13 noyabr – Bakı Kristal zalında Kompyuter oyunları üzrə Azərbaycan Çempionatının açılış mərasimi oldu. Tədbirdə TGT-nın sədri və tələbələr iştirak etdilər.

- 12 dekabr – Ulu Öndər Heydər Əliyevin “Anım günü ”- nə həsr edilmiş dəyirmi masa keçirildi. Sonra kollecin müəllim və tələbə heyəti Fəxri Xiyabana gedib onun əziz xatirəsini yad etdilər.

- 26 dekabr- Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə tədbir keçirildi.

- 19 yanvar – Kollecin metod kabinetində “20 yanvar” faciəsinin 23-cü il dönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Bu tədbirdə kollecin müdiriyyəti, müəllim və tələbə heyəti iştirak etmişdir. Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş film izlənilmişdir.

- 20 yanvar – “20 Yanvar” faciəsinin 24-cü ildönümü ilə əlaqədar bir qrup müəllim və tələbələr Şəhidlər Xiyabanına getmiş, onların əziz xatirəsini yad etmişlər.

- 24 fevral – Kollecin akt zalında “26 fevral – Xocalı faciəsinin” 22-ci ildönümünə həsr edilmiş “Xocalı Qan yaddaşımız” adlı ədəbi-bədii kompozisiya keçirildi.

- 26 fevral – Kollecin müdiriyyəti və tələbələri Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önündə toplaşıb, yürüşdə iştirak etmişlər.

- 31 mart – Qarabağ döyüşlərində şəhid olmuş “Müalicə işi” şöbəsinin tələbələri Ağayev Nazim Ziyad oğlu və Nadirov Aslan Tarverdi oğlunun xatirəsinə həsr olunmuş Anma Mərasimi keçirilmişdir. Mərasim kollecin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə təşkil olunmuşdur. Bu mərasimdə kollecin müdiriyyəti, müəllim və tələbə heyəti, eləcə də şəhidlərin qohum və yaxınları iştirak etmişlər.

- 31 mart – Kollecin metod kabinetində “Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş dəyirmi masa ətrafında kollecin müdiriyyəti, müəllim və tələbə heyətinin iştirakı ilə xatirə gecəsi keçirilmişdir.

- 22 aprel – kollecin “Ortopedik stomatologiya” şöbəsində “Dişlərdə Anatomik formanın modelləşdirilməsi” üzrə yarış keçirildi. Yarışda Sumqayıt tibb kollecinin müəllim və tələbə heyəti iştirak edirdi. Yarışın əsas təşkilatçıları kolecin direktoru t.e.n. D.Ə.Məmmədəliyeva və “Limon Dental” şirkəti idi.

- 23 aprel – Kollecin akt zalında Zərifə Əliyevanın 92 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilmişdir.

- 23 Aprel - 2 nömrəli Bakı Baza Tibb Kollecində “Talassemiya ” gününə həsr olunmuş elmi-təcrübi konfrans keçirildi.Açılışında kollecin direktoru t.e.n.D.Ə.Məmmədəliyeva “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını müəllim və tələbələrin nəzərinə çatdırdı.

- 27 aprel – Akademik Zərifə Əliyevanın 92-ci illik yubileyi ilə əlaqədar olaraq kollecin müəllim və tələbə heyəti Fəxri Xiyabana getmiş Zərifə xanımın məzarını ziyarət etmişlər.

- 28 aprel – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yubileyinə hazırlıqlarla əlaqədar kollecin ərazisində sanitariya, təmizlik, yaşıllaşdırma məqsədilə iməcliklər keçirilmişdir.

- 1 may – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 92 illik yubileyinə həsr olunmuş kollecin tələbələrinin əl işlərinin sərgisi təşkil olunmuşdur.

- 4 may – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik Yubileyi münasibətilə Yasamal rayon İcra Hakimiyyəti tərəfindən keçirilən “Gül Bayramı” tədbirlər kompleksində kollecin müəllim və tələbələri əl işləri, rəsm əsərləri və gül kompozisiyaları ilə iştirak etmişlər.

- 5 may – kollecdə “Qələbənin 70 illik” yubileyi ilə əlaqədar tədbir keçirildi.

- 7 may – Kollecin müəllim və tələbələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 92 illik yubileyinə həsr olunmuş “Velotur” yarışmasında iştirak etmişlər.

- 10 may – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar olaraq kollecin bir qrup müəllim və tələbələri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət etmişlər.

- Azərbaycan I Avropa oyunlarının açılış və bağlanış mərasimində 2 Nömrəli Bakı Baza Tibb Kollecindən 38 könüllü tələbə iştirak etdi. Hər bir könüllünün fərdi olaraq verdiyi töhfə mərasimlərin uğurla keçirilməsi üçün vacib amil idi. Hər bir könüllünün həvəsi və peşəkarlığı sayəsində “Bakı - 2015” ruhu canlandırıldı.

2015-2016

- Dərs ilinin əvvəlində 15 sentyabr “Bilik günü” kollecimizin akt zalında təntənəli qeyd olundu. Kollecimizin direktoru t.e.n. D.Ə.Məmmədəliyeva yeni qəbul olmuş tələbələri və müəllimləri dərs ilinin başlanması münasibəti ilə təbrik etdi.

-Tədrisin birinci günündə tələbələrə Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin həyatından, iş fəaliyyətindən, bu günkü müstəqil Azərbaycan dövlətinin qurulması uğrunda onun əməyindən və fədakarlığından, gənclərə göstərilən qayğısından (mühazirələr) qruplarda mühazirələr aparıldı.
 
 
 
 
 
 
 
 
©2013 AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 2 NÖMRƏLİ BAKI BAZA TİBB KOLLECİ bütün huquqları qorunur.