XƏBƏRLƏR

2013-03-19

19.03.2013

Tədbiri açan 2 Nömrəli Baki baza tibb kollecini drektoru t.e.n Dilarə Məmmədəliyeva tədbir iştirakçılarını salamlamış, onları xalqımızın ən əziz bayramı olan Novruz bayramı münasibətilə təbrik edib. O, Novruz bayramının tarixi kökləri, özünəməxsus xüsusiyyətləri haqqında ətraflı məlumat vermiş və bu bayramın sülh, dostluq, mənəvi saflıq, barışıq, birlik, yaxşı qonşuluq, bərəkətlilik, təbiətin oyanışı bayramı olduğunu qeyd edib. Xalqımızın dəyərləri arasında Novruz ənənələrinin müstəsna mövqeyə malik olduğunu deyən Dilarə xanım onun mədəni müxtəliflik, dözümlülük, sağlam həyat tərzi kimi dəyərləri təcəssüm etdirdiyini qeyd edib. Bundan əlavə, direktor Novruz bayramının özündə su, od, yel və torpaq ilaxır çərşənbələrini birləşdirdiyini, bayram günlərində bununla bağlı müxtəlif ayin və mərasimlərin həyata keçirildiyini bildirib. Dilarə xanım Novruz bayramının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi nəticəsində 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini vurğulamış, habelə 2010-cu ildə 21 mart tarixinin BMT-nin Baş Assambleyası tərəfindən "Beynəlxalq Novruz Günü" elan olunduğunu diqqətə çatdırmışdır və tədbir tələbələrin iştirakı ilə "NOVRUZ GƏLİR YAZ GƏLİR" adlı əyləncəli konsert proqramı ilə davam etmişdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2013-04-24

ZƏRIFƏ ƏLIYEVA 90 ILLIK YUBILEY

2 Nömrəli Bakı Baza Tibb Kollecində Azərbaycan Respublikasının əməkdar elm xadimi, tanınmış oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Kollecin direktoru t.e.n Dilarə Məmmədəliyeva Zərifə xanımın zəngin və mənalı ömür yolundan danışıb, bu şərəfli həyat yolunun hər bir Azərbaycan qadını üçün nümunə, kamillik məktəbi olduğunu söyləyib. Direktor görkəmli alimin Azərbaycan oftalmologiya elminə verdiyi töhfələr müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatları, əldə etdiyi uğurlar, əsl örnək olan yüksək mənəvi keyfiyyətləri, onun bir qadın , ana və gözəl həyat yoldaşı kimi ailəsinə, övladlarına, ömür-gün yoldaşı - ulu öndər Heydər Əliyevə olduqca həssas, səmimi, ülvi münasibətindən danışıb. Zərifə xanımın təkcə respublikamızda deyil beynəlxaq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim kimi dəyərləndirdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, akademik Zərifə xanım Əliyeva öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanıb. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları alimin irsindən faydalanırlar. Anım mərasiminin sonunda tələbələr Zərifə Əliyevaya həsr edilmiş kollecin hazırladığı film göstərib, şeirlər və mahnılar oxudular xəbərin şəkilləri. -->xəbərin şəkilləri

...xəbərin davamı

2012-05-01

İbad Hüseynovla görüş

Bəli bu gündə bu möhtəşəm ocağın böyük və işıqlı zalında Azərbaycanın dəyərli qəhrəmanı “Azərbaycan bayrağı” ordenli , keçmiş kəşfiyatçı İbad Hüseynovla görüş keçirilmişdir. Görüşü açıq elan edən 2 Nömrəli Baki baza tibb kollecin Direktoru t.e.n Dilarə Məmmədəliyeva tələbələrin İbad Hüseynov kimi canlı qəhrəmanla görüşmələrini onlar üçün xoşbəxtlik adlandırdı və Azərbaycan gənclərinə canl nümunə və örnək olduğunu bildirdi. Sonra görüş kollecin hazırladığı İbad Hüseynovun qəhrəmanlığını əks etdirən film və konçert proqramı ilə davam etdi. Sonda söz görüşün qəhrəmanı olan İbad Hüseynova verildi. İbad Hüseynov görüş üçün direktora ,tələbə -müəllim heyyətinə təşəkkürünü bildirdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2013-02-22

NƏRIMAN HƏSƏNZADƏ ILƏ GÖRÜŞ

Fevralın 22 də 2 Nömrəli Bakı Baza Tibb Kollecində Azərbaycanın görkəmli ziyalısı, xalq şairi, ictimai xadim Nəriman Həsənzadə ilə görüş keçirildi. Həsənzadə o ziyalılardandı ki, yaradıcılığı, ünsiyyəti və səmimiliyi ilə insanları öz ətrafına toplaya bilir. Baxmayaraq ki, onun əsərlərinin mövzusu keçmiş zamanla səsləşir, ancaq düşüncələri müasirdir. Kollecin direktorunun çıxışından sonra görüşdə iştirak edən ziyalılar N.Həsənzadə haqqında öz dəyərli fikirlərini bildirdilərlər. Tədbirdə şairin şeirləri oxundu, sözlərinə yazılan musiqilər səsləndi xəbərin şəkilləri. -->xəbərin şəkilləri

...xəbərin davamı

2013-02-08

YAP-IN 20 ILLIYI QEYD OLUNUB

Kolecimizdə Yasamal Rayon İcra Hakimiyyətində YAP Yasamal rayon təşkilatının yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirildi. Azərbaycanın himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri,professor Fikrət İsmayılov partiyanın yaranma zəruriyyətindən danışdı. O, bildirdi ki, YAP zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır. Tarixə “91-lər”-in müraciyəti kimi daxil olan sənəddə həmin dövrün səciyyəvi xüsusiyyətləri öz əksini tapmışdı. Dahi şəxsiyyət Heydər Əliyev müraciətin cavabında Yeni Azərbaycan Partiyasının Yaradılmasını obyektiv zərurətdən doğan addım kimi dəyərləndirərək, bu inamı ifadə etmişdi ki, belə partiya Azərbaycanın ictimai - siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarıxi rol oynaya bilər. 20 illik şərəfli yol bu fikirlərin təsdiqidir. Ulu öndərin “Dünənin, bu günün və gələcəyin partiyası”deyə həm keçmişini həm bu gününü, həmdə gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq , dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birinin əvəzləyən uğurlarına atdığı imzası onun cəmiyyətdəki mövqeyini dahada möhkəmləndirilmiş ümumxalq partiyası olduğunu təstiqləmişdi. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva vurğuladı ki, YAP respublikamızın siyasi avanqardı, cəmiyyətimizin ən güclü siyasi partiyasıdı. Partiyanın yaradılması ulu öndər Heydər Əliyevin xalqımız qarşısındaki xidmətləri silsiləsində xüsusi mərhələ kimi qiymətləndirilməyə layiq, yadda qalan, mürəkkəb ictimai - siyasi proseslərlə müşayiət olunan çoxşahəli və çoxpilləli bir hadisədir. Çünki bu partiyanın siyasi səhnəyə gəlməsi ilə ölkəmizdə demokratiya, azadlıq, müstəqillik ideyalarının həqiqi mahiyyəti öz təcəssümünü tapdı. Məhz bu partiya siyasi müstəqillik savaşının çətin yollarından ötüb suveren dövlət quruculuğu vəzifələrini həyata keçirən insanlara, xalqa, dövlətə təmənnasız, həqiqi xidmətlər nümunəsi aşıladı. Tezliklə aydın oldu ki, YAP gələcəyimizin və xalqımızın tale partiyasıdır. Bu partiyanın siyasi səhnəyə gəlməsi ictimai ehtiyacların obyektib təlabatına verilən real cavab idi. Ulu öndər Heydər Əliyev çox yaxşı bilirdi ki, yeniləşən Azərbaycan öz siyasi, sosial və dövləti simasınıda dəyişəcək, yeniləşdirəcəkdir. YAP-ın tarixi xidmətlərindən biri xalqımızın mənəvi gücünü səfərbəy etmək oldu. Əsl müstəqil dövlət də bunun nəticəsi, yekunu kimi bərqərar olur.Yalnız öz millətinin xalqının mənəvi potensialını üzə çıxaran dövlətlər əsl müstəqillik yolu ilə gedirlər. N. Əliyeva qeyd etdi ki ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP-ı yarandığı gündən ümumxalq partiyasını çevrilməklə həyata keçirdiyi siyasət nəticəsində biri-birindən əhəmiyyətli uğurlara imza atdı. Bu gün partiyanın sıralarında 600 min üzvün birləşməsi də bunun təsdiqidir. N. Əliyeva partiyanın sıralarından qadınların çoxluq təşkil etməsinin və onların siyasi fəallıqlarını günbəgün artırmalarını diqqətə çatdırdı. Bu fikirlə xüsusi vurğuladı ki, 1995 –ci ildə YAP Qadınlar Şurasının yaradılması ulu öndər Heydər Əliyevin partiyanın sıralarında qadınların təmsil olmasına göstərdiyi diqqət və qayğıdan qaynaqlanır. Partiyanın 600 min üzvünün demək olar ki, 50 faizini qadınlar təşkil edir. YAP Yasamal rayon təşkilatının 26 min üzvünün 14 mini qadındı. YAP Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev partiyanın keçdiyi inkişaf yolundan geniş bəhs edərək, bildirdi ki, Azərbaycanın bu günkü uğurları Heydər Əliyev siyasətinin təntənəsidir. Düzgün qurulan siyasət nəticəsində Azərbaycan günbəgün inkişaf edir, beynəlxaq aləmdə yeri və rolunu möhkəmləndirir. Ölkəmiz dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, böyük tikinti meydançasını xatırladır. Paytaxt və rayonlardan quruculuq, abadlıq işləri geniş vüsət alıb. Bu uğurlar ölkə əhalisində böyük ruh yüksəkliyi yaradır. İ.Mehdiyev Yasamal rayonunda həyata keçirilən tədbirlərdən bəhs edərək vurğuladı ki, bu işlərin görülməsi İcra Hakimiyyəti ilə YAP Yasamal təşkilatının birgə səylərinin nəticəsidir. Qarşıda daha böyük işlərin dayandığını qeyd edən İ. Mehdiyev bu birlik sayəsində qarşıdakı tədbirlərin yüksək səviyyədə həyata keçiriləcəyinə inamını ifadə etdi. Tədbir konsert proqramı ilə davam etdi xəbərin şəkilləri. -->xəbərin şəkilləri

...xəbərin davamı

2014-06-27

MƏZUN GÜNÜ

27.06.2014-ci ildə 2 Nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında kolleci bitirən tələbələr üçün “Məzun günü” keçirildi.Təntənəli surətdə keçirilən tədbirdə kollecin müdriyyəti, dəvət olunmuş qonaqlar və müəllim heyəti iştirak edirdilər.Tədbiri giriş sözü ilə kollecin direktoru t.e.n. D.Ə.Məmmədəliyeva açdı. Direktor ilk olaraq məzunları təbrik etdi. Çıxışda kollecin Ümummilli Lideri Heydər Əliyev cənablarının göstərişi ilə fəaliyyətə başlamazdan, son dövrdə Möhtərəm Prezident İlham Əliyev cənablarının Səhiyyənin inkişafına göstərdiyi əvəzsiz qayğıdan, bu sahədə əldə edilmiş nailiyyətlərdən söz açıldı. Sonra kolleci əla qiymətlərlə bitirən məzunlar “Fəxri Fərman”larla və “Təşəkkürnamə”lərlə təltif olundular.Təbrikdən sonra “Orta Tibb işçinin Andı” səsləndi və təntənəli surətdə “And içmə” mərasimi keçirildi. Tədbirin rəsmi hissəsi tələbələr tərəfindən təşkil olunmuş bədii hissə ilə əvəz olundu və xatirə şəkilləri çəkildi xəbərin şəkilləri. -->xəbərin şəkilləri

...xəbərin davamı

2014-09-15

BILIK GÜNÜ 15 SENTYABR 2014

Kollecin akt zalında “Bilik günü” münasibəti ilə bayram tədbiri keçirildi. Tədbirdə kollecin müdiriyyəti, müəllim və tələbə heyəti iştirak etdi. Tədbiri kollecin direktoru D.Ə.Məmmədəliyeva açaraq müəllim və tələbələri “15 sentyabr Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Sonra 2 Nömrəli Bakı Baza Tibb Kollecinin tələbələrinin iştirakı ilə bayram tədbiri başladı. Kollecin həyatından bəhs edən film göstərildi xəbərin şəkilləri. -->xəbərin şəkilləri

...xəbərin davamı

2014-10-24

HÜSEYN CAVID 132 IL DÖNÜMÜ

Hüseyn Cavidin 132 – illiyi ilə əlaqədar olaraq Yasamal rayon İcra Hakimiyyəti Hüseyn Cavid parkında rəsmi və bədii hissədən ibarət tədbir təşkil etmişdir. Bu tədbirdə 2 Nömrəli Bakı Baza Tibb Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini İ. Allahverdiyeva, TGT – nın sədri G.Baxşəliyeva və bir qrup tələbə iştirak etmişdilər.Tələbələr H.Cavidin abidəsi önünə əklil qoymuşdular xəbərin şəkilləri

...xəbərin davamı

2014-12-31

HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL

2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il" bayramı münasibətilə təntənəli bayram keçirildi. Tədbirdə kollecin müdiriyyəti, müəllimləri, tələbələri və dəvət olunmuş qonaqlar iştirak edirdilər. Tədbiri kollecin direktoru t.e.n. Dilarə xanım Məmmədəliyeva açdı. O, tələbələri bayram münasibətilə təbrik etdi. Sonra tədbir kollecin tələbələri tərəfindən hazırlanmış konsert proqramı ilə davam etdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2015-01-20

20 YANVAR FACİƏSİ.

20 yanvar faciəsinin 25 ci il dönümü münasibəti ilə 2 Nömrəli Bakı Baza Tibb Kollecinin metod kabinetində dəyirmi masa keçirildi. Bu tədbirdə kollecin müdiriyyəti, müəlimləri, eləcədə tələbələri iştirak edirdilər. TGT tərəfindən 20 yanvara həsr olunmuş şeir kompozisiyası nümayiş etdirilmiş və sonda 20 yanvara həsr olunmuş film göstərildi xəbərin şəkilləri. -->xəbərin şəkilləri

...xəbərin davamı

2015-04-29

ORTOPEDIK STOMATOLOGIYA ŞÖBƏSINDƏ YARIŞ

Diş texnikliyi də incəsənətin bir növü hesab olunur. 29.04.2015-ci il tarixində “Ortopedik stomatologiya” şöbəsində “Dişlərdə anatomik formanın modelləşdirilməsi” üzrə yarış təşkil olunmuşdur. Yarışda Sumqayıt tibb kollecinin nümayəndələri də iştirak edirdi. Giriş sözü ilə çıxış edən kollecin direktoru t.e.n D.Ə.Məmmədəliyeva iştirakçılara uğurlar arzuladı. Yarış kollecimizin metal-keramik protezlərin hazırlanması kabinetində Seyfullayev Anar müəllimin rəhbərliyi altında keçirildi. Tələbələrdə həyacan, rəqabət aydın sezilirdi. Yarışın sonunda tələbələr əl işlərini münsiflər heyətinə təqdim etdilər. Əmrahov Xəyal, Nəsirov Mehdi, Mirzəyev Məhərrəm və Rzayev Elnur münsiflər heyətinin üzvləri idi. Tələbələrin göstəriciləri bir - birindən fərqlənsələr də hər biri yaxşı olduğundan seçim bir az çətinləşirdi. Nəhayət birinci, ikinci və iki üçüncü yerin qalibi müəyyən oldu. Cəfərli Nicat, Şahbazov Vüsal, Abbasov Osman və Balaməmmədova Humay qalib oldular. Qaliblərin mükafatlandırılma mərhələsi 2 Nömrəli Bakı Baza Tibb Kollecinin direktoru tərəfindən aparıldı. Sonda xatirə şəkili çəkildi xəbərin şəkilləri. -->xəbərin şəkilləri

...xəbərin davamı

2015-06-30

BAKI 2015 AVROPA OYUNLARI

Bakıda Avropanın idman hərəkatında yeni dövrün başlandığını bildirən birinci Avropa Oyunları bütün 17 yarış günü ərzində yüz minlərlə insanın təbəssümü və paytaxtımıza, ölkəmizə dərin minnətdarlıq sözləri ilə əlamətdar oldu. Dövlətimiz və şəxsən onun başçısı Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın böyük qayğısı sayəsində Azərbaycan idmanı nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Bu möhtəşəm və tarixi hadisənin Açılış və Bağlanış Mərəsimində 2 Nömrəli Bakı Baza Tibb Kollecindən 38 könüllü tələbə iştirak edirdi. Hər bir könüllünün fərdi olaraq verdiyi töhfə mərasimlərin uğurla keçirilməsi üçün vacib amil idi. Hər bir könüllünün həvəsi və peşəkarlığı sayəsində “Bakı - 2015” ruhu canlandırıldı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2015-09-15

Bilik günü 15 sentyabr 2015 ci il

15 sentyabr 2015 ci il tarixində 2 Nömrəli Bakı Baza Tibb kolecində “ Bilik günü” qeyd olundu. Öncə kollecin direktoru t.e.n D.Ə Məmmədəliyeva çıxış edərək yeni qəbul olunmuş tələbələri təbrik etdi. Onlara tədris ilində uğurlar arzuladı. Daha sonra kollecin TĞT- sədri Güney Baxşəliyeva yeni qəbul olunmuş tələbələri təbrik etdi və təşkilatın işi barəsində ətraflı məlumat verdi. Eləcə də təşkilatın fəal üzvləri fəxri fərmanlara təltif olundular. Bundan sonra isə kollecin tələbələri tərəfindən hazırlanmış bədii hissəyə baxıldı xəbərin şəkilləri. -->xəbərin şəkilləri

...xəbərin davamı

2015-11-23

Xeyirxahlıq edinki, xeyirxahlıq görəsiniz

23 noyabr 2015-ci il tarixində“Tibbi profilaktika” şöbəsinin bütün kurs tələbələri öz təşəbbüsləri ilə "Xeyirxahlıq edinki, xeyirxahlıq görəsiniz" adlı mətbəx sərgisi xeyriyyə aksiyası keçirdi. Sərgini kollecin direktoru t.e.n D.Ə.Məmmmədəliyeva, Təlim-tərbiyə işləri üzrə direktor müavini V.V.Əliyeva və həmin şöbənin müdiri R.H.Heydərova açdı.Əldə olunan məbləğ Bilgəh qəsəbəsində yerləşən “Müharibə və əmək əlilləri üçün pansionat”a sərf olunacaq. -->xəbərin şəkilləri

...xəbərin davamı

2015-11-30

“Mətbəx sərgisi”

30 noyabr 2015-ci il tarixində “Laboratoriya diaqnostikası” şöbəsinin bütün kurs tələbələri öz təşəbbüsləri ilə “Mətbəx sərgisi” xeyriyyə aksiyası keçirdi. Sərgini kollecin direktoru t.e.n D.Ə.Məmmmədəliyeva, Təlim-tərbiyə işləri üzrə direktor müavini V.V.Əliyeva və həmin şöbənin müdiri R.A.Məmmədova açdı. Əldə olunan məbləğ Maştağa qəsəbəsində yerləşən 1 nömrəli psixiatrik xəstəxanasının uşaq və yeniyetmələr şöbəsinə sərf olunacaq. -->xəbərin şəkilləri

...xəbərin davamı

2015-12-08

“Mətbəx Sərgisi”

08.12.2015-ci il tarixində “Əcazçılıq işi” və “Ortopedik stomatologiya” şöbələrində bütün kurs tələbələri öz təşəbbüsləri ilə “Mətbəx Sərgisi” adlı xeyirxahlıq aksiyası təşkil etdilər. Sərgini kollecin direktoru t.e.n D.Ə.Məmmədəliyeva, Təlim-tərbiyə işləri üzrə direktor müavini V.V.Əliyeva və həmin şöbələrin müdiri B.A.Ələsgərova açdı. Əldə olunan məbləğ “Kəskin Leykoz Limfoblast Variant” diaqnozlu “Əczaçılıq işi” şöbəsinin 2-ci kurs 300 qrup tələbəsi Nəcəfli Aysel Şahin qızının qardaşı Nəcəfli Amin Şahin oğlunun “Kapital Bank”da olan hesabına köçürülüb. -->xəbərin şəkilləri

...xəbərin davamı

2015-12-11

Heydər Əliyevin anım günü.

Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin anım günü. 2 nömrəli Bakı Baza Tibb Kollecində 11.12.2015-ci il tarixində Ümümmilli Lider Heydər Əliyevin anım günü keçirildi. Anım günündə müdriyyət, müəllimlər və tələbələr iştirak etdilər. Tədbir kollecin direktoru t.e.n. D.Ə.Məmmədəliyevanın çıxışı ilə başlandı. Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra kollecin Azərbaycan tarixi fənn müəllimi Z.Qasımov çıxışı davam etdi. Ulu Öndər Heydər Əliyevə həsr olunmuş filmə baxıldı və tələbələr tərəfindən şeirlərdən ibarət kompozisiya səslənildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2015-12-13

Xeyriyyə aksiyası.

Xeyriyyə aksiyası. “Tibbi profilaktika” şöbəsinin tələbələri 23.11.2015-ci il tarixində keçirilən “Mətbəx sərgisindən” əldə etdikləri vəsaiti 13.12.2015-ci il tarixində Bilgəh qəsəbəsində yerləşən “Müharibə və əmək əlilləri üçün pansionat” a sərf ediblər. Şöbə müdiri R.Heydərova, müəllimlər və tələbələr bədii hissə ilə qocaları sevindiriblər. Aldıqları hədiyyələri, ərzaq məhsullarını onlara təqdim ediblər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2015-12-15

15.12.2015-ci il “Qara yara”

15.12.2015-ci il tarixində kollecin akt zalında “Mikrobiologiya” fənni üzrə “Qara yara” mövzusunda elmi konfrans keçirildi. Konfransda müdriyyət, müəllim, “Laborator -diaqnostika ” və “Tibbi profilaktika” şöbəsinin tələbələri iştirak etdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2015-12-22

Bayraq yürüşü

2 Nömrəli Bakı Baza Tibb Kollecinin “Tibb bacısı işi” və “Laboratoriya diaqnostikası” şöbələrinin I-ci kurs tələbələri Təhsil Nazirliyi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin birgə təşkil etdiyi “Bayraq yürüşü” hərəkatında iştirak etmişlər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-01-20

20 yanvar faciəsinin 26-cı il

20 yanvar faciəsinin 26-cı il dönümü münasibətilə 2 Nömrəli Bakı Baza Tibb Kollecinin müdriyyəti, müəllim və tələbələri şəhidlər xiyabanını ziyarət etmiş, məzarların üzərinə çiçək qoymuşlar. -->xəbərin şəkilləri

...xəbərin davamı

2015-12-23

Akademik Y.H.Məmmədəliyevin yubileyi

23.12.2015 – ci il taixində 2 nömrəli Bakı Baza Tibb Kollecində Azərbaycanın ilk kimyaçı akademiki Yusif Heydər oğlu Məmmədəliyevin 110 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Kollecin direktoru t.e.n. D.Ə.Məmmədəliyeva tədbiri açaraq görkəmli alimin həyat və fəaliyyəti haqqında məlumat verdi. Sonra Tələbə Gənçlər Təşkilatının sədri G.Baxşəliyeva və kimya müəlliməsi N.Şirəliyeva çıxış etdilər. Tədbirin sonunda görkəmli alimin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2015-12-21

Həmrəylik Günü və Yeni il

21 dekabr 2015-ci ildə kollecin akt zalında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı manasibətilə təntənəli bayram keçirildi. Tədbirdə müdiriyyət, müəllimlər və tələbələr iştirak etdilər. Kollecin direktoru t.e.n. D.Ə.Məmmədəliyeva öz çıxışında kollektivi bayram münasibəti ilə təbrik etdi. Sonra tələbələrin hazırladığı konsert proqramı nümayiş etdirildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-02-01

01.02.2016-cı il Gənclər Günü

01.02.2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayonu “ Heydər Əliyev” mərkəzində “Gənclər Günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Yasamal rayon icra başcısı, Bakı şəhəri “Gənclər və İdman” baş idarəsinin rəisi , Yasamal rayon “Gənclər və İdman” idarəsinin rəisi, Yasamal rayon YAP-ın sədri və bir sıra rəsmi nümayəndələr iştirak etdi. Tədbirdə bir çox gənclər fəaliyyətinə görə fəxri fərmanla və hədiyyələrlə mükafatlandırıldı. Həmçinin 2 nömrəli Bakı Baza Tibb kollecinin TGT sədri G.Ş.Baxşəliyeva “Dövlət Gənclər Siyasəti”nin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə” görə fəxri fərmanla mükafatlandırıldı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2015-10-29

HÜSEYN CAVID 133 IL DÖNÜMÜ

Hüseyn Cavidin 133 – illiyi ilə əlaqədar olaraq Yasamal rayon İcra Hakimiyyəti Hüseyn Cavid parkında rəsmi və bədii hissədən ibarət tədbir təşkil etmişdir. Bu tədbirdə 2 Nömrəli Bakı Baza Tibb Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini V. Aliyeva, TGT – nın sədri G.Baxşəliyeva və bir qrup tələbə iştirak etmişdilər.Tələbələr H.Cavidin abidəsi önünə əklil qoymuşdular xəbərin şəkilləri. -->xəbərin şəkilləri

...xəbərin davamı

2015-11-13

YAP-IN 23-cü ILDÖNÜMÜ QEYD OLUNUB

Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü ilə əlaqədar 13 noyabr 2015-ci il tarixində, 2 nömrəli Bakı Baza Tibb Kollecinin rəhbərliyi, pedaqoji heyəti və bir qrup tələbə Heydər Əliyev Mərkəzini ziyarət etdi. Mərkəzin fəaliyyəti ilə yaxından tanış oldu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-02-20

YAP YASAMAL RAYON 23-CÜ ILDÖNÜMÜ

20.02.2016-cı il tarixində YAP Yasamal rayon təşkilatının 23-cü ildönümü qeyd olunub. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri T.Əhmədov, Yasamal rayon İcra Hakimiyyətinin başcısı İ.Mehdiyev, BDU – nin rektoru A.Məhərrəmov və partiya fəalları iştirak ediblər. YAP Yasamal rayon təşkilatının 2 nömrəli Bakı Baza Tibb kolleci üzrə Gənçlər birliyinin sədri Çinarə Qüvvətova il boyu Gənçlər arasında fəal aktivlik nümyiş etdiyinə görə Fəxri Fərmanla təltif olundu.

...xəbərin davamı

2016-02-26

Heydər Əliyev adına muzeydə ekskursiya

Yasamal rayon İcra Hakimiyyətinin nəzdində yerləşən yeni təmir olunmuş Heydər Əliyev adına muzeydə ekskursiya təşkil olunmuşdur. Kollecimizin Tibb bacısı və Laboratoriya diaqnoskikası şöbələrin tələbələri ekskursiyada iştirak etmişdilər.

...xəbərin davamı

2016-02-25

Xocalı soyqırımı

25.02.2016-cı ildə 2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi. Kollecin direktoru t.e.n D.Ə.Məmmədəliyeva tədbiri açaraq qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Faciədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Kollecin Azərbaycan tarixi fənn müəllimi Z.Qasımov çıxış etdi. Daha sonra “Xoca” bədii film nümayiş etdirildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-02-26

Ana harayı

26.02.2016-cı ildə 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim və tələbələri paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinin önündə keçirilən ümümxalq hüzün mərasimində iştirak etmişdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-02-24

Xocalı soyqrımına həsr olunmuş tədbir

24.02.2016-cı ildə 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri və TGT-nın sədri G. Baxşəliyeva Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqrımına həsr olunmuş tədbirdə iştirak etmişdilər.

...xəbərin davamı

2016-03-02

Elmi-praktik konfrans

02.03.2016 - cı ildə 2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında Laboratoriya diaqnostikası şöbəsinin müəllim və tələbələr tərəfindən “Klinik laborator müayinə üsulları” fənnindən elmi-praktik konfrans hazırlanmışdır. Ön söz kollecin direktoru t.e.n D.Ə.Məmmədəliyevaya verilmişdir. Sonra “Q-6-FDQ – ferment defesitli irsi hemolitik anemiya” və “Kapsula endoskopla müayinə” mövzular haqqında məlumatı tələbələr auditoriyaya təqdim etmişdilər. Daha sonra səhnəçiklər nümayiş olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-03-03

Fövqəladə Hallar və Mülki Müdafiə

03.03.2016 – cı il tarixdə 2 nömrəli Bakı Baza Tibb Kollecinin hərbiləşdirilməmiş MM qüvvələrinin hazırlığı Yasamal rayonu Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, mayor İ.Söhbətov tərəfindən yoxlanıldı. Yoxlamaya kollecin F.H.K – sı, MM qərargahı, MM qüvvələrinin komandir-rəis və şəxsi heyəti cəlb edildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-03-15

Novruz gəldi yaz gəldi

15.03.2016- cı il tarixdə 2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında Yasamal rayon YAP-ın sədri T.Əhmədov, Yasamal rayon YAP-ın qadınlar şurasının sədri Pediatriya institutunun direktoru T.Şahbazova, Respublika Klinik Xəstəxanasının baş həkimi T.İbadov, Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İ.Səfərov və bir çox qonaqların iştirakı ilə təntənəli “Novruz gəldi yaz gəldi” adlı bayram tədbiri keçirilmişdi. Tədbiri kollecin direktoru t.e.n D.Ə.Məmmədəliyeva açdı. Zalda əyləşən qonaqları, müəllim və tələbələri Novruz bayramı münasibətilə təbrik etdi. Bu bayramın özünə məxsus xüsusiyətləri və adət - ənənələrindən danışdı. Sonra T.Əhmədov və T.Şahbazova çıxış etdilər. Tədbir tələbələrin hazırladığı bədii hissə ilə tamamlandı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-03-16

Xeyirxahlıq missiya

Xalqımızın sevimli bayramı olan Novruz bayramı münasibətilə 2 nömrəli Bakı Baza Tibb Kollecinin bir qrup tələbələri hər zaman olduğu kimi xeyirxahlıq missiyasını həyata keçirirlər. Xəstə, gözdən zəlil və yataq xəstəsi olan insanların yanında olmalarını özlərinə mənəvi borc hesab edirlər. Bayram münasibətilə serebral iflic xəstəli olan Piriyeva Arzu Ağaverdi qızını ziyarət edib ona bayram ərəfəsində böyük sevinclər bəxş etdilər. Bayram sovqatı ilə bu ailənin evində oldular. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-03-18

Q.M.Musabəyov parkında Novruz bayramı

18.03.2016-cı ildə Bakı şəhərində yerləşən Q.M Musabəyov adına parkda Yasamal rayon İçra Hakimiyyətinin təşəbbüsü ilə “Novruz bayramı” tədbiri təşkil olunmuşdur. Tədbirdə 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim və tələbələri iştirak etmişdirlər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-03-31

31 mart Quba soyqrımı

31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. 31.03.2016-cı ildə 2 nömrəli Bakı Baza Tibb kollecinin bir qrup tələbələri Qubada yerləşən “Quba Soyqrımı Memorial Kompleksi”ni ziyarət etmişdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-04-04

Vətən bölünməzdir.

04.04.2016-cı il tarixində saat 1300-da 2 nömrəli Bakı Baza Tibb Kollecində cəbhə bölgələrində gedən döyüşlərdə şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Şəhidlərimiz heç vaxt unudulmayacaq. Şəhidlər ölməzdir, Vətən bölünməzdir!!! Müqəddəsliyin, ölməzliyin ən yüksək zirvəsi olan şəhidlik və vətənpərvərlik haqqında çıxışlar oldu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-04-05

Cəbhədə baş verən hadisələr

05.04.2016-ci il tarixində Bakının Yasamal rayonunda İcra Hakimiyyətinin binasında son günlərdə cəbhədə baş verən hadisələrlə bağlı böyük tədbir keçirildi. Tədbirdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, təhsil ocaqlarının müəllim və tələbə heyəti iştirak etdi. Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclərin qatıldığı tədbirdə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Çoxsaylı çıxışlar səsləndi. Bu tədbirdə 2 nömrəli tibb kollecinin direktoru t.e.n D.Ə.Məmmədəliyeva, kollecin YAP-nın sədri G.Quluzadə və bir qrup tələbə iştirak etmişdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-03-31

Soyqırımı günü

31.03.2016-cı ildə 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim və tələbə heyəti, vaxtı ilə kollecimizin “Müalicə işi” şöbəsində təhsil alan, 1992-ci ildə Şuşada qəhrəmancasına həlak olan Ağayev Nazim Ziyad oğlu və Nadirov Aslan Tanrıverdi oğlunun qohumları Azərbaycanlıların “Soyqırımı günü”nü qeyd etdilər. Kollecin direktoru t.e.n D.Ə.Məmmədəliyeva, HİK-nın sədri S.S.Zeynalova və şəhid olan tələbələrin qohumları çıxış etdilər. Bir dəqiqəlik sükutla ölənlərin ruhu yad edildi. Sonra tələbələrin hazırladığı bədii kompozisiya təqdim olundu. Kollecin həyətində qurulan abidənin önünə qərənfillər qoyuldu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-03-29

Mini futbol

29.03-05.04.2016-cı ildə 2 nömrəli Bakı Baza Tibb kollecində 31 mart Azərbaycanlıların Soy Qırımına həsr olunmuş “Mini futbol” idman növü üzrə şöbələr arası yarış keçirilmişdir. Yarış dairəvi üsulla keçirilmişdir. 6 komanda iştirak etmişdir. Nəticə: 1-ci yer Stomatologiya şöbəsinin komandası - 15 xal. 2-ci yer Laboratoriya diaqnostikası şöbəsinin komandası – 12 xal. 3-cü yer Müalicə işi şöbəsinin komandası – 07 xal Qalib komandalar diplomlarla təltif olunmuşdurlar. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-04-14

N. Sklifosovskinin 180 illik yubileyi

14.04.2016-cı il tarixində 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələri Azərbaycan Respublikası Dövlət Elmi Tibb Kitabxanasında Rusiya İnformasiya – Mədəniyyət Mərkəzinin “Alimlər – uşaqlara” proyekti çərçivəsində tibb alimləri Rusiyalı cərrah Nikolay Sklifosovskinin 180 illik yubileyinə həsr olunmuş görüş keçirdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-04-14

Heydər Əliyev 93 FLASHMOB

14.04.2016-cı il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecinin bir qrup tələbələri Yasamal rayon İcra Hakimiyyətinin və YAP-ın təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş FLASHMOBda iştirak etmişdirlər. FLASHMOBda Yasamal, Nəsimi və Binəqədi rayonların universitet, texnikum və kollec tələbələri iştirak etdilər. Tələbələr birlikdə əl-ələ verib 93 rəqəmini yerdə canlandırdılar. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-04-18

Azərbaycan İstiqlal Muzeyi

18.04.2016-cı il 2 nömrəli Bakı Baza Tibb kollecinin Tibb bacısı şöbəsinin bir qrup tələbələri Azərbaycan İstiqlal Muzeyində ekskursiyada olmuşdurlar. Tələbələr Azərbaycan xalqının qədim zamanlardan bu günədək milli-azadlıq hərəkatını əks edən eksponat və dövlət atributları ilə tanış oldular. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-04-25

Cəbhəyə dəstək

“Cəbhəyə dəstək” könüllü qan vermə aksiyası. 25.04-28.04.2016 –cı il tarixlərində 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim və tələbələrin təşəbüsü ilə“Cəbhəyə dəstək” devizi altında könüllü qan vermə aksiyası keçirilmişdir. Aksiyada tam sağlam olan müəllim və tələbələr iştirak etmişdirlər. Qan vermə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun mərkəzi qan bankında keçirilmişdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-04-27

27.04.2016 – cı il Zərifə Əliyeva-93

27.04.2016 – ci ildə 2 Nömrəli Bakı Baza Tibb Kollecinin metodik kabinetində XX-ci əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan əməkdar elm xadimi, tanınmış oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü il dönümünə həsr olnmuş tədbir kecirildi. Tədbirdə kollecin müəllim və tələbə heyəti iştirak etdilər. Kollecin direktoru t.e.n D.Ə. Məmmədəliyeva Zərifə xanımın zəngin və mənalı ömür yolundan danışdı. Sonra oftalmoloqiya fənn müəllimi A. Səfixanova çıxış etdi. Anım mərasiminin sonunda Zərifə Əliyevaya həsr edilmiş film təqdim olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-04-28

Zərifə xanım Əliyevanın 93 illiyi

28.04.2016-cı ildə Yasamal rayon Heydər Əliyev Mərkəzində Zərifə Əliyevanın 93 illiyinə həsr edilmiş konfrans keçirildi. Konfransda Yasamal rayon İcra Hakimiyyətinin idarə heyəti, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru t.e.n D.Ə.Məmmədəliyeva, TGT-nın sədri G.Baxşəliyeva, kollecin müəllimləri və tələbələri iştirak etdilər. Konfransda oftalmologiya fənn müəllimi A.Səfixanova akademik Zərifə xanım Əliyevanın həyatından və oftalmologiya sahəsində əldə etdiyi naliyyətlərdən məruzə etdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-04-29

Psixonevroloji kimsəsizlər evi

29.04.2016-cı il tarixdə 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru t.e.n D.Ə.Məmmədəliyeva, bir qrup müəllim və tələbələr Buzovna qəsəbəsində yerləşən 1 nömrəli Psixonevroloji kimsəsizlər evini ziyarət etdilər. Kollecin tələbələrindən ibarət özfəaliyyət qrupu pasientlərin qarşısında bədii hissə ilə çıxış etdi. “Mətbəx sərgisi” xeyriyyə aksiyasında yığılan vəsaitə hədiyyələr və ərzaq məhsulları alındı və kimsəsizlərə təqdim olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-05-02

“Ortopedik stomatologiya” şöbəsi

02.05.2016-cı il tarixində 2 Nömrəli Bakı Baza Tibb kollecinin akt zalında “Ortopedik stomatologiya” şöbəsinin tələbələri üçün Averon (Rusiya) və G-CERAM (Türkiyə) şirkətlərinin metal - keramik və neylon protezlərin hazırlanmasında istifadə olunan avadanlıqların təqdimatı mövzusunda konfrans keçirildi. Sonra xarici şirkətlərin mütəxəssisləri tərəfindən tələbələrə master-klass göstərildi. 03.05.2016-cı il tarixində “ Dişlərin anatomik formasının modelləşdirilməsi” üzrə yarış keçirildi. Qaliblər diplom və mükafatlarla təltif olundu. I - ci yer – Şahbazov Vüsal – qrup 100 II - ci yer - Əlili Abbas – qrup 100 III - cü yer – Məhərrəmov Səbuhi qrup 110 -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-05-03

MM deputatı E.Süleymanovla görüş

03.04.2016-cı ildə 2 Nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında Azərbaycan Respublikası Milli Məclisin deputatı Elxan Süleymanovla müəllim və tələbələr arasında görüş keçirildi. Deputat “Ermənistanın qondarma soy qırım təbliğatına petisiya mesajımız” mövzusunda çıxış etdi. E. Süleymanov kollecimizin müəllim - tələbə heyətini Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) ABŞ Prezidentinə etdiyi müraciətə qoşulmaq və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına dair petisiyada iştirak etmək və səs verməyə çağırdı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-05-05

Yazıçı Z.Əsgərova ilə görüş

05.05.2016 - cı ildə Azərbaycan Tələbə Gənçlər Təşkilatları İttifaqında yazıçı Zəhra Əsgərova ilə görüş keçirildi. Görüşdə 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri iştirak etdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-05-07

Qobustana ekskursiya

07.05.2016-cı ildə Tələbə Gənçlər və İdman baş idarəsi Qobustan dövlət tarixi – bədii qoruğuna ekskursiya təşkil etmişdir. Ekskursiyada kollecimizin TGT-nın sədri G.Baxşəliyeva və bir qrup tələbə iştirak etmişdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-05-04

“Tour d´Azerbaidjan-2016”

04.05-08.05.2016-cı ildə “Tour d´Azerbaidjan-2016” beynəlxalq velosiped turu keçirildi. Kollecimizin direktoru t.e.n D.Ə.Məmmədəliyeva, müəllim və tələbə heyəti mayın 8-də Bakı şəhərində keçirilən veloturu izləmək və idmançılara dəstək olmaq məqsədilə “İzmir park” və Azadlıq meydanında toplanmışdırlar. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-05-09

9 May–Qələbə günü

09.05.2016-cı il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecin bir qrup müəllim və tələbələri 9 May – Qələbə Günündə Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının igid oğlu, əfsanəvi partizan Mehdi Hüseynzadənin abidəsini ziyarət etdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-05-10

Ağacəkmə aksiyası

10.05.2016–cı ildə respublikada Ulu Öndər Heydər Əliyevin 93-cü il dönümü ilə əlaqədar ağacəkmə aksiyası kecirilmişdir. Kollecimizin müəllim və tələbələri Yasamal rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsində təşkil etdiyi ağacəkmə aksiyasında iştirak etdilər. Eyni zamanda kollecimizin həyət yanı sahəsində də ağaclar əkildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-05-13

H.Əliyev və Azərbaycan nitq mədəniyyəti

13.05.2016-cı il tarixdə 2 nömrəli Bakı Baza Tibb kollecinin akt zalında “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının müzakirəsi kecirildi. Kollecin HİK-nin sədri S.Zeynalova, Azərbaycan dili müəllimi Z.Müslümova, YAP–ın sədri G.Quluzadə və kitabın müəllifi N. Zamanov çıxış etdilər və hər iki cildin gələcək nəsillər üçün mühüm əhəmiyyət kəsb edəcək elmi tidqiqat əsəri olduğunu bildirdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-05-14

Qala qəsəbəsinə ekskursiya

14.05.2016–cı il tarixində Tələbə Gənçlər Təşkilatının təşəbbüsü ilə Bakı şəhərinin Qala qəsəbəsində açıq səma altında yerləşən Qala Arxeoloji–Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil olunmuşdur. Muzey Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə yaradılmışdır. Ekskursiyada kollecimizin TGT–nın sədri G. Baxşəliyeva və bir qrup tələbə iştirak etmişlər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-05-25

Vəli Axundov-100

25.05.2016-cı ildə Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar kollecimizin bir qrup tələbələri və Yasamal rayon Mərkəzləşdirilmiş kitabxananın əməkdaşları arasında görüş keçirildi -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-06-22

22.06.2016. Məzun günü

22.06.2016-cı il tarixdə 2 nömrəli Bakı Baza Tibb Kollecində Məzun günü keçirilmişdir. Tədbirdə Bakı şəhəri Yasamal İcra Hakimiyyətinin nümayəndələri, Respublika Klinik Xəstəxananın baş həkimi T.İbadov, “Xalq” qazetinin İqtisadiyyat şöbəsinin baş müxbiri M.Yaqubzadə, valideynlər və kollecimizin müəllim - tələbə heyəti iştirak etmişlər. Tədbiri kollecin direktoru t.e.n D.Ə.Məmmədəliyeva açdı. Daha sonra qonaqlar çıxış etdi. Təhsil aldıqları illər ərzində fərqlənən tələbələr fəxri fərmanla təltif olundular, onların valdeynlərinə təşəkkürnamə təqdim olundu. Bədii hissə kollec haqqında qısa metrajlı filmlə başladı. Sonra 2 Nömrəli Bakı Baza Tibb Kollecinin “Şəfa” rəqs ansamblının və tələbələrin çıxışları ilə tamamlandı. Əziz məzunlar, yolunuz uğurlu və açıq olsun! -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-09-15

Bilik günü

Kollecin akt zalında “Bilik günü” qeyd olundu. Tədbirdə müəllim və tələbə heyəti iştirak etdi. Direktor t.e.n D.Ə.Məmmədəliyeva birinci kurs tələbələrini təbrik edib onlara dərslərində və gələcək həyatlarında müvəffəqiyətlər arzuladı. Tədbir konsert proqramı ilə tamamlandı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-10-17

Müstəqillik günü 25 il

17.10.2016 Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə metodik kabinetdə müəllimlərin və I kurs tələbələrin iştirakı ilə dəyirmi masa keçirildi. HİK-in sədri S.Zeynalova, Azərbaycan tarixi fənn müəllimi Z.Qasımov çıxış etdilər. Tədbirin iştirakçılarına qısametrajlı film nümayiş etdirildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-10-18

Litvanın Sağlamlıq Elmləri Universiteti

Litvanın Sağlamlıq Elmləri Universiteti əməkdaşları ilə görüş 18.10.2016 Litvanın Kaunas şəhərində yerləşən Sağlamlıq Elmləri Universitetinin nümayəndə heyətini kollecimizdə qəbul etdik. Universitetin beynəlxalq əlaqələr və marketinq mərkəzinin dekanı professor Jilvinas Padayqa əməkdaşlıq edilə biləcək sahələr haqqında söhbət açdı. Müasir təbabətin aktual problemləri, paritet əsaslarda müasir innovasion texnologiyaların tətbiqi, tədrisin idarə edilməsinin müasir standartlara uyğun təşkili məsələlərində əməkdaşlıq və təcrübə mübadiləsi haqqında danışıldı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-10-19

Xeyriyyə aksiyası

19.10.2016 “Ortopedik stomatologiya” şöbəsinin tələbələri “Mətbəxt sərgisi” aksiyası keçirdilər. Yığılan vəsait qara ciyər xəstəliyindən əziyyət çəkən II kurs 111-ci qrup tələbəsi Axundzadə Oktay Şamil oğlunun ailəsinə verildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-11-11

Media nümayəndələri üçün brifinq

01.11.2016. kollecdə media nümayəndələri üçün “Səhiyyə və təhsil sahəsində həyata keçirilən köklü islahatlar” mövzusunda brifinq keçirildi. Kollecin direktoru D.Ə.Məmmədəliyeva, direktor müavini V.V.Əliyeva, istehsalat təcrübə rəhbəri K.T.Bilalova və Diplomdansonrakı təhsil şöbəsinin müdiri T.A.İmaniyeva son 3 ildə təhsildə, kollecin ictimai – siyasi, mədəni və sosial həyatında əldə olunan nailiyyətləri haqqında məlumat verdilər. Tədbirdə kollec haqqında qısa metrajli film nümayiş edildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-11-14

YAP-ın 24 illiyi

14.11.2016 Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında YAP-ın yaranmasının 24 illiyi münasibətilə keçirildiyi təntənəli tədbirdə 2nömrəli BBTK-nin İlk Partiya Təşkilatının sədri Quluzadə Gülər Əyyub qızı partiyadakı içtimai-siyasi fəaliyyətinə görə fəxri fərmanla təltif edilmişdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-11-15

YAP-in 24 illiyi

15.11.2016 metodik kabinetdə YAP - ın 24 illiyinə həsr olunmuş tədbirdə Yasamal rayon Yeni Azərbaycan Partiyasının nümayəndələri, Respublika klinik xəstəxanasının baş həkimi T.Ə.İbadov, kollecin direktoru D.Ə.Məmmədəliyeva və kollecin müəllim - tələbə heyəti iştirak etmişlər. Tədbirdə qonaqlar və rəhbərlik tərəfindən çıxışlar səslənmişdir. YAP-ın sıralarına yeni üzvlər qəbul olunmuşdur və Partiyanın keçən iclasında qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunmuşdur. Tədbir sənədli film və bədii hissə ilə tamamlanmışdır. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-11-29

Elmi–praktiki konfrans

29.11.2016. Laboratoriya diaqnostikası şöbəsinin Biokimya fənni üzrə 700 qrup tələbələri tərəfindən elmi-praktiki konfrans keçirilmişdir. Ön sözlə kollecin müəllimi G.Zeynalova çıxış etmişdir. Tələbələr tərəfindən “Enzimoterapiya”, “Troponin”, “Podaqra” mövzulara aid çıxışlar olmuşdur və səhnəcik nümayiş etdirilmişdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-12-01

QIÇS

01.12.2016. kollecin akt zalında ümumdünya QİÇS-lə mübarizə günü qeyd olundu. Tədbirdə kollecin müəllimləri bu xəstəliyin yoluxma və ondan qorunma yolları haqqında tələbələrə geniş məlumat verildilər. Film nümayiş etdirildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-12-08

Narkomaniyaya yox deyək

08.12.2016 kollecin akt zalında Sinir – Ruhi xəstəlikləri fənni tsiklinin hazırladığı “Narkomaniyaya yox deyək” adlı konfrans keçirildi. Fənn birləşməsi komissiyasının sədri T. Nəsibova, kollecin müəllimi S.Cəfərova və tələbələr çıxış etdilər. Konfransda tələbələrin hazırladığı səhnəcik və sənədli film nümayiş etdirildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-12-12

Ümummilli lider H. Əliyevin vəfatının 13

12.12.2016 kollecdə xalqımızın ümummilli liderinin xatirəsi dərin etiramla yad edildi. Tədbir iştirakçıları Azərbaycanın görkəmli şəxsiyyəti, böyük oğlu Heydər Əliyevin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Kollecin direktoru D.Ə.Məmmədəliyeva, YAP-ın sədri G.Ə.Quluzadə çıxış etdilər. Ulu Öndərə həsr olunmuş film nümayiş etdirildi. Bir qrup müəllim və tələbə heyəti Fəxri xiyabanda əbədiyaşar Prezidentimizin məzarını ziyarət etmiş və çiçəklər qoymuşlar. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-11-30

Bilik olimpiadası

23.11-30.11.2016-cı il tarixində kollecdə 17 fənn üzrə Bilik Olimpiadası keçirildi. İştirak edən 132 tələbədən 7-i I yer, 8-i II yer, 9 nəfər isə III yerə layiq görüldülər. Qaliblər möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ad günü ərəfəsində fəxri fərman və mükafatlarla (hədiyyələrlə) təltif ediləcəklər.

...xəbərin davamı

2016-12-13

Rəsm müsabiqəsi

13.12-20.12.2016 kollecdə rəsm çəkmək bacarığı olan 6 tələbəmiz arasında tibb mövzusunda “Rəsm müsabiqəsi” keçirilmişdir. İnstaqram və facebook ünvanlarımızda aparılan səs vermədə müəllim və tələbələrimiz iştirak etmişdilər. Səs vermənin nəticəsində qalib seçildi. O, “Əczaçılıq” şöbəsinin II kurs tələbəsi Qocayeva Fatimədir. Qalib kollecin Yeni il tədbirində Fəxri Fərman və mükafatla təltif olunacag. -->xəbərin şəkilləri

...xəbərin davamı

2016-12-26

Yeni il tədbiri (2017)

26.12.2016 Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təntənəli tədbir keçirildi. Direktor D.Ə.Məmmədəliyeva tədbir iştirakçılarını təbrik etdi. Bilik olimpiadasında, rəsm müsabiqəsində qalib gələn tələbələrə Fəxri fərman və mükafatlar təqdim etdi. Tədbir tələbələr tərəfindən hazırlanmış “Qış nağılı” adlı bədii hissə ilə tamamlandı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-01-20

20 yanvar

20.01.2017 kollecin bir qrup müəllim və tələbə heyəti 20 yanvar dairəsində yüksəldilmiş abidənin önündə bir dəqiqəlik sükütla Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın xatirəsini yad etdilər. Abidənin önünə əklil qoydular. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-02-24

Xocalı 25 il

24.02.2017 Xocalı soyqrımının 25-ci ildönümü ilə əlaqədar kollecin akt zalında tədbir keçirilmişdir. Tədbirdə YAP-ın sədri G.Ə.Quluzadə çıxış etmişdir. “Xoca” bədii filmi nümayiş etdirilmişdir. Foyedə kollecin tələbələrinin rəsmləri və Xocalı soyqrımına aid plakatlar, şəkillər, kitablar və broşürlər nümayiş edilmişdir. 26.02.2017 Kollecin müəllim - tələbə heyəti ümumxalq yürüşündə iştirak etmişdirlər. “Ana fəryadı” abidəsinin önünə güllər qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişdirlər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-03-01

Ümumdünya Mülki Müdafiə Günü

01.03.2017 2 nömrəli Bakı Baza Tibb Kollecində bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Mülki Müdafiənin əsas üsul və vasitələri əhalini təhlükəli yerlərdən köçürüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-03-03

“İcmaya əsaslanan sağlamlıq” seminar

24.02.2017 təkmilləşdirmə kurslarını keçən pediatriya xidmətində çalışan tibb bacılarına Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun Pediatriya kafedrasının inkişaf pediatriyası sahəsində həyata keçirilən fəaliyyət çərçivəsində seminar təşkil olunmuşdur. 28.02.2017 “Tibb bacısı” ixtisası üzrə təhsil alan tələbələrə “İcmaya əsaslanan sağlamlıq” proqramın kordinatoru M.Qaraxanova tərəfindən ölkədə həyata keçirilən fəaliyyət istiqamətləri, dövlət qurumlarla əməkdaşlığı barədə geniş məlumatlar təqdim edilmişdir. Seminardan sonra bir necə tələbə AzQAC könüllü olmaq arzusunu bildirmişdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-03-02

YAP İlk Partiya Təşkilatının hesabatı

02.03.2017 YAP 2 nömrəli Bakı Baza Tibb Kolleci İlk Partiya Təşkilatının hesabat -seçki yığıncağı keçirildi. Tədbirdə qonaq qismində YAP Yasamal rayon Partiya Təşkilatının sədri T.Əhmədov, 1 nömrəli Tibb Kollecinin direktoru N.Mövsümov, YAP Yasamal rayon Partiya Təşkilatının məsləhətçiləri E.Mustafayeva və Ü.Əliyeva, kollecimizin İlk Partiya Təşkilatının İdarə Heyəti və üzvləri iştirak etdilər. Kollecimizin direktoru D.Ə.Məmmədəliyevanın sədrlik etdiyi bu yığıncaqda İlk Partiya Təşkilatının yeni İdarə Heyəti səsvermə yolu ilə seçildi. İlk Partiya Təşkilatının sədri G.Quluzadə iki illik fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış etdi və səs çoxluğu ilə yenidən sədr vəzifəsinə təyin olundu. İclasda həmcinin 19 nəfər YAP üzvünə vəsiqə verildi, müəllim və tələbələrdən ibarət 16 üzvlüyə namizəd səsvermə yolu ilə YAP üzvlüyünə qəbul olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-03-16

Novruz gəlir, yaz gəlir

16.03.2017 tələbələrin hazırladığı “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirildi. Tədbirdə kollecin müdriyyəti, müəllim və tələbə heyəti iştirak edirdi. Bayram şənliyini kollecin direktoru D.Ə.Məmmədəliyeva açıq elan etdi, müəllim və tələbələrə bayram təbriklərini yetirərək gözəl firavan günlər, daha uğurlu illər arzuladı. Daha sonra tədbir kollecin tələbələrindən ibarət “Şəfa” rəqs qrupunun rəqsləri, şeir və musiqi nömrələri ilə davam etdi. Sonda D.Ə.Məmmədəliyeva yüksək səviyyədə təşkil olunmuş bayram proqramına görə THT sədri N.İsgəndərova, aparıcı Z.Zeynalova rəqs qrupunun rəhbəri B.Abbasova, TGT sədri N.Əlizadə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-03-17

Novruz şənliyi

17.03.2017 Yasamal rayon Musabəyov parkında Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunmuş möhtəşəm Novruz şənliyi qeyd olundu. Bayramda İcra Hakimiyyətinin başçısı İ.Mehdiyev, YAP təşkilatının sədri T.Əhmədov, İcra Hakimiyyətinin nümayəndələri və rayonun təhsil ocaqlarının, o cümlədən kollecimizin müəllim və tələbələri iştirak etdilər. Tədbirdə bayram əhval ruhiyəli musiqilər, şeirlər, rəqs nömrələri nümaiş etdirildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-03-31

31 Mart – Azərbaycanlıların Soyqırımı

31.03.2017 kollecimizdə Azərbaycanlıların Soyqırımı günü münasibətilə tədbir kecirildi. HİK–in sədri S.Zeynalova və Azərbaycan tarixi fənn müəllimi Z.Qasımov çıxış edərək 1918-ci ilin 30 mart və 03 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaqstyundan olan erməni silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdikləri qırğın, rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12000 yaxın Azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan itkin düşdüyü haqda məlumat vermişdirlər. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunduğu haqda tələbələrə çatdırmışlar. Tədbirdə vətən uğrunda canlarını qurban verən 2 tələbəmizin Ağayev Nazim və Nadirov Aslanın əziz xatirəsi yad edildi, onların yaxın qohumlarının ürək sözləri eşidildi. Tədbir tələbələrin hazırladığı bədii hissə ilə tamamlandı. Sonda şəhid tələbələrimizin abidəsi önünə qərənfillər qoyuldu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-04-04

Təbii qidalanma və ana südünün üstünl

04.04.2017-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecində “Təbii qidalanma və ana südünün üstünlükləri” adında konfrans keçirildi. Konfransda bu mövzuya dair çıxışlar dinlənildi, həmçinin tələbələr tərəfindən verilən suallar ətraflı cavablandırıldı. Tələbələr körpələrin ana südü ilə qidalandırılmasının vacibliyini əks etdirən səhnəciklər nümayiş etdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-04-06

Gənclərin «Qələbə yürüşü»

Aprelin 6-da Yeni Azərbaycan Partiyası və YAP Gənclər Birliyinin birgə təşəbbüsü ilə ötən ilin aprel döyüşlərində Azərbaycan Ordusunun qələbəsinin ildönümü münasibətilə «Qələbə yürüşü» keçirilib. Yürüşdə Kollecimizin 100-ə yaxın tələbəsi iştirak edib. Minlərlə gəncin iştirak etdiyi «Qələbə yürüşü» Dənizkarı Milli Parkdakı «Saat qülləsi»nin yanından başlayıb. Gənclər yürüş boyunca «Şəhidlər ölməz, Vətən bölünməz!», «Qarabağ bizimdir, bizim olacaq!», «Torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazırıq!» və digər vətənpərvər ruhlu şüarlar səsləndiriblər. «Qələbə yürüşü» Dövlət Bayraq Meydanında dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-04-20

Vərəm haqqında nələri bilməliyik

27.04.2017-ci il tarixində Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş “Vərəm haqqında nələri bilməliyik” adlı komfrans keçirildi. “Daxili xəstəliklər” fənn birləşməsinin sədri T. Hüseynova çıxış edərək vərəm xəstəliyinin dünyada ən təhlükəli infeksiyalardan biri olduğunu qeyd etdi. Vərəmdən qorunma yollarını iştirakçıların diqqətinə çatdırdı. Çıxışla bərabər slaydlar və video film nümayiş etdirildi. Tələbələrin iştirakı ilə marifləndirici səhnəçik təqdim olundu. Konfrans vərəmə aid filmin göstərişi ilə başa çatdı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-05-20

Ümummilli lider H. Əliyevin 94-cü ildönü

04.05.2017-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə kollecin direktoru D.Ə.Məmmədəliyeva, kollecin YAP-ın sədri G.Ə.Quluzadə çıxış edərək Ulu öndərimizin Azərbaycan xalqı üçün əvəzolunmaz fəaliyyətindən, xalqın rifahının yaxşılaşdırılması naminə gördüyü işlərdən danışdılar. Çıxışlardan sonra tələbələr tərəfindən hazırlanmış bədii kompozisiya təqdim olundu. Tədbir Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlə yekunlaşdı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-05-08

Tour d´Azerbaidjan-2017

08.05.2017-ci ildə Azərbaycan xalqının Ümummilli liderin Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan “Tour d´Azerbaidjan–2017” Beynəlxalq velosiped turunda kollecimizin müəllim – tələbə heyəti velosipedistlərə dəstək məqsədilə “İzmir park” və Azadlıq meydanında toplanmışdırlar. Bu ilki yarışda 18 ölkədən 22 komanda iştirak etdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-05-09

9 May–Qələbə günü

09.05.2017-ci il tarixində Azərbaycanda 9 May–faşizm üzərində Qələbə Günü qeyd olundu. Bu günlə bağlı kollecimizin bir qrup müəllim və tələbə heyəti Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının igid oğlu əfsanəvi partizan Mehdi Hüseynzadənin abidəsini ziyarət edib üzərinə çiçəklər qoymuşlar. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-05-12

Beynəlxalq Tibb Bacısı günü

12.05.2017-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında Beynəlxalq Tibb bacısı və Beynəlxalq Talassemiya gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri kollecin direktoru t.e.n. Dilarə Məmmədəliyeva açaraq Tibb bacısı ixtisasının məsuliyyətli peşə olduğunu söylədi və şərəflə bu adı daşımağı daim vətəndaşların sağlamlığının keşiyində durmağı tövsiyə etdi. Sonra Qızıl Aypara cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq proqramı”nın koordinatoru Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşmə institutunun Pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova iştirak edərək. “Tibb bacısının ixtisasının yaranması, təşkili və inkişafı” mövzusunda mühazirə oxudu. Mövzu ilə bağlı sənədli film nümayiş olundu. Daha sonra Qızıl Aypara cəmiyyətinin Yasamal bölməsinin sədri Şahin Hüseynov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Tədbirin ikinci hissəsində “Talassemiyasız həyat” adlı Elmi – praktiki konfransda “Uşaq xəstəlikləri” fənn müəllimi Könül Veysova irsi xəstəlik haqqında tələbələrin qarşısında mühazirə ilə çıxış etdi. “Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı” nın həyata keçirilməsi (Dövlət Proqramı talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinə və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib), talassemiyalı xəstələrə göstərilən tibbi xidmət, donor qanı ilə xəstələrin təminatı haqqında məlumat verdi. Mövzu ilə bağlı slayd şou və video çarxlar göstərildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-05-15

Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları

11.05 və 15.05.2017 tarixlərində kollecimizin bir qrup müəllim – tələbə heyəti Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları futbol idman növü üzrə idmançılarımıza dəstək məqsədilə iştirak ediblər. Bu yarışda ev sahibi Azərbaycan olmaqla, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair komandaları futbol idman növündə qələbə uğrunda mübarizə aparıblar. Futbol yarışları Bayıl Arenada keçirilib. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-05-16

Mini futbol 2017

10.05-16.05.2017 arası tarixlərdə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Mini futbol” idman növü üzrə şöbələr arası yarış keçirilmişdir. Yarışda “Laboratoriya diaqnostikası”, “Ortopedik stomatologiya”, “Müalicə işi” və “Əczaçılıq” şöbələrinin tələbələri iştirak etmişdir. Nəticə: 1-ci yer: “Laboratoriya diaqnostikası” şöbəsinin komandası 2-ci yer: “Əczaçılıq” şöbəsinin komandası 3-cü yer: “Ortopedik stomatologiya” şöbəsinin komandası Qalib komandalar diplomlarla təltif olunmuşdurlar. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-05-11

Bilik Olimpiadası 2017

11.05.2017 II kurs tələbələrinin içərisində daha savadlı və istedadlı olanları seçmək məqsədi ilə, qalibləri Ulu öndərimiz Heydər Əliyev cənablarının 94–cü il dönümü ərəfəsində mükafatlandırılması nəzərdə tutmaqla “Daxili xəstəliklər”, “Mamalıq”, “Əmək və kommunal gigiyenası”, “Qidalanma”, “Uşaq və yeniyetmə gigiyenası”, “Farmakologiya”, “Çıxan və çıxmayan protezlərin hazırlanma texnikası” və “Mikrobiologiya” fənləri üzrə Bilik Olimpiadası keçirildi. Qaliblər Fəxri Fərman və hədiyyələrlə mükafatlandırıldı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-06-22

Məzun günü

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 22.06.2017 tarixdə keçirilən “Məzun günü” ilə əlaqədar 2 nömrəli Bakı Baza Tibb Kollecində 22.06.2017 tarixdə saat 1200-da “Məzun günü” bayramı qeyd olundu. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehtiyev və onun müavini Təravət Muradova, Yasamal rayon Yeni Azərbaycan Partiyasının sədri Tağı Əhmədov, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, Elm və Təhsil şöbəsinin müdir müavini Səidə Rüstəmova və Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova iştirak etdilər. Tədbirin proqramı rəsmi və bədii hissələrdən ibarət idi. Rəsmi hissədə 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru, t.e.n. Dilarə Məmmədəliyeva tədbiri öz təbrik çıxışı ilə açaraq qeyd etdi ki, bu gündə 7 ixtisas üzrə 451 tələbə məzun adına layiq görülüb. Daha sonra kollecin tarixindən danışdı, gələcəyin tibb işçilərinə şərəfli və məsuliyyətli işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı. Çıxış üçün qonaqlara da söz verildi. Bundan sonra tibb işçilərinin andiçmə mərasimi keçirildi. Rəsmi hissənin sonunda oxuduğu müddətdə yüksək təhsil göstəriciləri və ictimai fəallığı ilə seçilən 9 məzun fəxri fərmanlarla təltif olundu. Tədbirin bədii hissəsində 2 nömrəli Bakı Baza Tibb Kollecindən bəhs edən film nümayiş etdirildi. Daha sonra Tələbə Həmkarlar Təşkilatının, Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə tələbələrin hazırladığı şeir kompozisiyaları, musiqi nömrələri, kollecin “Şəfa”rəqs qrupunun ifasında müxtəlif rəqslər bir-birini əvəz etdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-07-03

Tibbi təlim

03.07.2017 kollecin metodik kabinetində “Cərrahiyyə”, “Reanimasiya”, “Terapiya” fənn müəllimlərinin iştirakı ilə “İlk Tibbi Yardım” üzrə tibbi təlim kecirildi. Sevindirici haldır ki, tibbi təlimçi kollecimizin “Tibbi profilaktika” şöbəsinin məzunu hal hazırda Medi Club klinikasında paramedik vəzifəsində çalışan Sevindik Şirinov idi. Təlim zamanı bu sahədə olan yeniliklər haqqında məlumatlar verildi, film nümayiş etdirildi və “Ilk tibbi yardım” tədbirləri təlimçi tərəfindən mulyaj üzərində aparılaraq əyani şəkildə göstərildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-09-15

Bilik günü 2017

15.09.2017 Yeni dərs ilinin başlanması ilə bağlı kollecin akt zalında tədbir keçirildi. Direktor D.Məmmədəliyeva, millət vəkili Q.Həsənquliyev və Yasamal rayon İcra Hakimiyyətinin sədr müavini T.Muradova I kurs tələbələrin qarşısında çıxış edərək onları tələbə adı qazanmaları münasibətilə təbrik etdilər, onlara müvəffəqiyyətlər arzuladılar. Tədbir bədii hissə ilə tamamlandı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-10-04

“Ana südü ilə qidalandırma”

04.10.2017 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birlikdə “Ana südü ilə qidalandırma” mövzusunda konfrans keçirildi. Media nümayəndələri, müəllim və tələbələr iştirak etdilər.Tədbirdə uşaq xəstəlikləri fənn müəllimi R.Quliyeva çıxış edərək ana südünün faydalarından danışdı. Daha sonra mövzu ilə əlaqədar kiçik səhnəçik və film nümayiş olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-10-09

Yeni Azərbaycan Partiyası-25

09.10.2017 Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə 2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında təntənəli tədbir keçirildi. Tədbirdə kollecin direktoru Dilarə Məmmədəliyeva, Yasamal rayonu Yeni Azərbaycan Partiyasının sədri Tağı Əhmədov, Yasamal rayon Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Tamilla Şahbazova, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və kollecin müəllim-tələbə heyəti iştirak etdi. Qonaqlar çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasından və tarixindən bəhs edib, tədbir iştirakçılarını bu əlamətdar gün münasibəti ilə təbrik etdilər. Tədbir tələbələr tərəfindən hazırlanmış bədii hissə ilə davam etdi. Sonda Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə vəsiqələr təqdim olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-10-17

XALQ ARTİSTİ CANƏLİ ƏKBƏROVLA GÖRÜŞ

17.10.2017 “Mədəniyyətimizi və tariximizi qoruyaq” devizi altında tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muğam sənəti” kafedrasının müdiri, şöhrət və şərəf ordenli, Prezident təqaüdçüsü, Canəli Əkbərovla görüş keçirildi. Tədbirdə Azərbaycan Respublikası “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimayi Birliyinin sədri Tofiq Əlizadə, yazıçı Şahlar Şuşalı, Respublika Qadınlar Şurasının Yasamal rayonu üzrə nümayəndəsi Gülnarə Əmirquliyeva, xalq artistləri Simarə İmanova, Gülyanaq Məmmədova və muğam festivalının diplomantları, kollecin müəllim-tələbə heyəti iştirak etdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-11-13

Tələbələrin mükafatlandırılması

Yasamal rayon YAP təşkilatında Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə həsr olunmuş təntənəli tədbirin bədii hissəsində yüksək səviyyədə çıxış edən kollecimizin bir qrup tələbəsi metodiki kabinetdə şöbə müdirlərinin və qrup nümayəndələrinin iştirakı ilə Fəxri Fərman və hədiyyələrlə mükafatlandırıldılar. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-11-14

“Ümumdünya Diabet Günü”

14.11.2017 2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən hazırlanmış Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Səhiyyə Nazirliyinin İSİM Lahiyələrinin Əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Azərbaycan Diabet Liqasının sədri, Respublika Endokrinologiya mərkəzinin endokrinoloqu Yeganə Sultanova, İSİM Lahiyyələrinin Əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə, İSİM İctimayyətlə Əlaqələr şöbəsinin müdiri Aytən Məmmədova və kollecin müəllim-tələbə heyəti iştirak etdilər. Tədbirdə çıxış edənlər şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında və qadınların preqestasion, qestasion dövründə (hamiləlikdən öncə və hamiləlik dövründə) şəkərli diabetin müayinə, müalicə üsullarından və xüsusi pəhrizin tədbiq edilməsi haqqında geniş məlumat verdilər. Məruzənin sonunda Y.Sultanova tələbələr tərəfindən verilən çoxsaylı sualları cavablandırdı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-11-21

Sərgi

21.11.2017 il tarixdə Zirə Mədəniyyət Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutmuş “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, gənclər təşkilatlarının nümayəndələri, kollecimizin TGT-in sədri N.Əlizadə və bir qrup tələbə iştirak etdilər. Sərginin məqsədi gənclərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu sahədə maarifləndirilməsi, yaradıcılıq potensiallarının dəstəklənməsi və sosial təşəbbüskarlıqlarının stimullaşdırılmasıdır. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-11-22

Elmi-təcrübi konfrans

2017.11.22-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecində “Cərrahi işin təşkili” adlı elmi-təcrübi konfrans keçirildi. Konfransda müasir cərrahlıqda antiseptika, aseptika haqqında geniş məruzə edildi. Tələbələr tərəfindən müasir aseptika və antiseptikanın əsas məqamları, həmçinin steril stolun açılması, alətlərin əməliyyata hazırlanması nümayiş etdirildi. Konfransın sonunda iştirakçılara mövzuya aid video-film təqdim olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-11-28

AQAC Təlim

2017.11.28 Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı İsmayıl Atayev tərəfindən “Psixikanın müdafiə mexanizmləri: stress, depressiya, intiharlar” mövzusunda tələbələrə təlim keçirildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-12-01

QİÇS

2017.12.01 “Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr olunmuş elmi konfrans təşkil olunmuşdur. Konfransda müəllim-tələbə heyəti iştirak edirdi. “Yoluxucu xəstəliklər” fənn müəllimləri A.Seyidyarova və L.Əliyeva gənclərə xəstəliyin yoluxma və ondan qorunma yolları haqqında geniş məlumat verdilər. QİÇS xəstəliyi ilə bağlı videoçarx nümayiş olundu, bukletlər paylandı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-12-12

Ümümmilli Lideri Heydər Əliyevin anım g

2017.12.12. tarixində Ümummilli lider, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin anım günü keçirildi. Tədbirdə müdiriyyət, müəllimlər və tələbələr iştirak etdilər. Tədbir kollecin direktoru D.Ə.Məmmədəliyevanın çıxışı ilə başlandı. Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Ümümmilli Lider Heydər Əliyevə həsr olunmuş filmə baxıldı və tələbələrin hazırladığı bədii kompozisiya səsləndi. Müəllim və tələbələrdən ibarət bir qrup Fəxri xiyabanı ziyarət edib, Ulu öndərin məzarı önünə gül dəstələri qoydular. ”Mamalıq işi” şöbəsinin bir qrup tələbəsi Yasamal rayon Heydər Əliyev muzeyinə getdilər . -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-12-12

“Tibbin yaranma tarixi”

2017.12.22 “Anatomiya” fənn müəllimlərinin rəhbərliyi ilə kollecin TGT-nin hazırladığı “Tibbin yaranma tarixi” adlı elmi-bədii konfrans keçirildi. Konfransın bədii hissəsinin, tamaşanın ssenarisinin, dekorasiyaların və səhnə geyimlərinin müəllifi olan tələbələr fəxri fərmanlarla təltif olundular. Cari ilin noyabr, dekabr ayları ərzində 7 şöbə üzrə tələbələr arasında “İngilis dili” fənnindən keçirilən 3 mərhələli bilik olimpiadasının qalibləri ingilis dilində hazırladıqları “Xəstəxanada qəbul” adlı tamaşasını nümayiş etdilər. İştirakçı tələbələr fəxri fərman və hədiyyələrlə təltif olundular. -->xəbərin şəkilləri

...xəbərin davamı

2017-12-25

“Dünya Azərbaycanlılarının Həmrəylik

2017.12.25 Kollecin akt zalında “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il münasibətilə möhtəşəm bayram şənliyi keçirildi. Tədbirin əvvəlində kollecin direktoru D.Məmmədəliyeva müəllim və tələbələri bayram münasibətilə təbrik etdi və onlara xoş arzularını bildirdi. Bayram tədbiri kollecin THT-nın hazırladığı şeir kompozisiyaları, səhnəcik və rəqslərlə davam etdi. Gözəl bayram şənliyi hər kəsə böyük sevinc və yüksək əhval-ruhiyyə bəxş etdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-01-20

20 yanvar 2018

2018.01.19 tarixdə kollecdə 20 yanvar faciəsinin 28-ci il dönümü ilə bağlı tədbir kecirildi, 20 yanvar şəhidlərinin əziz xatirəsi yad edildi. 2018.01.20 tarixdə 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksində anım və əklil qoyma mərasimində kollecin direktoru D.Ə.Məmmədəliyeva və bir qrup müəllim-tələbə heyəti iştirak etdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-02-26

Xocalı Soyqırımı 26-cı il dönümü

2018.02.26 Xocalı Soyqırımının 26-cı il donümünə həsr olunmuş tədbirdə kollecin müəllim-tələbə heyəti iştirak etdi. Kollecin direktoru D.Ə.Məmmədəliyeva Xocalı soyqırımının həqiqətlərindən danışdı. Xocalı qurbanlarının ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tələbələrə sənədli film göstərildi. Tədbir “Xoca” filminin nümayiş ilə başa çatdı. Bir qrup tələbə “Ana fəryadı" heykəlini ziyarət etdilər. Xocalı qurbanlarının xatirəsinə ucaldılan abidənin önündən keçərək gül düzüb, şəhidlərimizin xatirəsini ehtiramla yad etdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-03-15

Novruz-2018

2018.03.15 “Novruz-2018” adlı tədbir keçirildi. Tədbirdə qonaq qismində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavinləri Təravət Muradova, Azad Niyazov, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Respublika Uşaq Klinik Xəstəxanasının baş həkimi Nərgiz Qaşımova, Elmi-Tədqiqat Pediatriya İnstitutunun Baş həkimi Tamilla Şahbazova, 1 nömrəli Tibb Kollecinin direktoru Nəriman Mövsümov iştirak etdilər. Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq qonaqları, müəllim-tələbə heyətini Novruz bayramı münasibəti ilə təbrik edib, səhnəyə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovu dəvət etdi. Ə.Əzizov çıxışında tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. Kollecin tələbələrinin əl işlərindən təşkil olunmuş sərginin nümayişi ilə başlayan tədbir möhtəşəm bayram şənliyi ilə başa çatdı. 2018.03.16 Yasamal Rayon İcra Hakimiyyətinin Yasamal parkında təşkil etdiyi novruz şənliyində kollecin direktoru və bir qrup müəllim-tələbə heyəti iştirak etmişlər. Digər tələbələr kollecin himayəsində olan serebral iflic xəstəliyindən əziyyət çəkən Piriyeva Arzu Ağaverdi qızını ziyarət edib ona bayram ərəfəsində böyük sevinclər bəxş etdilər. Bayram sovqatı ilə bu ailənin evində oldular. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-03-29

Azərbaycanlıların soyqırımı

2018.03.29 tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim - tələbə heyəti “31 mart-Azərbaycanlıların soyqırımı”na həsr olunmuş tədbirdə iştirak etdilər. Vaxtı ilə kollecimizin “Müalicə işi” şöbəsində təhsil alan, 1992-ci ildə Şuşada qəhrəmancasına həlak olan Ağayev Nazim Ziyad oğlu, Nadirov Aslan Tanrıverdi oğlunun və 1918-ci ilin mart ayında Azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz qalan, doğma yurdlarından sürgün edilən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kollecin direktoru t.e.n D.Ə.Məmmədəliyeva və İctimai fənlər müəllimi K.Sadıqova çıxış etdilər. Sonra tələbələrin hazırladığı bədii kompozisiya təqdim olundu. Kollecin həyətində qurulan abidənin önünə qərənfillər qoyuldu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-04-27

Akademik Zərifə Əliyeva 95

2018.04.27 tarixdə Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar tədbir keçirildi. Kollecin YAP-nın sədri G.Quluzadə və “Göz xəstəlikləri” fənn müəllimi A.Səfixanova öz çıxışlarında Zərifə xanım Əliyevanın mənalı həyat yolundan və zəngin elmi fəaliyyətindən danışdılar. Sonda Akademik Zərifə xanım Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-05-07

H.Əliyevin anadan olmasının 95-ci il dön

2018.05.07 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunan növbəti ağacəkmə aksiyası və iməclik keçirildi. İməclikdə kollecimizin rəhbərliyi və müəllim-tələbə heyəti iştirak etdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-05-07

Spartakiada yarışları

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü ərəfəsində I və II kurs tələbələri şöbələr arası dama, şahmat, atletika, voleybol (qızlardan ibarət komanda), stolüstü tennis, mini-futbol (oğlanlardan ibarət komanda) və basketbol idman növləri üzrə spartakiada yarışlarlarında iştirak etdilər. Qalib gələn qızlar və oğlanlardan ibarət komandalarımızın tələbələri fəxri fərman və hədiyyələrlə təltif olundular. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-05-10

Heydər Əliyev 95

2018.05.10 il tarixdə kollecimizin akt zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə qonaq qismində Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova və İcra Hakimiyyətinin digər məsul şəxsləri, 1 nömrəli Tibb Kollecinin direktoru Nəriman Mövsümov iştirak etdilər. Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq qonaqları, müəllim-tələbə heyətini salamladı, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzsiz xidmətlərindən bəhs etdi. Sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova çıxış edərək Heydər Əliyevin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən, o cümlədən hüquqi dövlət quruculuğu naminə müstəsna fəaliyyətindən danışdı. Kollecin tələbələrinin rəsm və əl işlərindən təşkil olunmuş sərginin nümayişi ilə başlayan tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunan videofilmin nümayişi və tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatdı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-05-14

Beynəlxalq Tibb Bacısı Günü

14.05.2018-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb kollecində Beynəlxalq Tibb Bacısı Günü münasibəti ilə tədbir keçirildi. Tədbir kollecin “Müalicə işi” şöbəsinin tələbələri tərəfindən hazırlanmışdır. Giriş sözü ilə kollecin direktoru t.e.n. Dilarə Məmmədəliyeva çıxış edərək tibb bacısı peşəsinin yaranma tarixindən, mənəvi və peşə xüsusiyyətlərindən bəhs etdi, gələcək tibb bacılarına tövsiyyələr verdi. Tələbələr tərəfindən çıxışlar edildi, tibbi yardımı əks etdirən səhnəcik göstərildi, tibb bacılarına həsr olunmuş mahnı səsləndi. Tədbirin sonunda Azərbaycan dövlətinin səhiyyəyə, tibb bacılarına, ümumiyyətlə tibb işçilərinə göstərdiyi qayğıya görə Dövlət başçısına təşəkkür edildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-05-18

Ümumdünya Tütünsüz Günü

2018.05.18 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Tütün məmulatlarının zərərləri” adında konfrans keçirilmişdir. Konfransda rəhbərlik və müəllim-tələbə heyəti iştirak etmişdir. İSİM-in həkim-metodisti Lətafət Dadaşova çıxış edərək siqaret çəkməyin sağlamlıq üçün təhlükəli olduğundan və hər il dünyada tütünün yaratdığı xəstəliklərdən 6 milyon insanın dünyasını dəyişməsindən bəhs etdi. Ölkəmizdə tütünlə, siqaret çəkmə ilə mübarizənin aktual olduğunu bildirdi, tütünə qarşı keçirilmiş tədbirlərdən danışdı. Qeyd etdi ki, tütün tüstüsünün tərkibində 400 kimyəvi maddə vardır. Onlardan ən azı 250-si sağlamlıq üçün çox təhlükəli, 50-si isə insanlarda xərçəng xəstəliyi əmələ gətirəndir. Sonda tələbələrə siqaretin orqanizmə mənfi təsirindən bəhs edən flayerlər paylanmışdır. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-05-23

Elmi konfrans “Dağınıq skleroz”

2018.05.23 “Sinir-ruhi xəstəliklər” fənn müəllimləri tərəfindən “Dağınıq skleroz” mövzusuna aid elmi konfrans keçirildi. “Sinir-ruhi xəstəliklər” fənn birləşməsinin sədri T.Nəsibova və fənn müəllimi S.Cəfərova qeyd etdilər ki, dağınıq skleroz xəstəliyi bütün dünyada olduğu kimi, Azərbaycanda da səhiyyənin aktual məsələlərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli, 2542 nömrəli Sərəncamı ilə ölkədə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair” Dövlət proqramı təsdiq edilmişdir. Daha sonra “Müalicə işi” şöbəsinin II kurs tələbələri xəstəliyin diaqnostikası və müalicəsi haqqında məlumat verdilər, əldə olunan bir sıra nailiyyətlərdən bəhs etdilər. Qeyd etdilər ki, dağınıq skleroz xəstəliyi nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çox ocaqlı pozulması ilə müşayiət olunan, proqressivləşən gedişli xroniki xəstəlikdir. Müəllim və tələbələrin çıxışları “Dağınıq skleroz” xəstəliyinə aid foto və video görüntülərlə müşayiət olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-05-25

Azərbaycan Xalq Cümhuriyyəti 100

25.05.2018 tarixdə 2 nömrəli Bakı Baza Tibb Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə Yasamal Rayon YAP-nın sədri Tağı Əhmədov, M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, kollecin rəhbərliyi və müəllim-tələbə heyəti iştirak etdilər. Kollecin direktoru Dilarə Məmmədəliyeva giriş sözü ilə tədbiri açdı. Sonra məruzə üçün söz ictimai fənn müəllimi Zaur Qasımova verildi. Yasamal rayon YAP-nın sədri Tağı Əhmədovun ətraflı çıxışından sonra kollecin müəllim və tələbə heyətindən YAP-ın sıralarına namizədlər partiya sıralarına qəbul edildilər. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş film və tələbələrin hazırladığı bədii hissə ilə davam etdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-06-28

“Məzun Günü” 2018

2018.06.28 Məzun günü keçirildi. Tədbirdə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Ə.Əzizov, Yasamal rayon İcra Hakimiyyəti başçı müavini T.Muradova, Yasamal rayonu Yeni Azərbaycan Partiyasının sədri T.Əhmədov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, Respublika Klinik Xəstəxanasının baş həkimi T.İbadov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kadrlar, Elm və Təhsil şöbəsinin müdir müavini S.Rüstəmova və kollecin müəllim-tələbə heyəti iştirak etdi.Kollecin direktoru D.Məmmədəliyeva tədbirin rəsmi hissəsini öz təbrik çıxışı ilə açaraq qeyd etdi ki, bu gündə 7 ixtisas üzrə 481 tələbə məzun adına layiq görülüb. O, kollecin qısa tarixindən danışdı və gələcəyin tibb işçilərinə şərəfli və məsuliyyətli işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı. Maraqlı nitqi ilə məzunları Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov təbrik etdi. Digər qonaqlar da çıxışları ilə təbriklərə qoşuldular. Sonra məzunların “Andiçmə” mərasimi keçirildi. Rəsmi hissənin sonunda oxuduğu müddətdə yüksək təhsil göstəriciləri və ictimai fəallığı ilə seçilən 14 məzun Fəxri Fərman və hədiyyələrlə təltif oldu.Tədbirin bədii hissəsində məzunların 3 il təhsil aldıqları müddətdə tələbə həyatından bəhs edən qısa film nümayiş olundu. Daha sonra Tələbə Həmkarlar Təşkilatının rəhbərliyi ilə tələbələrin hazırladığı şeir kompozisiyaları, musiqi nömrələri, kollecin “Şəfa” rəqs qrupu, “Təbib” xor qrupu ifasında çıxışlar bir-birini əvəz etdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-09-17

2018-2019 cu tədris ili

2018.09.17 Yeni 2018-2019 tədris ilinin başlanması münasibəti ilə I kurs tələbələri üçün təntənəli tədbir keçirildi. Kollecin direktoru D.Ə.Məmmədəliyeva tədbiri açaraq tələbələrin qarşısında çıxış edib onları tələbə adı qazanmaları münasibətilə təbrik etdi və müvəffəqiyyətlər arzuladı. Tədbir bədii hissə ilə tamamlandı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-09-27

Azərbaycanda dövlətçilik və seçki məd

2018.09.27 “Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi tərəfindən təşkil olunmuş “Azərbaycanda dövlətçilik və seçki mədəniyyəti: son 100 illik yolda” mövzusunda tələbələrlə semenar-treninq keçirildi. Giriş sözü ilə kollecin direktoru Dilarə Məmmədəliyeva çıxış etdi. “Cumhuriyyət dövründən I vitse-prezidentliyə gələn yol və gender siyasəti” mövzusunda professor Rəna Mirzəzadə və fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov çıxış etdilər. Mövzu ətrafinda fərdi çıxışlar, müzakirələr və anket sorğusu aparıldı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-10-24

Hüseyn Cavid 136

2018.10.24 Milli Elmlər Akademiyası ilə Yasamal Rayon İcra Hakimiyyəti görkəmli şair, dramaturq Hüseyn Cavidin doğum gününü Hüseyn Cavid adına parkda təntənəli şəkildə keçirdi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında qeyd etdi ki, şair dərin fəlsəfi-estetik məzmunlu əsərləri ilə ədəbiyyatımızda yeni mərhələnin başlanğıcını qoyub və ömrü boyu qəlbinin dediklərini qələmə alıb, sənətinə sadiq qalaraq əbədiyaşarlıq zirvəsinə ucalıb. Tədbirdə TGT-sədri və bir qrup müəllim-tələbə heyəti iştirak etdi. Sonda şairin abidəsi önünə çiçəklər qoyuldu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-10-24

Trening AVERON

2018.10.24 Rusiya Federasiyasının AVERON elmi-istehsalat kompleksi tərəfindən “Ortopedik stomatologiya” şöbəsinin II və III kurs tələbələri üçün “Çıxmayan protezlərin hazırlanma texnikası” fənnindən metal-keramik protezlərin hazırlanma işi mövzusunda trening keçirilmişdir. Treningdə AST DENTAL AVERON (Rusiya), G-CERAM (Türkiyə), EVİDSUN (Fransa + Rusiya) istehsalçıların Azərbaycandakı rəsmi nümayəndələri və baş menecer Elxan Nadirxanov iştirak etdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-11-30

Ana südü ilə qidalanma

Uşaqların İcbari dispanserizasiyası.Ana südü ilə qidalanma. 2018.10.30 Akt zalında müəllimlərin, “Müalicə işi”, “Tibb bacısı” və “Mamamlıq”, şöbələrinin II kurs tələbələrinin iştirakı ilə “Uşaqların icbari dispanserizasiyası” və “Ana südü ilə qidalanma” mövzularında konfrans keçirildi. Konfransda kollecin direktoru və pediatriya fənn müəllimi A.Cəfərova çıxış etdilər. Mövzulara aid video çarxlar nümayiş olundu, tələbələr tərəfindən hazırlanan səhnəcik göstərildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-11-14

Ümumdünya Diabet Günü

2018.11.14 Kollecin akt zalında Ümumdünya Diabet Gününə həsr olunmuş konfrans keçirildi. Konfransda müəllim və tələbələr iştirak etdilər. Daxili xəstəliklər sikl sədri Təravət Nəbiyeva sürətlə artan bu xəstəliyin əlamətlərindən, fəsadlarının qarşısının alınması haqqında və müalicəsində istifadə olunan yeni metodlardan geniş məlumat verdi. Mühazirə maraqlı fotoşkillərinin nümayişi ilə müşayət olunurdu. Sonra lektor dinləyicilərin suallarına cavab verdi və qanda şəkərin miqdarını təyin etmək istəyənləri səhnəyə dəvət etdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-11-16

Patronaj xidməti

2018.11.16 DAYAQ patronaj xidmətinin əməkdaşları tərəfindən təkmilləşmə şöbəsinin kurslarında iştirak edən müdavimlər və kollecin tələbələri üçün məhdud hərəkət qabiliyyətli, qoca və yaxud uzun müddətli reabilitasiya zamanı fərdi qulluğa ehtiyac duyan insanlara peşəkar mütəxəssis xidmətin nə olduğu haqqda maraqlı prezentasiyalarla çıxış etdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-11-19

YAP-26

YAP-ın yaradılmasının 26 illiyi münasibətilə kollecdə dəyirmi masa keçirildi. Kollecin direktoru D.Məmmədəliyeva çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının artıq bu gün həm ölkə daxilində, həm də regionda lider partiyaya çevrildiyini qeyd etdi. Kollecin YAP-nın sədri G.Quluzadə ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçdiyi haqqında danışdı. İclasda vurğulandı ki, bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvədir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-11-20

Müsabiqə

2018.11.20 Rusiya Federasiyasının AVERON elmi-istehsalat kompleksi tərəfindən 2 nömrəli Bakı Baza Tibb kollecinin və Sumqayıt Tibb kollecinin “Ortopedik stomatologiya” şöbələrinin II və III kurs tələbələri arasında “Anatomik formanın modelləşdirilməsi və keramik kütlənin karkas üzərinə çəkilməsi” mövzusunda “İrəliyə doğru addım” adlı müsabiqə keçirilmişdir. Münsiflər heyəti tərkibində olan AST DENTAL AVERON (Rusiya) şirkətinin baş meneceri Elxan Nadirxanov, İMC-DENTAL klinikasının rəhbəri İmran Cəfərov, Sumqayıt Tibb kollecinin “Ortopedik stomatologiya” fənn müəllimi Elnur Rzayev və 2 nömrəli Bakı Baza Tibb kollecinin “Ortopedik stomatologiya” fənn müəllimləri Mehdi Nəsirov, Anar Hacıyev tələbələrin diş modellərini qiymətləndirdilər. İştirakçıların arasında 3 qalib seçildi: I yer Sevinc Məmmədova (2BBTK), II yer Dövlət Teymurov (Sumqayıt), III yer Ayşən Umudova (2BBTK). Averon şirkəti tərəfindən qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldılar. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-11-26

Mətbəx sərgisi

2018.11.26 “Tibbi profilaktika” şöbəsində “Mətbəx sərgisi” adlı xeyriyyə aksiyası keçirildi. Aksiyada şöbənin müəllim və tələbələri təmənnasız iştirak etdilər. Sərgini kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq qeyd etdi ki: “Xeyirxahlıq heç vaxt köhnəlməyən libasdır və xalqımıza xas olan ən gözəl xüsusiyyətlərdən biridir”. Yeni il ərəfəsində “Tibbi profilaktika” şöbəsinin müəllim-tələbə heyəti yığılan vəsaitə alınan hədiyyələrlə uşaq və qocalar evinə getməyi planlaşdırıb. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-12-01

“1 dekabr Ümumdünya QİCS-lə mübarizə

2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında müəllim-tələbə heyətinin iştirakı ilə “1 dekabr Ümumdünya QİCS-lə mübarizə günü”nə həsr olunmuş konfrans keçirildi. Konfransın birinci hissəsində “Yoluxucu xəstəliklər” fənn birləşməsinin müəllimləri Könül Budaqova və Lamiyə Əliyeva QİCS xəstəliyinin tarixi, klinik gedişi, diaqnostika və profilaktikası haqqında məlumat verdilər. Çıxışlar slaydlarla müşayiət olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Respublika QİCS-lə Mübarizə Mərkəzinin birlikdə hazırladığı sosial çarx göstərildi. Sonda “Müalicə işi” və “Tibbi profilaktika” şöbələrinin tələbələri QİCS xəstəliyinə yoluxan insanlara həsr edilmiş tamaşa təqdim etdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-12-06

BİLİK YARIŞMASI

2018.12.06 2 nömrəli Bakı Baza Tibb Kollecinin “Əczaçılıq” şöbəsinin II kurs tələbələri arasında “Dərman Formalarının Texnologiyası” fənni üzrə təcrübi bilik yarışması keçirildi. Yarışda hər biri 5 nəfərdən ibarət iki komanda iştirak etdi. Münsiflər heyəti yarışda reseptlərə uyğun toz və maye şəkilli dərman preparatlarının hazırlanmasına görə komandalara müvafiq ballar verdi. Yarışın sonunda I yerə layiq görülən komandanın üzvlərinə sertifikat, qiymətli hədiyyələr, digər komandanın üzvlərinə və interaktiv oyunda fərqlənən tələbələrə hədiyyələr təqdim olundu. Tədbir musiqili-bədii kompozisiya ilə başa çatdı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-12-07

POLİOMİELİT

2018.12.07 2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında “Poliomielit” mövzusunda elmi konfrans keçirildi. Konfrans “Tibbi profilaktika” şöbəsinin II və III kurs tələbələri tərəfindən təqdim olundu. Çıxışlar, xəstəliyə aid video çarx zalda əyləşən tələbələr tərəfindən maraqla izlənildi. Sonda mövzu ilə bağlı səhnəcik nümayiş olundu və interaktiv viktorina keçirildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-12-11

HEYDƏR ƏLİYEV – ANIM GÜNÜ

2018.12.11 2 nömrəli Bakı Baza Tibb Kollecində xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anım günü qeyd olundu. Tədbirdə müdiriyyət, müəllimlər və tələbələr iştirak etdilər. Tədbir kollecin direktoru Dilarə Məmmədəliyevanın çıxışı ilə başlandı. Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Direktor çıxışında qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Sonra kollecin YAP İPT-nın sədri Gülər Qulu-zadə dahi şəxsiyyət Heydər Əliyev irsinin gənc nəslin milli vətənpərvərlik ruhunda yetişdrilməsində böyük rolu olduğundan söz açdı. Daha sonra Ümümmilli Lider Heydər Əliyevə həsr olunmuş filmə baxıldı və tələbələrin hazırladığı bədii kompozisiya səsləndi. Müəllim və tələbələrdən ibarət bir qrup Fəxri xiyabanı ziyarət edib, Ulu öndərin məzarı önünə gül dəstələri qoydular. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-12-17

Konfrans “Ortodontiya”

2018.12.17 “Diş texnikliyi” fənn birləşməsi tərəfindən hazırlanmış “Ortodontiya” adlı konfrans keçirildi. Müəllim-ortodontlar- Nuranə Fərəcova və Minayə Qasımova son illər stomatologiyanın bir şaxəsi olan ortodontiya elminin sürətlə inkişaf etməsindən danışdılar. Uşaqlarda perinatal və postnatal dövrlərdə hər hansı anomaliyaların baş vermə səbəbləri, profilaktikası, müalicəsi ilə məşğul olan ortodontiya elmi haqda geniş məruzə oxundu. Ortodontiyanın tarixi, dərin iz qoymuş alim stomatoloqlar, qədim ortodontik aparatlardan başlayaraq müasir mürəkkəb konstruksiyalar haqda məlumat verildi. Məruzələr slaydlar və şəkillər ilə müşayiət olundu. Auditoriyada maraq doğuran bu sahə üzrə sualları məruzəçilər həvəslə cavablandırdılar. Sonda kollecin direktoru Dilarə Məmmədəliyeva Azərbaycanda ortodontiyanın inkişafında böyük rolu olmuş ortodontlar haqda danışdı və konfrans təşkilatçılarına öz dərin təşəkkürünü bildirdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-12-24

Bilik müsabiqəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr doğum günü münasibəti ilə 2 nömrəli Bakı Baza Tibb Kollecində “Müalicə işi” və “Tibb bacısı işi” şöbələri arasında “Daxili xəstəliklər”, “Cərrahi xəstəliklər” və “Uşaq xəstəlikləri” fənnləri üzrə Olimpiada keçirildi. Müsabiqəni açaraq kollecin direktoru Dilarə Məmmədəliyeva Prezidentimiz İlham Əliyev cənablarını ad günü münasibəti ilə təbrik etdi möhkəm cansağlığı, firavanlıq, səadət və işlərində müvəffəqiyyətlər arzuladı. Olimpiada 3 turdan təşkil olunmuşdu: I turda – Ağciyər ürək reanimasiyası II turda- Yeni doğulmuşların ilkin tualeti və 3 aylıq uşağın vaksinasiyası III turda – Qanaxmalar və sınıqlar zamanı ilk tibbi yardım Hər turdan sonra komandalar münsiflər heyəti tərəfindən qiymətləndirildi. I və III turun qalibi “Müalicə işi” şöbəsinin “Feldşer” komandası, II turun qalibi isə “Tibb bacısı işi” şöbəsinin “Tibb bacısı” komandası oldu. Turlar arası fasilədə kollecimizin tələbələri musiqi nömrələri ilə çıxış etdilər. Olimpiadanın qalibi “Müalicə işi” şöbəsinin “Feldşer” komandası seçildi. Turlar üzrə qalib olan komandanın kapitanlarına sertifikatlar və iştirakçiların hər birinə hədiyyələr təqdim olundu. Kollecin direktoru hər iki şöbənin təşkilatçılarına öz təşəkkürünü bildirdi və belə işlərin davamlı olmasını tösiyyə etdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2018-12-25

“Dünya Azərbaycanlılarının Həmrəylik

2018.12.25 Kollecin akt zalında “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il münasibətilə möhtəşəm bayram şənliyi keçirildi. Tədbiri açaraq kollecin direktoru Dilarə Məmmədəliyeva qonaqları, müəllim və tələbələri bayram münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirdi. Yasamal rayon Yeni Azərbaycan Partiyasının sədri Tağı Əhmədov çıxışında zalda əyləşən müəllim-tələbə heyətini bayram münasibətilə təbrik edərək qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü-Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bayram tədbiri kollecin Tələbə Həmkarlar Təşkilatının hazırladığı şeir kompozisiyaları, səhnəcik, rəqslər və mahnılarla davam etdi. Gözəl bayram şənliyi hər kəsə böyük sevinc və yüksək əhval-ruhiyyə bəxş etdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-01-16

20 yanvar 2019

2019.01.16. tarixdə kollecdə 20 yanvar faciəsinin 29-cu il dönümü ilə bağlı “Qanlı yanvar” şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad olundu. 2019.01.20 tarixdə Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla təcəssüm etdirən abidə kompleksində anım və əklil qoyma mərasimində kollecin bir qrup müəllim-tələbə heyəti iştirak etdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-01-15

Sosial fəaliyyət və könüllülüyün təb

14-15 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən XI qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən ”Tibb tələbələri arasında sosial fəaliyyət və könüllülüyün təbliği” layihəsinin ilk təlimləri 2 saylı Bakı Baza Tibb Kollecində keçirilmişdir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin texniki dəstəyi ilə həyata keçirilən təlimlərdə 25 nəfər tibb kollecinin tələbəsi iştirak etmişdir. İlk növbədə layihənin rəhbəri Şəhla Mirzəzadə giriş sözü ilə çıxış edərək layihənin tibb tələbələrinin könüllü fəaliyyətə təşviq olunması, tibb tələbələri arasında sosial fəaliyyət və könüllülüyün təbliği məqsədilə icra olunduğunu qeyd etmişdir. Layihə çərçivəsində iki gün ərzində tələbələr arasında sosial fəaliyyət və könüllülüyün əhəmiyyəti, layihələrin yazılması və idarə olunması eləcə də Gənclər Fonduna müraciət qaydaları haqqında interaktiv təlim sesiyaları təşkil olunmuşdur. Eyni zamanda ekspert İlahə Mirzəzadə tərəfindən sağlamlıq sahəsində tibb tələbələrinin könüllü çalışmasının əhəmiyyətindən bəhs olunmuş və ekspertin səhiyyədə könüllülüklə bağlı təcrübələri dinlənilmişdir. Qeyri-formal təhsil metodları əsasında təşkil olunan təlimlər zamanı tələbələri maraqlandıran suallar cavablandırılmış, onlara layihə çərçivəsində çap edilmiş maarifləndirici bukletlər paylanılmış və sonda sertifikatlar təqdim olunmuşdur, -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-02-05

Seminar “Uşaqlarda inkişaf xüsusiyyətl

Son zamanlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ana və uşaqların sağlamlığının qorunmasına dair yeni yanaşmaların tətbiqinə yönəldilən tədbirlər diqqət mərkəzindədir. Türkiyənin Ankara Universitetinin İnkişaf Pediatriyası kafedrası tərəfindən hazırlanmış “İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyi”nin (İDİR) klinik istifadəsinin Azərbaycanda tətbiqi belə yeni yanaşmalara aiddir. Bu proqram çərçivəsində 2019-cu il 5 fevral tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecinin Təkmilləşdirmə kurslarında iştirak edən müdavimlər və kollecin pediatriya fənnini tədris edən müəllimlər üçün İDİR-ə dair seminar təşkil olunmuşdur. Seminar Əziz Əliyev adına ADHTİ-nin Pediatriya kafedrasının dosenti, İDİR üzrə təlimatçı Mətanət Qaraxanova tərəfindən aparılmışdır. Seminar iştirakçılarına uşaqlarda inkişaf xüsusiyyətləri, inkişafa təsir edən risk amilləri, ailələr, ətraf mühitdə olan qoruyucu amillər barədə geniş məlumatlar təqdim edilmişdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-02-25

Xocalı Soyqırımı 27 - ci il dönümü

2019.02.25 Xocalı Soyqırımının 27-ci il donümünə həsr olunmuş tədbirdə kollecin müəllim-tələbə heyəti iştirak etdi. Kollecin direktoru D.Ə.Məmmədəliyeva Xocalı soyqırımının həqiqətlərindən danışdı. Xocalı qurbanlarının ruhu 1 dəqiqəlik sükutla yad edildi. “İctimai elmlər” fənn müəllimi Z.Qasımovun çıxışı dinlənildi. Tədbir “Xoca” filminin nümayiş ilə başa çatdı. 2019.02.26 İlk dərslər Xocalı soyqırımına həsr edildi. Həmçinin “Xocalıya gedən yol” mövzusunda mühazirə və dəyirmi masa keçirildi. Məqsəd Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş vəhşi cinayəti gənclərin diqqətinə çatdırmaqdır. Kollecin rəhbərliyi və müəllim-tələbə heyəti paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış “Ana fəryadı" abidəsinə doğru irəliliyən on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünə qatıldılar. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-02-27

Elmi-təcrübi konfrans Süd vəzi xərcəngi

2019.02.27 “Süd vəzisinin xərcəngi” mövzusunda “Mamalıq” fənn birləşməsi tərəfindən elmi-təcrübi konfrans keçirildi. Konfransda “Mamalıq” fənn birləşməsinin sədri Qədirova İlahə süd vəzi xərcənginin yaranma səbəbləri, klinik əlamətləri, erkən diaqnostikasında tibb işçilərinin rolu haqqında ətraflı məlumat verdi, müasir müalicə və profilakrika üsullarını iştirakçıların diqqətinə çatdırdı. Konfransda mövzuya dair slaydlar, video çarxlar nümayiş olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-03-01

“Bədən tərbiyəsi və idman günü”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində ardıcıl olaraq görülən tədbirlər Azərbaycanı həm də idman dövləti kimi tanıdır. Sağlam bədəndə sağlam ruh olar pirinsipinə söykənərək demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir. 2019.03.01 Texniki Universitetin İdman sarayında Bədən tərbiyəsi və İdman gününə həsr olunmuş tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı və müavinlər, Gənclər və İdman idarəsinin üzvləri, idmançılarla bərabər 2 nömrəli Bakı Baza Tibb Kollecinin TGT-nın sədri A.Məmmədova və bir qrup tələbədə iştirak etmişdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-03-01

Xeyriyyə aksiyası

2019.03.01 “Tibbi profilaktika” şöbəsinin tələbələri, THT-nın sədri N.Balaqadaşova və təşkilatın üzvləri 26.11.2018-ci il tarixində keçirilən “Mətbəx sərgisindən” əldə etdikləri vəsaitə bayram sovqatı alaraq Bilgəh qəsəbəsində yerləşən “Müharibə və əmək əlilləri üçün pansionat”da yaşayan qocalara təqdim ediblər. Kollecin nümayəndələri çıxış edərək qarşıdan gələn Beynəlxalq qadınlar günü, Novruz bayramı münasibətilə onları təbrik edib xoş arzularını çatdırdılar.Tələbələr musiqili proqramla qocaları sevindirdilər. Sonra müəllim-tələbə heyəti Maştağa qəsəbəsində yerləşən 1saylı ruhi-əsəb dinpanserinə baş çəkib uşaqları bayram hədiyyələri ilə sevindirdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-03-15

Novruz 2019

15.03.2019 tarixdə 2 nömrəli Bakı Baza Tibb kollecində “Novruz gəlir, yaz gəlir” adlı bayram şənliyi keçirildi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavinləri Təravət Muradova və Elçin Rzayev, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, 1 nömrəli Tibb Kollecinin direktoru Nəriman Mövsümov, Səhiyyə işçiləri, Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat şöbə müdiri Elnarə Muradova və başqa qonaqlar iştirak edirdilər. Tələbələrin əl işlərindən hazırlanmış Novruz atributlarını, bahar əhval-ruhiyyəsini əks etdirən gözəl kompozisiyalar qonaqları heyran etdi. Xüsusilə “Müalicə işi” şöbəsinin tələbəsi Aytac Sultanovanın hazırladığı “Şuşada Novruz bayramı” kompozisiyası hər kəsin qəlbində qələbəyə və xoş gələcəyə inam hissləri aşıladı. 2 nömrəli Bakı Baza Tibb kollecinin direktoru Dilarə Məmmədəliyeva tədbiri giriş sözü ilə açaraq qonaqları, kollecin müəllim-tələbə heyətini salamladı, hər kəsi xalqımızın qədim bayramı olan Novruz münasibətilə təbrik edib xoş diləklərini bildirdi. Sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək möhtərəm Prezidentimiz İlham Əliyevin son illərdə apardığı böyük islahatlardan, Azərbaycanda, o cümlədən Yasamal rayonunda olan inkişaf və tərrəqidən danışdı, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək onlara uğur və nailiyyətlər arzuladı. Tədbir Nəzakət Balaqadaşovanın rəhbərlik etdiyi Tələbə Həmkarlar Təşkilatı üzvlərinin hazırladığı konsert proqramı ilə davam etdi. Kollecin “Şəfa” rəqs qrupunun, “Təbib” xor kollektivinin iştirakı ilə gözəl mahnı və rəqs nömrələri, tələbələrin hazırladığı “Arşın mal alan” kompozisiyası, şeirlər və hakıştalar, Kosa və Keçəlin məzəli söhbətləri hər kəsdə gözəl bayram əhval-ruhiyyəsi yaratdı. “Novruz gəlir, yaz gəlir” bayram tədbiri möhtəşəm sonluq və alqışlarla başa çatdı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-03-29

Maarifləndirici tədbir

2019.03.29 Kollecin direktoru D.Məmmədəliyeva DTX-nin 100 illik yubileyi ərəfəsində belə bir tədbirin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirdi, ölkəmizin bugünkü uğurlu inkişafında, sabitliyin, əmin-amanlığın təmin olunmasında təhlükəsizlik xidməti orqanlarının böyük rolunu, onun təcrübəli əməkdaşlarının xüsusi əməyini minnətdarlıqla qeyd etdi, dövlət təhlükəsizlik orqanlarının gənclərlə yüksək münasibətinin formalaşmasının ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin, Prezident İlham Əliyevin gənclərə qayğısının bariz nümunəsi olduğunu bildirdi. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı F.Quliyev “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusu ilə kollecin müəllim-tələbə heyəti qarşısında çıxış etdi. O, xüsusi xidmət orqanlarının tarixindən, ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında 25 illik fəaliyyətindən söz açıb. DTX tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərindən, o cümlədən bu tədbirlərdə vətəndaşların rolundan danışdı, xüsusi xidmət orqanlarının aşkar və gizli iş üsulları anlayışı, onun dövlət idarəçiliyində rolu, xarici xüsusi xidmət orqanları, onların Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti, beynəlxalq terrorçu təşkilatlar, narkomaniya və insan alveri kimi transmilli cinayətkarlıq mövzularına da toxundu. Çıxış slaydlarla müşayiət olunurdu. Sonda lektor mövzu ilə bağlı tələbələri maraqlandıran suallara ətraflı cavab verdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-03-31

31 mart Azərbaycanlıların Soyqırımı gü

31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar “Unudulmaz faciə” mövzusunda anım günü keçirildi. Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları və kollecin müəllim-tələbə heyəti iştirak etdilər. Tədbiri açıq elan edən kollecin direktoru D.Məmmədəliyeva 31 mart 1918-ci ildə baş vermiş azərbaycanlıların soyqırımı haqıında məlumat verdi. Sonra İctimai fənn müəllimi Z.Qasımov soyqırımla bağlı çıxış etdi. Tələbələrin hazırladığı bədii kompozisiya təqdim olundu. Vaxtı ilə kollecimizin “Müalicə işi” şöbəsində təhsil alan, 1992-ci ildə Şuşada qəhrəmancasına həlak olan Ağayev Nazim Ziyad oğlu, Nadirov Aslan Tanrıverdi oğlunun və 1918-ci ilin mart ayında Azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz qalan, doğma yurdlarından sürgün edilən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kollecin həyətində qurulan abidənin önünə qərənfillər qoyuldu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-04-01

Xeyriyyə

Novruz bayramı ərəfəsində ənənə olaraq kollecin bir necə tələbələsi bayram sovqatı ilə serebral iflic xəstəliyindən əziyyət çəkən Piriyeva Arzu Ağaverdi qızını ziyarət etdilər. Tələbələrin gəlişi və söhbətləri onun sevincinə səbəb oldu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-04-02

2 Aprel Ümumdünya Autizm Günü.

2019.04.02 XXI əsrin qlobal problemi hesab edilən Autizm sindromuna həsr olunan elmi-maarifləndirici konfrans keçirildi. Konfransda kollecin müəllim-tələbə heyəti iştirak etdi. “Sinir-ruhi xəstəlikləri” fənn birləşməsi müəllimləri T.Nəsibova, S.Cəfərova və “Müalicə işi” şöbəsinin II kurs tələbələri çıxış edərək autizm sindromu haqqında, bu sindromla mübarizə yolları, autizmli uşaqların sosiallaşması üçün cəmiyyətin onlara münasibəti, xəstələrə dövlət tərəfindən nəzarətin hansı səviyyədə olunduğu və s. məsələlər haqda geniş məlumat verdilər. Çıxışlar video görüntülərlə müşayət olundu. Sonda konfrans iştirakçılarına maarifləndirici bukletlər paylanıldı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-04-03

Vətən bizə əmanətdir

Aprelin 3-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə kollecin TGT-nın sədri A.Məmmədova və bir qrup tələbə iştirak etmişdir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək Aprel döyüşlərində Azərbaycan Ordusunun şanlı qələbəsindən, əsgərlərimizin qəhrəmanlığından, işğal altındakı torpaqlarımızın bir hissəsini azad etməsindən, indi həmin ərazilərdə Azərbaycan bayrağının vüqarla dalğalandığından danışdı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-04-09

Müasir bügel protezlərinin hazırlanma tex

09.04.2019-cu il tarixində “Diş texnikliyi” fənn birləşmə komissiyasının sədri Cəfərova Vüqarə, fənn müəllimləri Tağıyeva Ülviyyə, Bağırova Ülviyyə və Mustafayeva Aynur tərəfindən “Müasir bügel protezlərinin hazırlanma texnikası” adlı elmi-təcrübi konfrans kecirildi. Konfransda bügel protezlərinin yaranma tarixindən, onların universallığından, komfort və üstünlüklərindən danışıldı. Məruzəçilərin çıxışları maraqlı videolarla müşayət olundu. “Ortopedik stomatologiya” şöbəsinin tələbələri tərəfindən səhnəcik göstərildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-04-17

Biokimya elminin son nailiyyətləri

2019.04.17 “Kliniki laborator müayinə üsulları fənn birləşməsi”nin müəllimi Zeynalova Gülər və “Laboratoriya diaqnostikası” şöbəsinin tələbələri tərəfindən “Biokimya elminin son nailiyyətləri” adlı konfrans keçirildi. Konfransda “Polimeraz zəncirvari reaksiya”, “Antimüller hormonu”, “Onkomarkerlərin təyini” mövzularda məruzələr oldu. Məruzələr video çarxlarla müşayiət olundu. Tələbələr tərəfindən hazırlanan səhnəcik göstərildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-04-24

Daun sindromu

2019.04.24 Uşaq xəstəlikləri fənn komissiyası tərəfindən “Daun sindromu”na həsr olunmuş elmi-təcrübi konfrans keçirildi. Məruzəci Leyla Bəhərzəlovanın çıxışı slaydlarla və video görüntülərlə müşahidə olundu. Konfrans iştirakçılarına məlumatlandırıcı flayerlər və broşürlər paylandı. Tələbələri maraqlandıran suallar cavablandırıldı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-04-26

Zərifə Əliyeva 96

2019.04.26 görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq qeyd etdi ki, Zərifə xanım təkcə respublikamızda deyil beynəlxaq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim kimi dəyərləndirilib. Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov akademik Zərifə Əliyeva Azərbaycan tibb elminin tarixində və xalqın yaddaşında hər zaman yaşayacağını vurğuladı. Sonra “Göz xəstəlikləri” fənn müəllimi Aynur Səfixanova Zərifə xanımın həyat və yaradıcılığından bəhs edən geniş məruzə ilə çıxış etdi. Sonda kollec tələbələrinin ifasında ədəbi-bədii kompozisiya səsləndi, eyni zamanda, Zərifə xanım Əliyevanın ömür yoluna həsr olunan film nümayiş olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-04-26

Almaniyanın EAEG Avropa-Asiya İnkişafı C

26.04.2019 Almaniya Parlamentinin üzvü, iqtisadi əlaqələr, əmək-nəqliyyat mühiti və kənd təsərrüfatı komitəsinin nəqliyyat və infrastruktur üzrə spikeri Andreas Novak, EAEG Avropa-Asiya İnkişafı Cəmiyyətinin Baş icraçı direktoru Azad Əhmədov və Alman Təhsil Mərkəzinin direktoru Murad Əhmədovla görüş keçirildi. Qonaqlar orta tibb təhsilinin təşkili və məzunların işlə təmin olunması ilə maraqlandılar. Almaniya və Azərbaycanın tibb təhsil müəssisələri arasında ikitərəfli elmi əməkdaşlıq edilə biləcək sahələr haqqında təkliflər irəli sürdülər. Bəhs etdikləri lahiyənin məqsədi beynəlxalq əlaqələrin qurulması, sıx əməkdaşlıq, tələbələrin xaricdə təhsilini davam etmək üçün imkan yaratmaq və bununla Azərbaycan Səhiyyə sisteminin inkişafına yenilik gətirməkdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-05-07

Heydər Əliyev 96

07.05.2019-cu il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə kollecin YAP-ın sədri Gülər Quluzadə çıxış edərək Ulu öndərin Azərbaycan xalqı üçün əvəzolunmaz fəaliyyətindən, xalqın rifahının yaxşılaşdırılması naminə gördüyü işlərdən danışdı. Sonra tələbələr tərəfindən hazırlanmış bədii kompozisiya təqdim olundu. Tədbir Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlə yekunlaşdı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-05-13

Beynəlxalq Tibb Bacısı Günü

13.05.2019-cu il tarixində Beynəlxalq Tibb Bacısı Günü münasibəti ilə tədbir keçirildi. Kollecin “Terapiya” fənn birləşmə sədri Təravət Nəbiyeva “Tibb bacısının ixtisasının yaranması, təşkili və inkişafı” mövzusunda mühazirə oxudu. Çıxış video və slaydlarla müşayiət olunurdu. Sonra Qızıl Aypara cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq proqramı”nın koordinatoru Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşmə institutunun Pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova tibb bacısı ixtisasının mənəvi və peşə xüsusiyyətlərindən bəhs etdi. Kollecin direktoru Dilarə Məmmədəliyeva “Tibb bacısı” ixtisasının məsuliyyətli peşə olduğunu vurğuladı və şərəflə bu adı daşımağı, daim vətəndaşların sağlamlığının keşiyində durmağı tövsiyyə etdi. Tədbirin sonunda Azərbaycan dövlətinin səhiyyəyə və tibb işçilərinə göstərdiyi qayğıya görə Dövlət başçısına təşəkkür edildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-05-15

Elmi konfrans

2019.05.15 “Yenidoğulmuşlara tibbi yardımın təşkili. Neonatal alqoritm və skrininq” adlı elmi konfrans keçirilmişdir. Mövzu kollecin “Pediatriya” fənn müəllimi İradə Əhmədova tərəfindən təqdim olunmuşdur. Elmi konfransda kollecin müəllim heyəti, tələbələri və təkmilləşmə şöbəsinin müdavimləri iştirak etmişdir. Konfransda təqdim olunan mövzu tibbin aktual problemlərinə həsr olunmuş və mühazirə iştirakçıları tərəfindən təqdirəlayiq qiymətləndirilmişdir. Mühazirənin gedişi zamanı dölün bətndaxili inkişafını əks etdirən video-çarx, anadangəlmə qüsurlara aid slaydlar, mulyaj üzərində təxirəsalınmaz yardımın nümayişi iştirakçılar tərəfindən maraqla izlənilmişdir. Konfransın sonunda məruzəciyə mövzuya aid suallar verilmiş və qənaətbəxş cavablar alınmışdır. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-05-17

17 may - Dünya Hipertoniya günü

2019.05.17 “17 may - Dünya Hipertoniya günü” adlı elmi konfrans keçirilmişdir. Mövzu kollecin “Terapiya” fənn müəllimi Şövkət Fətəliyeva tərəfindən təqdim olunmuşdur. Elmi konfransda kollecin müəllim-tələbə heyəti və təkmilləşmə şöbəsinin müdavimləri iştirak etmişdir. Mühazirənin gedişi zamanı “Hipertoniya” xəstəliyinə səbəb olan faktorları əks etdirən video-çarx və slaydların nümayişi iştirakçılar tərəfindən maraqla izlənilmişdir. Elmi konfransda xəstəliyə meyllik yaradan səbəbləri vaxtında aşkarlayaraq aradan qaldırılma üsulları geniş müzakirə olunmuş və iştirakçılar tərəfindən müsbət qiymətləndirilmişdir. Konfransın sonunda dinləyiciləri maraqlandıran suallar verilmiş və qənaətbəxş cavablar alınmışdır. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-05-22

İKT-nin İnformasiya fənninin tədrisində

2019.05.22 “İKT-nin İnformasiya fənninin tədrisində rolu” adlı elmi konfrans keçirildi. Konfransda “İnformatika fənninin əhəmiyyəti” və “Tədris prosesinin yeni proqramlar əsasında aparılması” mövzusunda kollecin İnformatika fənn müəllimləri Mehriban Zeynalova və Natavan Abuşova çıxış etdilər. Çıxışlar slayd və video görüntülərlə müşaiyət olundu. Tələbələr tərəfindən səhnəcik təqdim olundu. Konfransda təqdim olunan mövzu tədbir iştirakçıları tərəfindən təqdirə layiq qiymətləndirildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-06-24

Məzun 2019

2019.06.24 Məzun günü keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başcısı Əziz Əzizov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, Respublika Klinik xəstəxanasının baş həkimi Telman İbadov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, Elm, Təhsil şöbəsinin müdir müavini Səidə Rüstəmova və kollecin müəllim-tələbə heyəti iştirak etdi. Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq qeyd etdi ki, 7 ixtisas üzrə 527 tələbə məzun adına laiq görülüb. O, kollecin yaranma tarixindən, məzunların şərəfli bir peşəyə yiyələnmələrindən danışdı. Gələcəyin tibb işçilərinə şərəfli və məsuliyyətli işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı. Maraqlı nitqi ilə məzunları Yasamal rayon İcra Hakimiyyətinin başcısı Əziz Əzizov təbrik edərək vurğuladı ki, ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən quruculuğu ilə yanaşı, gənclərin himayədarı olaraq sağlam düşüncələri yeni nəslin yetişdirilməsini cəmiyyətin mühüm vəzivəsi hesab edib. Bu gün də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakına xüsusi diqqət yetirilir. Valideynləri, müəllim heyətini və tələbələri məzun günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətində Tibb kollecinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyə çağırdı. Digər qonaqlar da çıxışları ilə təbriklərə qoşuldular. Sonra məzunların “Andiçmə” mərasimi keçirildi. Rəsmi hissənin sonunda oxuduğu müddətdə yüksək təhsil göstəriciləri və ictimai fəallığı ilə seçilən bir qrup məzun tələbələr kollecin Fəxri Fərman və hədiyyələrilə təltif olundu. Tədbirin bədii hissəsində məzunların 3 il təhsil aldıqları müddətdə tələbə həyatından bəhs edən qısa film nümayiş olundu. Daha sonra tələbələrin hazırladığı şeir kompozisiyaları, videoçarx, musiqi nömrələri, kollecin “Şəfa” rəqs qrupu, “Təbib” xor qrupu ifasında çıxışlar bir-birini əvəz etdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-09-16

2019/2020-ci tədris ili

2019.09.16 yeni tədris ilinin başlanması münasibəti ilə I kurs tələbələri üçün təntənəli tədbir keçirildi. Kollecin direktoru Dilarə Məmmədəliyeva tədbiri açaraq kollecin yaranmasından ölkəmizdə təhsilin inkişafından danışdı və milli təhsilimizin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, gələcəkdə Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli mənəvi və ümumbəşəri dəyərlərinə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəyini, dünya təhsil sistemində öz layiqli yerini tutacağını qeyd etdi. Daha sonra tələbələri bilik günü münasibətilə təbrik etdi onlara müvəffəqiyyətlər arzuladı.Tədbir kollecimiz haqqında bədii film və tələbələrin çıxışları ilə tamamlandı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-10-10

İKT VƏ GƏNCLİK

2019.10.10 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi tərəfindən təşkil olunmuş “Elektron xidmətlər mədəniyyətinin Azərbaycan modelinin təbliği ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” lahiyəsi çərçivəsində seminar-trening keçirildi. Fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov və professor Rəna Mirzəzadə tələbələrə “İnformasiya-kommunikasiya texnologiyaları və gənclik”, “Yeni texnologiyaların və İKT sferasının inkişafı” mövzularında mühazirə ilə çıxış etdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-10-18

ELMİ-TƏCRÜBİ KONFRANS

2019.10.18 “Cərrahiyyə” fənn birləşmə müəllimləri tərəfindən “Suda boğulma və ilan vurma hallarında ilk tibbi yardım” mövzusunda elmi-təcrübi konfrans keçirildi. Məruzəçilərin çıxışları slayd və videoçarxlarla müşaiyət olundu. Konfrans iştirakçılarına mövzu ilə bağlı broşür və flayerlər paylandı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-10-24

XIV RESPUBLİKA SPARTAKİADASI

2019-cu ilin oktyabr ayında orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında qaçış idman növü üzrə keçirilən XIV Respublika Spartakiadasında oğlan və qızlardan ibarət komandamız yüksək nəticələr göstərmiş, qalib yerlərə layiq görülmüşlər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-10-23

DÖYÜŞƏ QIZLAR GEDİR

2019.10.23 tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecinin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Müharibə Veteranı Qadınların Sosial Yardım ictimai birliyi tərəfindən təşkil olunmuş tədbir keçirildi. Kollecin direktoru Dilarə Məmmədəliyeva, MVQSYİB-nın sədri Radə Abbas və qonaq qismində iştirak edən qadın veteranlar çıxış etdilər. Tanınmış yazıçı-publisist Zemfira Məhərrəmlinin Qarabağ mövzusunda yazdığı kitabların təqdimatı və onun ssenarisi əsasında çəkilmiş “Döyüşə qızlar gedir” filmi nümayiş olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-10-30

ANA SÜDÜ İLƏ QİDALANMA

2 nömrəli Bakı Baza Tibb Kollecində “Uşaq xəstəlikləri” fənn birləşməsi müəllimləri tərəfindən “Ana südü ilə qidalanma” mövzusunda elmi konfrans təşkil olundu. Tədbirdə müəllim-tələbə heyəti iştirak etdi. Çıxış edən müəllimlər ana südünün faydalarından danışdılar. Qeyd olundu ki, Səhiyyə Nazirliyinin və UNİCEF-in təşəbbüsü ilə hər il oktyabr ayının bir həftəsi ana südü ilə qidalandırma həftəsi kimi qeyd edilir. Məruzəçilərin çıxışları slayd və videoçarxlarla müşaiyət olundu. Konfrans iştirakçılarına mövzu ilə bağlı broşür və flayerlər paylandı. Sonda “Uşaq xəstəlikləri” fənn birləşməsi müəllimləri tərəfindən hazırlanmış “Pediatriya” adlı dərs vəsaitinin təqdimatı keçirildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-11-13

Nəsimi 650

2019.11.13 2 nömrəli Bakı Baza Tibb kollecində “Nəsimi 650” tədbirlər silsiləsi çərçivəsində Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə təntənəli tədbir keçirildi. Tədbiri Azərbaycan dili müəllimi Naibə Heydərova açaraq görkəmli şairin həyat və yaradıcılığı haqqında maraqlı məruzə etdi. Şairin yaradıcılıq irsindən bəhs edən video çarx nümayiş etdirildi.Tədbir kollecin Həmkarlar Təşkilatının sədri Nəzakət İsgəndərovanın rəhbərliyi ilə THT və TGT-nin fəal tələbələrinin hazırladığı bədii hissə ilə davam etdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-11-14

Ümumdünya Diabet Günü

2019.11.14 2 nömrəli Bakı Baza Tibb kollecində “Ümumdünya Diabet Günü”nə həsr olunmuş elmi-təcrübi konfrans keçirildi. “Daxili xəstəliklər” fənn müəllimi Təravət Nəbiyeva çıxışında diabetə gətirib çıxaran səbəblər, xəstəliyin müalicə, profilaktika və bu xəstəliyə məruz qalanların həyat tərzindən geniş məruzə etdi. Mühazirə maraqlı fotoşkillər və videofilm ilə müşayət olundu. Sonda konfrans iştirakçıların sualları cavablandırıldı və qanda şəkərin miqdarını özündə təyin etmək istəyənlər səhnəyə dəvət olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-11-22

“Hemofiliya” elmi-təcrübi konfrans

2019/11/22 2 nömrəli Bakı Baza Tibb Kollecində “Pediatriya” fənn komissiyasının müəllimi Ç. Xavər tərəfindən irsi qan xəstəliyi olan “Hemofiliya” adlı elmi-təcrübi konfrans keçirildi. Konfransda “Hemofiliya” xəstəliyinin Bakı, Sumqayıt və Mərkəzi Aran rayonları ərazisində daha çox rast gəlindiyi bildirildi. Çıxış edərək X.Çələbiyeva hemofiliya xəstəliyindən əziyyət çəkən insanların ölkəmizdə dövlət qayğısı ilə əhatə olunduğunu və belə xəstələrin müalicəsi istiqamətində mühüm tədbirlərin görüldüyünü qeyd etdi. Konfrans zamanı mövzuya ait slaydlar, video görüntülər nümayiş olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-11-25

Tibbi Hüquq

2019.11.25 tarixində Azərbaycan Hüquq elmində yeni bir sahə kimi “Tibbi Hüquq” mövzusunda elmi konfrans keçirildi. Konfrans “Hüququn əsasları” fənnini tədris edən (AMEA-nın İnsan Haqqları və Hüquq İnstitutunun Doktorantı) müəllimi Əsmər Mustafayeva tərəfindən təşkil olunmuşdur. Konfransı kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq Tibbi hüququn tibb sahəsində önəmini və tələbələrin bu sahədə maarifləndirilməsini vacib olduğunu iştirakçıların nəzərinə çatdırdı. Konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş hüquqşunası Elxan Əzizov, Azərbaycan İqtisad Universitetinin baş müəllimi hüquq üzrə fəlsəfə doktoru Ərəbiyyə Mustafayeva, Azərbaycan Respublikası Nazirliyi LGBİ Böyük hüquqşunas, BDU-nun Mülki Hüquq kafedrasının doktorantı Aynurə Məmmədzadə qonaq qismində iştirak etdilər. Elxan Əzizov öz çıxışında “Əhalinin sağlamlığının qorunması” haqqında 26 iyun 1997-ci il tarixli qanuna əsasən, əhalinin sağlamlığının qorunması, onun fəal uzunömürlüyünün artırılması, tibbi yardıma yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusunun vacibliyini söylədi. Aynurə Məmmədzadə Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş əsas insan hüquqlarından biri kimi hər kəsin sağlamlığının qorunması, Konstitusiyanın 41-ci maddəsində qeyd olunan hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququndan danışdı. Ərəbiyyə Mustafayeva öz çıxışında tibb işçilərinin öz hüquqları ilə bağlı müddəalar və müxtəlif normativ hüquqi aktlardan bəhs etdi və tibb işçilərinin vəzifə səlahiyyətlərinin normal formada icra etməsini təmin etmək üçün onların həm hüquqlarının, həm də vəzifələrinin qanunvericilik səviyyəsində dəqiq müəyyən edilməsinin zəruriliyini vurğuladı. Əsmər Mustafayeva Hüquq sisteminin təkmilləşməsinin mühüm istiqamətlərindən biri kimi yeni hüquq institutlarının və hüquq sahələrinin yaranmasını, son dövrlərdə əhalinin sağlamlığının qorunması, tibbi fəaliyyət sahəsində hüquqların dəyişməsini qeyd etdi. Konfrans video-slaydla müşahidə olundu. Sonda yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan konfrans mövzuları barədə qısa məlumat verildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-12-03

Narkomaniyaya yox deyək!

2019.12.03 tarixində 2 nömrəli Bakı Baza Tibb kollecində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Miqrasiya sahəsinin təşkili” İctimai Birliyinin təşkil etdiyi “Narkomaniyaya yox deyək” adlı maarifləndirmə konfransı keçirildi. Konfransda “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə Dövlət komissiyasının işçi qrupu rəhbərinin müavini Tanıverdi Aydınov, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri Vidadi Fətullayev, Narkomanlğa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun sektor müdiri Raqif Allahverdiyev, Respublika Narkoloji Mərkəzin əməkdaşı, Yasamal Rayon İcra Hakimiyyəti nümayəndəsi Azad Niyazov qonaq qismində, kollecin müəllim-tələbə heyəti iştirak etdilər. Məruzəçi Aynurə Məmmədova öz çıxışında narkomaniyanın insan orqanizmi üçün təhlükəli olduğunu və onun törətdiyi fəsadları haqqında tədbir iştirakçılarını məlumatlandırdı. Gənclərə mövzu ilə bağlı film nümayiş olundu, flayer və bukletlər paylandı. Qonaqlar çıxışlarında gənclərə öz tövsiyyələrini və müraciətlərini bildirdilər. Bu mövzu haqqında daha ətraflı məlumat verdilər. Kollecin direktoru Dilarə Məmmədəliyeva çıxış edərək mövzunun aktual olduğunu bildirdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-12-09

Dr.Hande Harmancı ilə görüş.

2019.12.09 2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı ilə görüş keçirilmişdir. Görüşdə 3-cü Dayanıqlı İnkişaf Məqsədi, cari prioritetlər, səhiyyə sistemində tibb bacılarının rolundan və peyvəndin uşaqların gələçəyi üçün önəmli olduğundan danışdı. Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərinin iştirakı ilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün ciddi addımların atıldığını qeyd etdi. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-12-10

Elmi-təcrübi konfrans Süd vəzi xərcəngi

2019.12.10 “Süd vəzisinin xərcəngi” mövzusunda İctimai Səhiyyə İslahatlar Mərkəzinin (İSM) həkim mütəxəssisi Vəfa Ağayeva tərəfindən elmi-təcrübi konfrans keçirildi. Məruzəci süd vəzi xərcənginin yaranma səbəbləri, klinik əlamətləri, erkən diaqnostikasında tibb işçilərinin rolu haqqında ətraflı məlumat verdi. “Süd vəzisinin xərcəngi”nin müasir müalicə və profilaktika üsullarını iştirakçıların diqqətinə çatdırdı. Konfransda mövzuya aid slaydlar nümayiş olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-12-17

“Nəsimi 650” ağacəkmə aksiyası

Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilən ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə etdi. Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında kollecimizin müəllim-tələbə heyəti iştirak etdi. 2000 nəfərin iştirak etdiyi ağacəkmə kampaniyasında şam, küknar, dekorativ gül və kol bitkiləri olmaqla, ümumilikdə 3700 müxtəlif növ ağaclar əkilmişdir.Gənclər və tələbələr ərazidə yallı gedərək havaya bayraq rəngli şarlar uçurdular. 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək. -->xəbərin şəkilləri

...xəbərin davamı

2019-12-25

“Dünya Azərbaycanlılarının Həmrəylik

2019.12.25 Kollecin akt zalında “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il münasibətilə möhtəşəm bayram şənliyi keçirildi. Kollecin direktoru Dilarə Məmmədəliyeva tədbiri açaraq müəllim və tələbələri bayram münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirdi. Qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bayram tədbiri kollecin Tələbə Həmkarlar Təşkilatının hazırladığı şeir kompozisiyaları, rəqslər və mahnılarla davam etdi. 2019-cu ilin sentyabr-noyabr aylarında Respublika İdman Spartakiadalarında voleybol, basketbol, şahmat, dama üzrə idman növlərində iştirak edib I və II yerlərə laiq görülən tələbələr mükafatlandırıldılar. Bayram şənliyi hər kəsə böyük sevinc və yüksək əhval-ruhiyyə bəxş etdi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-01-16

20 yanvar 2020

16.01.2020-ci il tarixdə 2 nömrəli Bakı Baza Tibb Kollecində 20 yanvar faciəsinin 30-cu il dönümü ilə bağlı “Qanlı yanvar” şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad olundu. Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq 20 yanvar faciəsindən danışdı. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sonra kollecin kitabxana müdiri Naibə Heydərova Azərbaycan xalqının şanlı tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən danışdı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-02-17

“2 fevral-Azərbaycan Gəncləri günü”

Heydər Əliyev Mərkəzində 2 fevral-Azərbaycan Gəncləri günü münasibəti ilə tədbir keçirildi. Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov qeyd etdi ki, dövlət gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq daim aparıcı istiqamətlərindən biri olub. Ulu öndərin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, onların sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Eyni zamanda 2 nnömrəli Bakı Baza Tibb kollecinin Gənçlər Təşkilatının sədri Əlizadə Firudinə rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyinə görə Yasamal rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-02-19

“Ürəyimizi qoruyaq”

19.02.2020 2 nömrəli Bakı Baza Tibb Kollecində BLC və ACLS sertifikatı üzrə təlimçi Şirinov S. tərəfindən “Ürəyimizi qoruyaq” adlı elmi-praktik konfrans keçirildi. Məruzəçi ürəyin anatomiyası, ürəkdə miokard infarktı və səbəbləri, risk faktorları, əlamətləri, təsnifat prinsipləri, müayinə metodları haqqında danışdı. Müzakirələr zamanı ətraflı fikir mübadiləsi aparıldı, tələbələri maraqlandıran suallar cavablandırıldı. Konfransda kollecin direktoru və müəlim tələbə heyəti iştirak etdilər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-02-26

Xocalı faciəsinin 28-ci ildönümünə

2 nömrəli Bakı Baza Tibb Kollecində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı-qan yaddaşımız“ adlı anım tədbiri keçirildi. Tədbir başlamazdan öncə kollecin foyesində tələbələrin rəsm işlərindən ibarət sərgiyə baxış keçirildi. Sonra Xocalı faciəsində və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, müavinlər Təravət Muradova, Elçin Rzayev, Xaliq Möhbalıyev, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov və media nümayəndələri qonaq qismində iştirak etdilər. Tədbirdə kollecin tələbələri 1992-ci il fevralın 25-dən 26-na keçən dəhşətli gecənin vəhşiliklərini ədəbi-bədii kompozisiyada əks etdirdilər. Erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdiklərini bildirdilər. Bu kütləvi qırğın zamanı 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynindən və 130 uşağın valideynlərinin birindən məhrum olması, eləcə də 487 nəfər soydaşımızın ağır xəsarətlər alması, 197 nəfərin itkin düşməsi, 1275 nəfərin girov götürülməsi tədbir boyunca slaydlarda nümayiş olunurdu. Tələbələrin təqdim etdikləri ədəbi-bədii kompozisiyada vətənimizin və torpaqlarımızın müdafiəsinə çağırış, vətən sevgisi, dövlətimizin və dövlət başçımızın ətrafında sıx birləşib tezliklə doğma torpaqlarımızı düşmən yağılarından azad etmək, Qarabağımıza qayıtmaq arzusu səsləndi. Sonda Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin xarici siyasi kursunda mühüm yer tutması və Xocalı soyqırımı ilə bağlı Azərbaycanın haqq səsinin dünyaya çatdırılması slaydlarda nümayiş olundu, Azərbaycanın xalq artisti Gülyanaq Məmmədovanın ifasında “Xocalı” mahnısı səsləndi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-03-27

Koronavirus (COVİD-19)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 10.03.2020-ci il tarixindən təhsil prosesinin təşkili haqqında.

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tədris prosesi 2020-ci ilin mart ayının 3-dən dayandırılmışdır. 10.03.2020-ci il tarixindən 2 nömrəli Bakı Baza Tibb kollecində tələbələrə təhsilin davamlılığını təmin edilməsi məqsədilə təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədi ilə aşağıda qeyd olunanlar həyata keçirilir:

- Müəllimlər tərəfindən hazırlanan videodərslər internet vasitəsilə tələbələrə təqdim olunur;

- Tələbələrə proqramlara və dərs cədvəllərinə uyğun materiallar göndərilir;

- Mövzulara dair izahat və təlimatlar əlavə olunur;

- İnternet vasitəsilə yaradılan müəllim-tələbə qruplarda mövzuların müzakirəsi, sual-cavab aparılır;

- Kollecin saytında yerləşdirilən elektron kitabxana - onun tərkibində kollecin müəllimləri tərəfindən bütün ixtisaslar və onlara aid olan fənlər üzrə mühazirə və təcrübə dərslərinə aid mövzular,şəkillər,prezentasiyalar elektron disklər şəklində hazırlanıb tələbələrin istifadəsinə verilib;

- Kollecin kitabxanasında mövcud olan və tədris prosesində istifadə olunan müxtəlif müəlliflər tərəfindən yazılan dərs vəsaitləri elektron formatda kollecin saytının elektron kitabxana bölməsində yerləşdirilib.

Tədris prosesinin distant şəklində aparılması kollecin rəhbərliyinin ciddi nəzarətindədir.

...xəbərin davamı

2020-05-05

5 may Beynəlxalq Mama Günü

İki onillikdən artıqdır ki, 5 may Beynəlxalq Mama Günü kimi qeyd olunur (İnternational Day of the Midwife). Bayramın ideyasını 1987-ci ildə Hollandiyada keçirilən konfransda beynəlxalq mamalar Assosiasiyası təklif edib. Yalnız 1992-ci ildən həmin gün rəsmi bayram statusunu əldə edib və bu gün 50-dən çox ölkədə qeyd olunur. Beynəlxalq mamalıq Konfederasiyası bu günü “Bu gün dünyanın hər zamankindən daha güclü mamalara ehtiyacı var” şüarı altında qeyd edir. Mama, çox məsuliyyətli bir peşədir. Bu vəzifədə çalışan və öz həyatını ona həsr edən insan ən məhrəm məsələ ilə-uşağın dünyaya gəlməsi ilə məşğul olur. Körpənin və anasının həyatı və sağlamlığı onun hərəkətlərinin düzgün və peşəkarlığından asılıdır. Mama peşəkar keyfiyyətləri ilə yanaşı həssaslığa, dözümlülüyə və xeyirxahlığa malik olmalıdır, mamada şəfqət və empati hissi üstünlük təşkil etməlidir. Bu peşənin insanlarından təkcə fiziki deyil, həm də ananın və uşağın psixoloji sağlamlığı-deməli, bəşəriyyətin, bütün gələcək nəslinin fiziki və psixoloji sağlamlığı asılıdır. Son 15 il ərzində mamalar öz sahələrinin inkişafında böyük sıçrayış ediblər-həkim yardımcısından başlayaraq, onlar müstəqil mütəxəssis kimi formalaşıb, tibb müəssisələrində işlərin çox hissəsini görürlər. Doğuş zamanı və doğuşdan sonrakı dövrdə ana və uşaq sağlamlığının qorunması xidmətləri ilə yanaşı, yeni varlığın doğulmasına kömək edən,doğuşdan əziyyət çəkən ananın ağrısını yüngülləşdirilməsini təmin edən, mamalıq peşəsi cəmiyyətdə çox mühüm yer tutur. Çox çətin iş rejimi ilə öz vəzifə borclarını yerinə yetirməyə çalışan mamalar bizim səhiyyə sisteminin əvəzolunmaz elementlərindən biridir. Dünyanı təşvişə salan yeni koronavirus (COVİD-19) pandemiyası bizim ölkəmizdəndə yan keçməmişdir. Xüsusiylə, bu ağır günlərdə, həkimlərimizin fədakar əməyini vurğulamamaq mümkün deyil. İlk növbədə vətəndaşlıq borcları ilə yanaşı vəzifə borclarını maksimum dərəcədə, şərəflə yerinə yetirən mamalar qarşısında baş əyirik. 2 nömrəli Bakı Baza Tibb kollecinin müdriyyəti, müəllim- tələbə heyətinin adından fədakar mamalara, yorulmadan və hər bir riski gözə alaraq dünyaya yeni nəslin gəlməsinə çalışıb və gələcəkdə anaların sağlamlığının keşiyində durduqları üçün dərin minnətdarlığımızı bildiririk. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-05-12

12 may Beynəlxalq Tibb Bacısı Günüdür

Ümumdünya Səhiyyə Assambleyası cəmiyyətdə tibb bacılarının nüfuzunu artırmaq məqsədilə 2020-ci ili Beynəlxalq tibb bacısı və mama ili elan edib. Bu, dünyada ilk dəfə şəfqət bacıları xidmətini təskil etmiş Florens Haytingelin anadan olmasının 200 illiyinə təsadüf edir. Müasir təbabəti tibb bacısız təsəvvür etmək mümkün deyil. ÜST verilən məlumata görə, tibb bacıları səhiyyə sistemində həyati xidmətlər göstərən bütün tibb işçilərinin yarıdan çoxunu təşkil edir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda 52 min 807 orta tibb işçisi var ki, onların da 37 min 322 nəfəri tibb bacılarıdır. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında onların üzərinə böyük vəzifə düşür. Tibb bacısı həkimin ən yaxın köməkcisi olub, təyinatları yerinə yetirməklə yanaşı, xəstələri diqqət və qayğı ilə əhatə edərək, onların həyata qayıtması və sağalması üçün əlindən gələni edir. Tibb bacıları sağlamlıq üçün təhlükə yaradan epidemiya və pandemiya ilə mübarizədə həmişə ön cəbhədə dayanıblar.COVID-19-a qarşı apardığımız mübarizə tibb bacısı peşəsinin cəmiyyətimiz üçün nə qədər vacib olduğunu bir daha sübut etdi. ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib: “Tibb bacıları istənilən tibbi heyətin aparıcı qüvvəsidir. Bu gün bir çox tibb bacısı "COVID-19"a qarşı mübarizədə ön sıralarda yer tutur.” Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Ümumdünya Sağlamlıq Günü münasibətilə yayımlanan "2020-ci ildə dünyada orta tibb işçilərinin vəziyyəti" adlı hesabat dünyada tibb bacılarının çatışmazlığını, onların təhsili, fəaliyyəti və liderlik bacarıqlarının inkişafına yönəldilmiş investisiya üçün prioritet sahələri müəyyənləşdirmiş, 2030-cu ilə qədər tibbi xidmətlərin ümumdünya səviyyəsini təmin etmək üçün dünyaya əlavə olaraq 9 milyondan çox tibb bacısı və tibb işçisi lazım olacağını yayimlamışdır. Tibb bacısı peşəsi ən nəcib və humanist peşələrdən biridir. Bu, xeyirxahlıq və şəfqət peşəsidir. Eyni zamanda bu, çox çətin bir peşədir. Çünki insanlar tibb bacısına öz həyat və sağlamlığını etibar edirlər. Bu isə çox böyük mənəvi məsuliyyətdir . Peşəkarlıq , məsuliyyət hissi, insanpərvərlik , səbir, əməksevərlik- tibb bacısının əsas keyfiyyətləridir.Tibb bacıları, ən böyük təşəkkürə və hörmətə layiqdirlər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-10-06

Sənəd Qəbulu Komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

2 nömrəli Bakı Baza Tibb Kollecinin Sənəd Qəbulu Komissiyası

Bakı şəhəri, Şərifzadə küç 204 Tel. (+99455)3483308, (+99455)3331138, (+99455)2553661, (+99412)4311148

2 nömrəli Bakı Baza Tibb Kollecinin 2020/2021-ci tədris ili üçün tələbə adını qazanmış şəxslərin onlayn qeydiyyatı haqqında məlumat. Tələbə adı qazanmış şəxslər 2020-ci il 6 oktyabr saat 09:00-dan 14 oktyabr 17:00-dək sənədlərini onlayn qaydada qeydiyyatdan keçirməlidirlər. Qeydiyyatdan keçmək üçün tələbə adını qazanmış şəxs aşağıda siyahısı təqdim edilən sənədləri scan (elektron sürəti) edib 2BBTKqeydiyyat@gmail.com

2BBTKqeydiyyat@gmail.com e-mailinə göndərilməlidir

cinare401@mail.ru

cinare401@mail.ru e-mailinə göndərilməlidir


1.Tələbə anketi (əlyazma qaydasında doldurulmuş qaydada); (Bax əlavə 1)

2.Tam orta təhsil haqqında sənəd (Attestat) və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənəd (Kollec və ya ali təhsil müəssisəsinin 2019-2020-ci tədris ilinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);

3.Fotoşəkil 3×4 ölçüdə; (hicablı olanlar şəxsiyyət vəsiqəsindəki şəkli kimi)

4.Şəxsiyyət vəsiqəsi;

5.Tibbi arayış (Forma - 086) (şəkilli);

6.Tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN).

7.İllik təhsil haqqının ödəməsini (imkanı məhdud olan tələbələr təhsil haqqının yarısını ödəməklə qeydiyyatdan keçə bilər və ikinci yarısını 31.12.2020-dək ödəməlidirlər) təsdiq edən qəbz (ödənişli təhsil alacaq tələbələr üçün); Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına aid olan şəxslərlə bağlı (Əlavə 2-yə baxın.)


Təhsil haqqı ödənilməsi üçün 2 nömrəli Bakı Baza Tibb Kollecinin bank rekvizitləri:

REKVİZİT

A. 1. Emitent (ödəyən bank)

Kodu: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.I.F.T.: BİK CTREAZ22

A. 2. Ödəyici

Adı: 2 nömrəli Bakı Baza Tibb Kolleci

Hesab № AZ21CTRE00000000000002128408

VÖEN: 1300267391

Büdcə təsnifatı: 142544

Fond: 3

Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına düşən şəxslər müvafiq tələb olunan sənədləri də digər sənədləri ilə birlikdə e-mailə göndərməlidirlər. Bu sənədləri təqdim etməklə abituriyent mütləq elektron qeydiyyatdan keçməlidir. Qeyd olunan vaxtda sənədlərini onlayn qaydada təqdim etməmiş və ya natamam təqdim etmiş şəxslər qeydiyyatdan keçməmiş hesab olunacaq. Bu hal abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.

Qeyd edilmiş sənədləri göndərən abituriyentlərin şəxsi kabinetində bir gün sonra “sizin sənədləriniz qəbul olduğunuz orta təhsil müəssisəsi tərəfindən təsdiqləndi” yazısı daxil olacaq. Şəxsi kabinetinə bu məlumat qeyd edilmiş abituriyentin sənədləri təsdiqlənmiş hesab ediləcəkdir. Belə bir bildiriş almayan abituriyentlər mütləq 2 nömrəli Bakı Baza Tibb Kollecinin Sənəd Qəbulu Komissiyası ilə e-maillə və əlaqə telefonları vasitəsilə əlaqə saxlamalıdırlar. Əks halda kollec məsuliyyət daşımır.

2020/2021-ci TƏDRİS İLİ ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

2 nömrəli Bakı Baza Tibb Kollecinin 2020/2021-ci tədris ili üçün tələbə adını qazanmış və onlayn 2BBTKqeydiyyat@gmail.com; cinare401@mail.ru https://www.e-telebe.edu.az portalınada müraciət etmələri

TƏLƏB OLUNUR!

...xəbərin davamı

2020-09-28

Qanvermə aksiyası

2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim kollektivi və tələbələri Respublikamızda həyata keçirilən ictimai işlərdə həmişə fəal iştirak etmişdir. Tarix 28.09.2020-ci ildə Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyətinin təşəbüsü və təşkilatçılığı ilə respublikamızda tədarük olunan qan ehtiyatlarını artırmaq məqsədi ilə B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematalogiya və Qanköçürmə institutunda keçirilmiş növbəti qanvermə aksiyasında kollecin müəllim və tələbələri iştirak etmiş və qan donoru olmuşlar. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-09-29

COVİD-19 qarşı mübarizə

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çağırışına cavab olaraq, koronovirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədilə Respublikamızda konüllülük fəaliyyəti böyük vüsət almışdır. 2 nömrəli Bakı Baza Tibb Kollecinin 33 məzunu, 35 nəfər II kurs tələbəsi və 31 nəfər I kurs tələbəsi də COVİD-19 qarşı mübarizə tədbirlərində birbaşa iştirak etmək üçün müraciət etmiş və koronavirusla mübarizə üçün müəyyən olunmuş müəssisələrdə konüllü olaraq xidmət göstərməyə başlamışlar. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-09-30

Müstəqil Dövlətimizin süverenliyi

Müstəqil Dövlətimizin süverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə bütün xalqımız dövlətimizə və ordumuza dəstək olur. 2 nömrəli Bakı Baza Tibb kollecinin müəllim kollektivi və tələbələri də ölkə rəhbərliyinin qətiyyətli siyasətini dəstəkləyir. Ordumuzun bu mübarizədə qazandığı qələbələrdən ruhlanan tələbələrimiz könüllü olaraq ordu sıralarına yazılmışlar. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-10-21

Sənəd Qəbulu Komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

2 nömrəli Bakı Baza Tibb Kollecinin Sənəd Qəbulu Komissiyası

Bakı şəhəri, Şərifzadə küç 204 Tel. (+99455)3483308, (+99455)3331138, (+99455)2553661, (+99412)4311148

2 nömrəli Bakı Baza Tibb Kollecinin 2020/2021-ci tədris ili üçün tələbə adını qazanmış şəxslərin onlayn qeydiyyatı haqqında məlumat. Tələbə adı qazanmış şəxslər 2020-ci il 6 oktyabr saat 09:00-dan 14 oktyabr 17:00-dək sənədlərini onlayn qaydada qeydiyyatdan keçirməlidirlər. Qeydiyyatdan keçmək üçün tələbə adını qazanmış şəxs aşağıda siyahısı təqdim edilən sənədləri scan (elektron sürəti) edib 2BBTKqeydiyyat@gmail.com

2BBTKqeydiyyat@gmail.com e-mailinə göndərilməlidir

cinare401@mail.ru

cinare401@mail.ru e-mailinə göndərilməlidir


1.Tələbə anketi (əlyazma qaydasında doldurulmuş qaydada); (Bax əlavə 1)

2.Tam orta təhsil haqqında sənəd (Attestat) və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənəd (Kollec və ya ali təhsil müəssisəsinin 2019-2020-ci tədris ilinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);

3.Fotoşəkil 3×4 ölçüdə; (hicablı olanlar şəxsiyyət vəsiqəsindəki şəkli kimi)

4.Şəxsiyyət vəsiqəsi;

5.Tibbi arayış (Forma - 086) (şəkilli);

6.Tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN).

7.İllik təhsil haqqının ödəməsini (imkanı məhdud olan tələbələr təhsil haqqının yarısını ödəməklə qeydiyyatdan keçə bilər və ikinci yarısını 31.12.2020-dək ödəməlidirlər) təsdiq edən qəbz (ödənişli təhsil alacaq tələbələr üçün); Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına aid olan şəxslərlə bağlı (Əlavə 2-yə baxın.)


Ödənişli əsaslarla qəbul olub, dövlət tərəfindən təhsil haqqı ödənilən güzəşt kateqoriyasına düşən şəxslər müvafiq tələb olunan sənədləri də digər sənədləri ilə birlikdə e-mailə göndərməlidirlər. Bu sənədləri təqdim etməklə abituriyent mütləq elektron qeydiyyatdan keçməlidir. Qeyd olunan vaxtda sənədlərini onlayn qaydada təqdim etməmiş və ya natamam təqdim etmiş şəxslər qeydiyyatdan keçməmiş hesab olunacaq. Bu hal abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.

Qeyd edilmiş sənədləri göndərən abituriyentlərin şəxsi kabinetində bir gün sonra “sizin sənədləriniz qəbul olduğunuz orta təhsil müəssisəsi tərəfindən təsdiqləndi” yazısı daxil olacaq. Şəxsi kabinetinə bu məlumat qeyd edilmiş abituriyentin sənədləri təsdiqlənmiş hesab ediləcəkdir. Belə bir bildiriş almayan abituriyentlər mütləq 2 nömrəli Bakı Baza Tibb Kollecinin Sənəd Qəbulu Komissiyası ilə e-maillə və əlaqə telefonları vasitəsilə əlaqə saxlamalıdırlar. Əks halda kollec məsuliyyət daşımır.

2020/2021-ci TƏDRİS İLİ ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

2 nömrəli Bakı Baza Tibb Kollecinin 2020/2021-ci tədris ili üçün tələbə adını qazanmış və onlayn 2BBTKqeydiyyat@gmail.com; cinare401@mail.ru https://www.e-telebe.edu.az portalınada müraciət etmələri

TƏLƏB OLUNUR!

...xəbərin davamı

2020-12-12

Ümummilli lider H.Əliyevin 17-ci anım ili

Kollecimizin rəhbərliyi, müəllim heyəti və tələbələri Ümummilli liderimiz Heydər Əliyevin vəfatının 17-ci ildönümü münasibətilə onlayn formatda təşkil olunmuş anım tədbirində iştirak etdilər. Tədbirin əvvəlində dahi şəxsiyyətin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra fenomen şəxsiyyət Heydər Əliyevin mənalı ömür yolundan, Azrəbaycanın müstəqilliyi və zəfər soraqlı bu gününün təməlini qoyan əvvəzsiz, müstəsna xidmətlərindən bəhs edildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-12-10

Zəfər günü.

Kollecimizin ictimai fənlər blokunun müəllimləri tərəfindən Vətən müharibəsində şanlı qələbəmizə həsr olunmuş onlayn videokonfrans keçirildi. Konfransın əvvəlində torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra kollecimizdə təhsil alan və müharibənin ilk günlərindən cəbhənin müxtəlif istiqamətindəki döyüşlərdə iştirak edən, bu günə qədər Vətən qarşısında borcunu yerinə yetirərək hərbi xidmət göstərən igid tələbələrimizdən danışıldı. Sonda 44 günlük müharibədə əldə etdiyimiz misilsiz zəfər, şanlı qələbə münasibətilə təbrik sözləri səsləndirildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-12-16

Hörmətli tələbələr!

Payız semestri başa çatır. Qarşıda imtahan sessiyasıdır. Nəzərinizə çatdırırq ki, Payız sessiyasının imtahanları onlayn şəkildə kollecin Virtual Test Mərkəzində yenilənmiş proqram vasitəsilə keçiriləcək. İmtahan sessiyası 11.01.2021-07.02.2021-ci il tarixlərində, imtahanlar 09:00–18:00-dək baş tutacaq. Payız imtahan sessiyası üzrə imtahan cədvəli tərtib olunub, imtahanların vaxtı haqqında məlumat veriləcək. Ümumi test sayı hər fənn üzrə 30% azaldılıb. İmtahan fənləri üzrə nümunə testlər sizə təqdim olunacaq. Testlər cavablıdır. Təqdim olunmayacaq testlər də Payız semestri ərzində öyrənilmiş mövzuları əhatə edəcək. Əlavə olaraq qeyd edirik ki, mövcud pandemiya şəraiti, onlayn təhsil prosesinin çatışmazlıqları, dərs proqramının sıxlaşdırılmış formada tədrisi ilə əlaqədar cari imtahan testləri ötən semestrlərə nisbətən daha yüngül və sadələşdirilmiş şəkildə tərtib edilmişdir. Tələbə cədvəl üzrə müəyyən olunmuş vaxtda onlayn şəkildə login və paroldan istifadə edib sistemə daxil olaraq 45 dəqiqə ərzində 50 suala cavab verməklə imtahanda iştirak edəcək. İmtahan zamanı hər sual “2 bal” qiymətləndirilməklə minimum keçid balı “52 bal” hesab olunacaq. İmtahan bitdikdə tələbə topladığı balı dərhal monitorda görəcək. İmtahan zamanı hər hansı bir problem olduqda (internet bağlantısı və s.) tələbə imtahanı yenidən verə biləcək. İmtahanda iştirak edib fənn üzrə müvəffəqiyyət qazana bilməyən tələbələr üçün imtahan sessiyası müddətində təkrar imtahanlar təşkil olunacaq. “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları” haqqında 354 nömrəli qərara əsasən təkrar imtahanlar üçün fənnin kreditinə uyğun nəzərdə tutulmuş məbləğin 25%-i həcmində ödəniş tələb olunsa da, Covid-19 pandemiyası ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq kollecin Pedaqoji Şurasının qərarı ilə 2020/2021-ci tədris ilinin Payız imtahan sessiyasında tələbələrin təkrar imtahanda ödənişsiz iştirakı təmin ediləcək. Cədvəl üzrə imtahandan və təkrar imtahandan ardıcıl müvəffəqiyyət qazana bilməyən tələbənin həmin fənn üzrə akademik borcu yaranmış olacaq. Üzürlü səbəbdən cədvəl üzrə müəyyən olunmuş vaxtda imtahanda iştirak etməyən tələbə şöbəyə onlayn şəkildə arayış təqdim etdiyi halda təkrar imtahanda iştirak edə biləcək. Yaradılan “Qaynar xətt” və imtahan qərargaha daxil olan hər bir şikayət və müraciətlərin operativ şəkildə araşdırılması təmin ediləcək. Tələbələrin onlayn imtahan zamanı testlərin məzmunu ilə bağlı iradları yaranarsa, kollecin nəzdində təşkil olunmuş Apellyasiya Komissiyasına və kollecin (bbtms2@mail.ru) elektron ünvanına müraciət edə biləcəklər. Payız semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı 2020/2021-ci tədris ilinin yaz semestri başlayanadək müəyyən edilməlidir. Müvəffəqiyyət gösrəiciləri eyni olan tələbələrin təqaüdə təqdim olunması zamanı əvvəlki semestrlərdə əldə etdikləri ÜÖMG nəzərə alınacaq.

...xəbərin davamı

2021-02-02

2 Fevral Azərbaycan Gənçlər Günü

01.02.2021 tarixində Yasamal rayonu İcra hakimiyyəti və Yasamal rayonu Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 Fevral Azərbaycan Gənçlər Gününə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Tədbirdə Yasamal rayonu Gənclər və İdman İdarəsinin sədri İlham Səfərov, Heydər Əliyev Fondunun nümayəndələri, İkinci Qarabağ müharibəsində iştirak edən qazilər və Yasamal rayonunda yerləşən təhsil müəssisələrinin tələbələri iştirak etmişlər. Tədbirdə kollecin “Tibb bacısı işi” şöbəsinin tələbəsi Rüstəmova Məlahət Zaur qızı İkinci Qarabağ müharibəsi zamanı yaralı əsgərlərimizə etdiyi yardımlara görə Fəxri Fərmana layiq görülmüşdür. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-02-24

Xocalı Soyırımı 29 il dönümü

Kollecin foyesində Xocalı Soyqırımının 29-cu il dönümünə həsr olunmuş guşə yaradılmışdır. Guşə Xocalı Soyqırımını əks etdirən plakat, şəkil, kitab və broşürlərdən ibarətdir. Müəllimlər tərəfindən onlayn formatda erməni vəşilikləri haqqında tələbələrə məruzələr edilmişdir. Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olan Xocalı Soyqırımı qurbanlarının xatirəsi hər zaman kollecin müəllim-tələbə heyəti tərəfindən anılır. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-03-05

“Bilik Günü”

Adətən, kollecimizdə hər yeni tədris ilinin ilk dərs günü “Bilik Günü” kimi təntənəli qeyd olunur. COVİD-19 pandemiyasını nəzərə alaraq, bu il bir qədər gec olsa da, kollecin rəhbərliyi I kurs tələbələri ilə yarımqruplarda görüş keçirdi. Qısa görüşlər zamanı kollecin direktoru Dilarə Məmmədəliyeva gəncləri tələbə adı qazanmaları münasibətilə ürəkdən təbrik edib qeyd etdi ki, hər bir dövlətin inkişafı və gələcəyi onun təhsili ilə bağlıdır. Vətənini, xalqını sevən hər bir tələbənin ən böyük və müqəddəs vəzifəsi, kamil mütəxəssis olmaqdır. Gələcəkdə hər bir tələbənin xalqımızın və dövlətimizin rifahı üçün çalışacaqlarına, cəmiyyətdə layiqli yer tutacaqlarına əminliyini vurğulayıb onlara müvəffəqiyyət arzulamış və tələbə biletləri təqdim etmişdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-03-29

Şəhidlər ölməz, Vətən bölünməz!

29.03.2021-ci il tarixində vaxtı ilə kollecimizin “Müalicə işi” şöbəsində təhsil alan, 1992-ci ildə Şuşada qəhrəmancasına həlak olan Ağayev Nazim Ziyad oğlu və Nadirov Aslan Tanrıverdi oğlunun əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Kollecin direktoru Dilarə Məmmədəliyeva çıxış edərək qeyd etdi: “Biz çox xoşbəxtik ki, bu tarixi günlərin canlı şahidiyik. Ordumuzun qarşısında baş əyirik. Artıq Şuşanın dağlarının başında duman yoxdu, artıq bütün Qarabağın üzərində günəş öz şəfəqlərini saçır və bütün şəhidlərimizin qanı yerdə qalmadı”. Kollecin həyətində qurulan abidənin önünə qərənfillər qoyuldu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-04-07

Ümumdünya Sağlamlıq Günü

"Daxili xəstəliklər" fənn müəllimi R.Quliyeva tərəfindən “Ümumdünya Sağlamlıq Günü”nə həsr olunmuş onlayn konfrans keçirilmişdir. Konfransda gənclər arasında sağlam vərdişlərin yayılması, yaşayış tərzinə, qidalanmaya, ətraf mühitə qarşı münasibətə, eləcə də əsəb sisteminin tənzimlənməsinə xüsusi diqqət yetirilməsi haqqında danışıldı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-09-18

İnsan alveri və zorakılıq

Gənclər arasında "İnsan alveri və zorakılığı"na aid maarifləndirmə işinin gücləndirilməsi haqqında onlayn seminarlar keçirilmişdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-10-15

Yol nəqliyyat təhlükəsizliyi

Gənclər və yeniyetmələr arasında “Yol nəqliyyat təhlükəsizliyi" mövzusunda bir qrup müəllim tərəfindən maarifləndirici onlayn seminarlar keçirilmişdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-10-23

Nakomaniya və onun fəsadları

"Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq mübarizə günü"nə həsr olunmuş onlayn seminarlar keçirilmişdir. Məqsəd gənclər arasında sağlam həyat tərzinin maarifləndirilməsi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-10-23

Ordumuza mənəvi və maddi yardım.

44 gün davam edən və zəfərlə başa çatan Vətən müharibəsi dövründə kollecimizin 17 tələbəsi ön və 15-ə yaxın tələbə arxa cəbhədə vətən qarşısında borclarını laiqincə yerinə yetirmişlər. Bu tələbələrə həsr olunmuş videoçarx çəkilib kollecin rəsmi saytı, FB və İnstagram səhifələri üzərindən tələbələrə nümayiş edilmişdir. Kollecin müəllim-tələbə heyəti tərəfindən bir neçə hərbi bölmələrin tibb məntəqələrinə, müxtəlif klinikalara, müharibədə iştirak edən tələbələrə və yaralı qazilərə əlil arabaları, dərman preparatları və s. göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələri hesabına ianələr edilmişdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-11-08

Zəfər günü.

"8 noyabr Zəfər Günü" ilə əlaqədar onlayn tədbir keçirilmişdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-09-25

Erkən nigahların fəsadları

Gənclər arasında "Erkən nigahların fəsadları" haqqında onlayn seminarlar keçirilmişdir. Gənc qızlar arasında erkən nigah haqqında maarifləndirilmə aparılmışdır. -->xəbərin şəkilləri

...xəbərin davamı

2020-12-01

Ümumdünya QİCS-lə mübarizə Günü

“Ümumdünya QİÇS-lə Mübarizə Günü"nə həsr olunmuş onlayn konfrans keçirilmişdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-03-31

31 mart Azərbaycanlıların Soyqırımı Gü

Soyqırım qurbanlarının xatirəsini hörmət və ehtiramla yad edirik. İctimai fənn müəllimləri tərəfindən tələbələrə onlayn mühazirələr keçirilmişdir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-04-02

Ümumdünya Autizm Maarifləndirmə Günü

02.04.2021-ci il tarixində “Ümumdünya Autizm Maarifləndirmə Günü” ilə bağlı “Sinir-ruhi xəstəlikləri” fənn müəllimləri tərəfindən tələbələrlə vebinar keçirildi. Autizm-insanın fərqli şəkildə inkişaf etməsi, başqa insanlarla ünsiyyət və qarşılıqlı münasibətlərdə problem yaşaması, qeyri-adi davranış formaları, məhdud və təkrarlanan hərəkətlərlə müşayiət olunan ümumi inkişaf geriliyidir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-04-02

Aprel döyüşləri

02.04.2021-ci il tarixində “İctimai” fənn müəllimləri tərəfindən tələbələrlə onlayn görüşlər keçirildi. Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən 5 il ötdüyü qeyd edildi. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-04-01

Erkən nigahların Fəsadları

01.04.2021-ci il tarixində mövzu ilə bağlı tələbələrlə onlayn vebinar keçirildi. Dünyada hər gün 25000, ildə isə 10.000000 artıq erkən nigahlar baş verir. Erkən nigah – 18 yaşdan aşağı olan yeniyetmələrin nigaha daxil olmasıdır. UNİCEF-in məlumatına görə hər il 16.000000-a yaxın yeniyetmə qızlar hamilə qalır və onlardan 50.000 nəfəri həyatını itirir. Erkən nigahların fəsadları: - Ana və uşaq ölmləri artır - Yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaranır - Cəmiyyətdən təcrid olunma və təhsilin zəifləməsi baş verir - İntihar hadisələri artır - HİV infeksiyası ilə cinsi istismar riski artır və s. Unitmamalıyıq ki, gələcək nəsillərin sağlamlığı gələcək anaların sağlamlığından asılıdır. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-04-06

Ümumdünya Fiziki Aktivlik Günü

06.04.2021-ci il tarixində “Daxili xəstəliklər” fənn müəllimləri tərəfindən onlayn vebinar keçirilmişdir. Fiziki aktivlik və sağlam həyat tərzinin insan orqanizmi üçün vacib əhəmiyyəti vurğulanmışdır. Xüsusilə pandemiya dövründə insanların ev şəraitində sağlam qidalanması, düzgün yüxü rejimi və fiziki idman hərəkətlərindən istifadə etməsi depressiya hallarının azalmasına, psixoloji gərginliyin qarşısının alınmasına şəraitin yaradılması haqqında danışılmışdır. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-04-07

Ümumdünya Sağlamlıq Günü

07.04.2021-ci il tarixində “Ümumdünya Sağlamlıq Günü” ilə bağlı onlayn vebinar keçirildi. Dünya Sağlamlıq Günü insanların sağlamlığı və rifahını qorumaq üçün birgə fəaliyyət göstərmək məqsədi ilə planetimizdəki hər bir insanda sağlamlıq və sağlamlıq problemləri barədə məlumatı artırmağı məqsədyönlü idarə edən qlobal bir kampaniya olduğu haqqında danışıldı. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-04-08

2BBTK-də “Tələbənin dostu” layihəsi

Son zamanlar müəyyən sosial problemlərin çətinliyi gənclər arasında intiharların artmasına səbəb olur. Psixoloqların fikrinə görə gənclərin həyatına son qoymasına səbəb olan faktorlar cəmiyyətdə qarşılaşdıqları neqativ hallar, sosial problemlər, ailə problemləri, həmyaşıdları ilə yaranan konfiliktlərdir. Gənclər hər hansı bir problemlə üzləşdikdə valideyn onu dinləməyib, diqqət yetirmədikdə o, kimə, hara müraciət edəcəyini bilmir və özünə qapanır. Bunları nəzərə alaraq 2 nömrəli Bakı Baza Tibb kollecində “Tələbənin dostu” layihəsi öz fəaliyyətində tələbələrin psixologiyasına xüsusi önəm verir. Layihə çərçivəsində “Psixoloji yardım xətti” yaratmaq qərara alınmışdır. Kollecin müəllimi psixologiya üzrə fəlsəfə doktoru İlahə Qədirova tərəfindən “Dərd paylaşdıqca azalır” mövzusunda geniş prezentasiya və video çarx nümayiş olunmuşdur. Tələbələrə kollecin instaqram səhifəsi üzərindən müəllimlər tərəfindən maarifləndirici vebinarlar keçirilmişdir: “Zəfər ilinin gəncləri” Könül Budaqova, “Özümüzü qoruyaq” Vəfa Rəşidova, “Biz nələrdən qorxuruq” Rübabə Quliyeva. Söhbətlər əsnasında gənclərə bütün boşluqlarını dolduracaq həyat fəlsəfəsi, haqq və həqiqətləri, əxlaqı, məntiqi, mühakimə və insanlar arasında səmimiyyət çatdırılır. Tələbələrin çoxsaylı suallarına ətraflı, izahlı cavablar və məsləhətlər verilir. Kollecin rəhbərliyinin və müəllim heyətinin məqsədi budur ki, müxtəlif yaş qrupunda olan tələbələrə ehtiyac olduğu təqdirdə psixoloji dəstək verilsin, gənclərin ətrafında səmimi, anlayışlı, şəfqətli, suallarını cavablayan və problemlərini həll etməkdə onlara kömək olacaq insanlar olsun. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-04-09

2BBTK-nin müəllimləri PROACT layihəsində

Ümümdünya Səhiyyə Təşkilatının təşkil etdiyi PROACT layihəsinin dəstəyi ilə İSİM mərkəzində təşkil olunan “TƏLİMÇİLƏRİN TƏLİMİ” kursunda 2 nömrəli Bakı Baza Tibb kollecinin müəllimləri İradə Mustafayeva və Günay Seyidova iştirak etmişlər. Bu layihə çərçivəsində 2020-ci ilin sentyabr ayında müəllimlər Türkiyənin İzmir şəhərində yerləşən Urla bolgəsində Karantin Adasına ezam olunaraq, Pr.Dr. H.İbrahim Durak (Ege Universitesi), Okan Ok (Ege Universitesi), Kevser Vatansevər, Pr.Dr. Mehmet Akman və başqalarının təlimində aktiv iştiraklarını davam etdirmişlər. PROACT layihəsi iki hissədən ibarətdir: PROACT CARE və PROACT TRAİNNİNG. PROACT CARE Şamaxı rayonunda tibb işçilərinin təlim ehtiyaclarının və əhalinin ilkin səhiyyə xidmətlərinin əlçatanlığına dair təlimlər keçirir. ÜST-ün Azərbaycan nümayyəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ÜST-ün Sağlam Həyat naminə Qlobal fəaliyyət Planı tərəfindən maliyyələşdirilən “Covid-19 pandemiyası zamanı artıq ölüm hallarının qarşısının alınması-“Proact Qayğı” layihəsi çərçivəsində Covid-19 kontekstində vacib səhiyyə xidmətlərinin göstərilməsində yarana biləcək kəsintilərin qarşısını almaq üçün ilkin səhiyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır. Eyni zamanda kollecin müəllimləri fevral və mart aylarında Şamaxı şəhərində PROACT CARE çərçivəsində “İmmunizasiya” üzrə həkimlərə və orta tibb işçilərinə təlimlər keçmişlər. Hal-hazirda yenə də Şamaxı şəhərində PROACT CARE layihəsində KURS-1 və KURS-3 təlimlərini həkimlərə və orta tibb işçilərinə tədris edirlər. Kollecin müəllimi Günay Seyidova Şamaxı şəhəri üzrə təlimin koordinatoru vəzifəsinə təyin olunmuşdur. Təlimin ikinci hissəsi olan Proact Tranning bir neçə təlim kursundan ibarətdir: Tibb işçiləri üçün risk fərqindəliyi qorunma və risklərin kommunikasiyası; İnfeksion profilktika və nəzarət tədbirləri; Təməl Həyat Dəstəyi (BLS-Basik Life Support); COVİD-19 Nəzarət scrinning testlərin aparılması və təmaslıların izlənməsı; COVİD-19 Triyaj diaqnostika və xəstələrin evdə aparılması; COVİD-19 Stasionarda yüngül orta ağır xəstələrin aparılması; Təkmil Həyat Dəstəyi (ALS-Advanced Life Support); Xəstəxanaların təcili və fövqaladə vəziyyətlərə hazırlığı; COVİD-19 Məktəblərdə risk fərqindəliyi qorunma və risklərin kommunikasiyası. “PROACT” layihəsinin iştirakçısı olan təlimçi müəllimlərin kollecin müəllim, tələbə, müdavimlərinə və Respublikanın müxtəlif Tibb kolleclərində çalışan müəllimlərə təlim keçməsi planlaşdırılır. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-04-10

2BBTK-də Covid-19 infeksyasına qarşı təl

Dünyanı bürüyən Covid-19 əleyhinə əksepidemik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, xəstəliyin xüsusi müalicə metodlarının olmaması, letallıq səviyyəsinin 3% -dən yuxarı (bəzi ölkələrdə 10-15%-dən yuxarı) olması hallarını nəzərə alaraq ÜST vaksinasiyanın vacibliyini bəyan etmişdir. Əhali arasında vaksinasiyanın əhatə dairəsini genişləndirmək üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi əsas şərtlərdən biridir. Düzgün kommunikasiya qurmaq və vaksinasiya prosesini qanunauyğun şəkildə həyata keçirmək orta tibb işçilərinin əsas vəzifələrindən hesab edilir. Bununla əlaqədar, 2 nömrəli Bakı Baza Tibb kollecində “İmmunlaşma” kurslarının keçirilməsi zəruriyyəti meydana çıxmışdır. Səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində “Vaksinlər və İmmunlaşdırma” üzrə Qlobal Alyansın (VİQA) texniki dəstəyi ilə 2 nömrəli Bakı Baza Tibb kollecində tədris prosesinin keyfiyyətini artırmaq üçün iki immunlaşdırma otağı təşkil edilmiş və müasir tibbi avadanlıqlarla təmin olunmuşdur. 2020-ci ilin sonundan başlayaraq 2 nömrəli Bakı Baza Tibb kollecinin təkmilləşdirmə şöbəsində “İmunlaşdırma” üzrə təlimlər başlamışdır. 800-dən çox dövlət, özəl və idarə təşkilatlarının tibb müəssisələrindən olan orta tibb işçisi təlimə cəlb olunmuşdur. Təlimdə peyvənd otağının quruluşu video-çarx vasitəsilə nümayiş etdirilmişdir. Təlimlər orta tibb işçiləri arasında böyük marağa səbəb olmuşdur. Xəstələnmə və ölüm hallarının azalmasında peyvəndin yeganə çıxış yolu olması təlimin əsas mövzusunu təşkil etmişdir. Təlimin sonunda müdavimlər sertifikatla təmin edilir. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-04-15

Patronaj tibb bacısının əhəmiyyətli rol

Hamilə qadınların və erkən yaşlı uşaqların patronaj xidməti xüsusi əhəmiyyət kəsb edir. UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə “Patronaj xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində 2 nömrəli Bakı Baza Tibb kollecində Diplomdansonrakı təhsil üzrə respublikada çalışan orta tibb işçiləri üçün “Hamilə qadınlara və erkən yaşlı uşaqlara patronaj xidmətinin universal proqressiv modeli” adında tematik kurslar təşkil olunmuşdur. Eyni zamanda tələbələrə layihə üzrə patronaj tibb bacısının yeni rolu, evlərə ziyarətlərin təşkil olunmasının yeni modeli, zorakılıq halları zamanı tibb işçisinin taktikası, doğuşdan sonrakı depressiya, körpələrin qəfil ölüm sindromu, silkələnmiş beyin sindromu, erkən uşaq inkişaf dövrünün əhəmiyyətini əks etdirən mövzularla bağlı maarifləndirici mühazirələr keçirilmişdir. Məqsəd: patronaj tibb bacısı tərəfindən azyaşlı uşaqları olan ailələrin evlərinə ziyarətlər zamanı göstərdiyi xidmətləri gücləndirmək və uşaqların yaşadıqları mühiti qiymətləndirərək onların sağlamlığı və inkişafı üçün valideynlərə dəstək olmaqdır. Sözü gedən mövzuların növbəti tədris ilinin mövzu-təqvim planlarına əlavə edilməsi planlaşdırılır. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-04-15

Narkomaniyaya yox

15 aprel 2021-ci il tarixdə Yasamal rayon Gİİ-nin təşkilatçılığı ilə "Narkotiklərlə və narkomanliqla mübarizənin aktual problemləri" mövzusunda video-müşavirə keçirilmişdir. Müşavirədə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbər müavini T.Aydinov, Bakı şəhər GİBİ-nin rəisi R.Abbasov, Yasamal RİHB 1-ci müavini H.Əfəndiyev, Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin əməkdaşı A.Zeynalov, Bakı şəhər Narkoloji Dispanserin Baş həkimi, həkim-narkoloq Q.Məmmədov çıxış etmişlər, kollecin Gənclər Təşkilatının sədri F.Əlizadə və bir qrup tələbə iştirak etmişlər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-04-28

Zərifə Əliyeva-98

28.04.2021-ci il tarixdə Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə onlayn konfrans keçirilmişdir. Konfransda Zərifə Əliyevanın həyat və fəaliyyətinə dair videoçarx nümayiş olundu. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-06-21

Bəsləyici Qayğı Üzrə Ailələrə D

21.06-25.06.2021 tarixlərdə Bakı Baza tibb kollecində UNİCEFin (BMTnin uşaq fondu) dəstəyilə Bəsləyici Qayğı Üzrə Ailələrə Dəstək mövzusunda təlimçilər üçün təlim keçirilmişdir. Təlimdə respublikamızın tibb kolleclərindən və orta tibb işçiləri üçün diplomdan sonrakı təkmilləşdirmə kurslarından nümayəndələr- müəllimlər iştirak etmişdir. Təlimin məqsədi iştirakçıları Azərbaycanda ev ziyarətçilərinin yeni Universal Proqressiv Modelinin tətbiqi, uşaqlara tibbi xidmətin keyfiyyətinin artırılması və patronaj xidmətinin təşkil olunmasında bu modelin əhəmiyyəti ilə tanış etmək idi. Bu məqsədlə iştirakçılara ev ziyarətçiləri üçün resurs modullar təqdim olunmuşdur. İştirakçılar erkən uşaqlıq dövrünün əhəmiyyəti, bu dövrdə uşaqların inkşafına təsir edən amillər və uşaqların sağlamlığının qorunmasında patronaj xidmətinin rolu haqqında nəzəri və praktiki biliklərlə məlumatlandırılmışdır. Təlim prosesində iştirakçılar tibb iişçilərinin patronaj xidmətinə müasir tələblərə uyğun hazırlanmasında təlimin əhəmiyyət kəsb etdiyini və sonrakı fəaliyyətlərində mühüm rol oynayacağını qeyd etmişlər. -->xəbərin şəkilləri

...xəbərin davamı

2021-07-08

ƏL YUMA VƏ STERİL ƏLCƏK GEYİNMƏ

Tibb Universitetləri və Tibb Kollecləri üçün Avropa İttifaqı təşkilatının dəstəyi əsasında “Əl yuma və steril əlcək geyinmə” müsabiqəsi ilə bağlı 26 may 2021-ci il tarixində keçirilən təlim uğurla başa çatıb. Həqiqətən, qiymətləndirilmək gözəl hissdir və hər bir mükafat insanı sevindirir. Çox qürurverici bir hissdir ki, keçirilən təlimdə Kollecimizin “Mamalıq işi” şöbəsi üzrə 231-ci qrup tələbəsi - Bayramova Firuzə Vüqar qızı II yeri qazandı. Bundan əlavə olaraq, təlimdə Kollecimiz daxilində şöbələr üzrə də qaliblərin adı açıqlandı - “Əczaçılıq” şöbəsi üzrə 335-ci qrup tələbəsi Lalayeva Aynur Saleh qızı, “Ortopedik stomatologiya” şöbəsi üzrə 131-ci qrup tələbəsi Fərzəliyeva Günel Qurban qızı, “Tibb bacısı işi” şöbəsi üzrə 551-ci qrup tələbələri İsmayılova Şəlalə Vaqif qızı və Həsənova Aysu Ağairza qızı. Kollecimiz adından təlimi təşkil edən heyətə və Kollecimizin uğurlarına uğur qatan, həmişə adımızı yüksək pillələrdə saxlayan savadlı, fəal tələbələrimizə dərin təşəkkürümüzü bildiririk. Tələbələrimizin hər birini ayrı-ayrılıqda bir daha təbrik edərək, onlara təhsildə uğurlar arzu edirik. ƏZİZ TƏLƏBƏLƏRIMIZ, BİZ SİZLƏRLƏ QÜRUR DUYURUQ! -->xəbərin şəkilləri

...xəbərin davamı

 
 
 
©2013 AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 2 NÖMRƏLİ BAKI BAZA TİBB KOLLECİ bütün huquqları qorunur.
php shell hacklink hacklink satışı hacklink panel youtube video indir youtube video download wso shell indoxploit shell istanbul evden eve nakliyat hacklink Google bedava bonus canlı bahis deneme bonusu canlı bahis bostancı escort 1xbet canlı bahis sex hattı kayseri escort eryaman escort mersin escort adana escort sex hikayeleri bahis siteleri bahis siteleri bahis siteleri bahis siteleri bahis siteleri bahis siteleri betpas supertotobet süperbahis

Tether Price Bitcoin Price Ethereum price Litecoin Price Eos Price XRP Price Bitcoin Cash Price Tron Price Bitcoin Vs Price Ethereum Classic Price