27 Sentyabr – Anım Günü tədbiri
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 26 sentyabr 2025-ci il tarixində “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Dövlət Himni ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, vətənpərvərlik mövzularında çıxışlar səsləndirilmişdir. Sonda tədbir iştirakçıları şəhidlik zirvəsinə ucalan tələbələrimizin abidəsi önünə qərənfillər düzüblər.
Son xəbərlər
Anım tədbiri
Fevral 26, 2026Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya
Fevral 24, 2026Axtarış