Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində “5 may – Beynəlxalq Həkim-Mama Günü” münasibətilə “Üç zaman kəsiyində” adlı konfrans keçirilib.
Konfransda respublikada fəaliyyət göstərən baş mamalar, müəllimlər və tələbələr iştirak ediblər.
Kollecin direktoru Dilarə Məmmədəliyeva tədbiri açaraq, Beynəlxalq Mama Günü münasibətilə iştirakçıları təbrik edib, ana və uşaq sağlamlığının qorunmasında onların mühüm rolundan bəhs edib.
Mamalıq şöbəsinin müdiri Cəmilə Muradova çıxış edərək cəmiyyətin sağlam təməlinin formalaşmasında mama peşəsinin mühüm rol oynadığını vurğulayıb.
Mamalıq işi şöbəsinin tələbələri konfrans çərçivəsində çıxışlar ediblər.
Konfrans Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə hazırladığı bədii hissə ilə davam etdirilib.