Ağacəkmə aksiyası
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri IDEA İctimai Birliyi-nin təşkilatçılığı ilə Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Müşfiqabad qəsəbəsi ərazisində genişmiqyaslı ağacəkmə aksiyasında iştirak ediblər.
Aksiya IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının, eləcə də IDEA İctimai Birliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqı-na üzv könüllülərin iştirakı ilə baş tutub.
Ümumilikdə 200-dən artıq iştirakçının qatıldığı tədbirdə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Son xəbərlər
Tarixi İçərişəhərdə rəsm pleneri
May 14, 2026Ekskursiya
May 13, 2026Beynəlxalq simpozium
May 13, 2026Axtarış