Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Dövlət Elmi Tibb Kitabxanası və Azərbaycan Təbabət Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfransda Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdə kollecin “Göz xəstəlikləri” fənn müəllimi Aynur Səfixanova çıxış edərək böyük alim, nəcib insan və tanınmış oftalmoloq Zərifə xanımın həyat və yaradıcılıq yolu haqqında dəyərli məruzə təqdim edib.