Anım tədbiri
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 29 mart 1992-ci ildə Şuşada qəhrəmancasına şəhid olmuş “Müalicə işi” şöbəsinin tələbələri Ağayev Nazim Ziyad oğlu və Nadirov Aslan Tanrıverdi oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Dövlət Himni ilə başlayıb, soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir kollecin THİK və TGT-nin birgə təşkilatçılığı ilə hazırlanan bədii hissə ilə davam edib.
Sonda tədbir iştirakçıları şəhidlik zirvəsinə ucalan tələbələrimizin abidəsi önünə qərənfillər düzüblər.
Son xəbərlər
Tarixi İçərişəhərdə rəsm pleneri
May 14, 2026Ekskursiya
May 13, 2026Beynəlxalq simpozium
May 13, 2026Axtarış