Autizm Mərkəzi
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin bir qrup müəllim və tələbə heyəti Birgə və Sağlam İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Autizm Mərkəzi”nə tanışlıq və maarifləndirici ziyarət həyata keçirib.
Ziyarət çərçivəsində tələbələr mərkəzdə yaradılmış xüsusi təlim və inkişaf mühiti ilə yaxından tanış olub uşaqlarla çalışan mütəxəssislərin – psixoloqların, loqopedlərin və xüsusi təlimçilərin fəaliyyəti, eləcə də autizmli uşaqların inkişafını dəstəkləyən metod və proqramlar haqqında ətraflı məlumat verilib.
Görüş zamanı tələbələr mərkəzin gündəlik fəaliyyəti, uşaqların adaptasiya və reabilitasiya prosesində tətbiq olunan yanaşmalar barədə suallar ünvanlayıb. Layihənin əsas məqsədi autizm haqqında cəmiyyətdə məlumatlılığı artırmaq, inklüziv düşüncəni təşviq etmək və gələcək səhiyyə mütəxəssislərinin bu sahədə bilik və empatiya səviyyəsini gücləndirməkdir.
Autizm fərqlidir, amma dəyərdən kənar deyil!
Dəyişiklik cəsarət, davamlılıq və doğru yanaşma ilə başlayır.
Son xəbərlər
“Səni tanıyaq” sosial layihəsi
Aprel 10, 2026Anım tədbiri
Aprel 10, 2026Beynəlxalq konfransda iştirak
Aprel 10, 2026Axtarış