Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin bir qrup tələbəsi 23 fevral 2026-cı il tarixində Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya ediblər. Ekskursiya zamanı tələbələr muzeyin zəngin ekspozisiyası ilə tanış olub, Azərbaycan və dünya incəsənətinə aid nadir sənət nümunələri haqqında ətraflı məlumat əldə ediblər.