Edumall Preloader

Beynəlxalq elmi-praktik tələbə konfransı

IMG_5283.JPG
Fotoqalereya Xəbərlər

Beynəlxalq elmi-praktik tələbə konfransı

Qazaxıstan Respublikasının Qızılorda şəhərində 23–24 aprel 2026-cı il tarixlərində keçirilən “Səhiyyə sistemində gənc mütəxəssislər: Tibb kolleclərinin beynəlxalq dialoqu” adlı beynəlxalq elmi-praktik tələbə konfransında kollecin tələbəsi Quliyeva Lalə iştirak edib.

Konfransda Latviya, Belarus, Türkiyə, Özbəkistan, Qırğızıstan, Azərbaycan və Tacikistandan olan tibb təhsilli tələbələr iştirak ediblər. Quliyeva Lalə “Tələbə liderliyi gələcək tibbi karyeranın əsası kimi” mövzusunda təqdimatla çıxış edib.

Tədbirin əsas məqsədi gənc tibb mütəxəssislərinin elmi və peşəkar potensialını bir araya gətirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və innovativ yanaşmaları təşviq etmək olub.

Konfrans çərçivəsində aktual səhiyyə mövzuları müzakirə edilib, müxtəlif platformalar təşkil olunub. Seminar-treninq zamanı isə tələbələr liderlik və könüllülük bacarıqlarını inkişaf etdiriblər.