Edumall Preloader

Beynəlxalq konfransda iştirak

5e123f2c-56c9-49a0-b06f-b55b25697c52
Fotoqalereya Xəbərlər

Beynəlxalq konfransda iştirak

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi Gülər Zeynalova dünyanın nüfuzlu elmi təşkilatları – Biochemical Society (Böyük Britaniya), American Chemical Society (ACS) və American Society for Biochemistry and Molecular Biology (ASBMB) – təşkilatlarına üzv seçilib.
O, 7–10 mart tarixlərində ABŞ-ın Vaşinqton şəhərində keçirilən ASBMB-nin illik konfransında “Delayed Aging as a Biological Phenomenon: Contributions of Biochemical and Cellular Markers” mövzusunda elmi təqdimatla çıxış edib.
Tədbirdə ABŞ, Böyük Britaniya, Avstraliya, Çin, Hindistan və digər ölkələrdən alimlər iştirak ediblər. Konfransın spikerləri arasında kimya üzrə Nobel mükafatı laureatı Eric Betzig də yer alıb. Gülər Zeynalova konfrans çərçivəsində onunla tanış olub və elmi mövzular ətrafında fikir mübadiləsi aparıb.