Edumall Preloader

Beynəlxalq tədbirdə iştirak

5418066983409882567
Fotoqalereya Xəbərlər

Beynəlxalq tədbirdə iştirak

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin nümayəndə heyəti Qazaxıstanın Taraz şəhərində yerləşən Jambıl Tibb Kollecinin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq tədbirdə iştirak edib.

Tədbir çərçivəsində “Tibb təhsilində süni intellekt: müasir yanaşmalar və innovativ metodlar” mövzusunda master-klass təşkil olunub, qabaqcıl tədris üsulları və rəqəmsal texnologiyalar üzrə təcrübə mübadiləsi aparılıb. Master-klass çərçivəsində Azərbaycanı təmsil edən 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi Natavan Abuşova şara inyeksiyası üzrə tətbiqi düzgün və uğurla icra edib, ilk iştirakçı kimi fərqlənib.

Azərbaycan nümayəndə heyəti ölkəmizdə tibb təhsilində süni intellektin tətbiqi və müasir texnoloji imkanlar barədə təqdimatlarla çıxış edib.

Səfər proqramı çərçivəsində nümayəndələr kollecin maddi-texniki bazası, tədris mühiti və klinik imkanları ilə tanış olub. Bununla yanaşı, yubiley münasibətilə yaradılıb Süni intellekt zonasında MED AI LAB-ın açılışı keçirilib və təqdim olunan innovativ rəqəmsal həllərlə bağlı məlumat verilib.