Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində maarifləndirici tədbir keçirilib.
Tədbirdə kollecin Mülki Müdafiə Qərargah rəisi Güney Mahmudova “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda çıxış edib.
Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar, ətraf mühit və təhlükəsizlik məsələləri barədə ətraflı məlumat verilib.