Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin “Tibb bacısı (qardaşı) işi” şöbəsinin bir qrup tələbəsi “Liv Bona Dea” hospitalında 14 oktyabr 2023-cü il tarixində “Diabet nədir və kimlərdən şübhələnilməlidir?”, “Diabetin növləri”, “Diabet və qidalanma”, “Şəkər cihazlarının doğru istifadəsi, şəkər ölçümü və insulinlər”, “Diabetin ağırlaşmaları və qarşısının alınması” mövzularında treninqlərdə iştirak edib sertifikatlarla təltif olunublar.