Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi Nailə Salmanova tərəfindən Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub. Tədbirin əsas məqsədi fövqəladə hallar zamanı (zəlzələ, torpaq sürüşmələri, yanğın) zərərçəkmişlərə düzgün yanaşma və ilkin yardımın göstərilməsidir.