Edumall Preloader

“Fövqəladə hallarda ilkin tibbi yardım və xəbərdarlıq” elmi-praktik konfrans

WhatsApp Image 2026-04-27 at 09.47.22
Fotoqalereya Xəbərlər

“Fövqəladə hallarda ilkin tibbi yardım və xəbərdarlıq” elmi-praktik konfrans

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı elmi-praktik konfrans keçirilib.

Konfransda Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin nümayəndələri və müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak etmiş, orta ixtisas təhsili müəssisələri arasında isə yalnız Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri təmsil olunmuşdur.

Konfransda kollecin tələbəsi Mahmudzadə Gülay “Fövqəladə hallarda ilkin tibbi yardım və xəbərdarlıq” mövzusunda çıxış edib.