Edumall Preloader

“Hemodializ şöbəsində çalışan tibb bacılarının vəzifələri” adlı seminar

WhatsApp Image 2026-03-17 at 11.43.04
Fotoqalereya Xəbərlər

“Hemodializ şöbəsində çalışan tibb bacılarının vəzifələri” adlı seminar

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 12 mart 2026-cı il tarixində “Hemodializ şöbəsində çalışan tibb bacılarının vəzifələri” mövzusunda seminar keçirilib.

Seminarda zamanı kollecin terapiya fənn müəllimi Camalova Ləman çıxış edərək böyrək çatışmazlığının yaranma səbəbləri, hemodializ prosesinin həyati əhəmiyyəti, həmçinin böyrək sağlamlığının qorunması yolları barədə iştirakçılara ətraflı məlumat verib.

Daha sonra Kliniki Tibbi Mərkəzin “Nefrologiya və Hemodializ” şöbəsinin tibb bacısı, kollecin məzunu Qarayeva Gülafət hemodializ prosesinin mərhələləri, bu prosedurun əhəmiyyəti və hemodializ şöbəsində çalışan tibb bacılarının vəzifələri mövzusunda təqdimatla çıxış edib.