Edumall Preloader

“Hemofiliya və talassemiya”

a7485922-e0ef-4204-aba9-c2e9632da364
Fotoqalereya Xəbərlər

“Hemofiliya və talassemiya”

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 05 fevral tarixində “Hemofiliya və talassemiya” mövzusunda müəllimlər və müdavimlərin iştirakı ilə maarifləndirici seminar keçirilmişdir. Seminar pediatriya fənni müəllimi İbrahimova Kəmalə tərəfindən təşkil olunmuşdur. Seminarda irsi qan xəstəliklərinin yaranma səbəbləri, genetik ötürülmə mexanizmləri və klinik əlamətləri müzakirə edilmişdir. Risk qruplarının məlumatlandırılması və sağlam həyat tərzinin təbliği baxımından seminar çox uğurlu və təqdirəlayiq olmuşdur