İstehsalat təcrübəsinə hazırlıq məqsədilə görüş
16 fevral 2026-cı il tarixində Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində “Mamalıq işi” şöbəsinin III kurs tələbələri ilə istehsalat təcrübəsinə hazırlıq məqsədilə görüş keçirilmişdir. Görüşdə “Daxili xəstəliklər” fənn birləşmə komissiyasının sədri Nəbiyeva Təravət tibbi etika və deontologiya ilə bağlı məruzə ilə çıxış etmişdir.
Kollecin istehsalat təcrübə rəhbəri Bilalova Kəmalə və şöbə müdiri Muradova Cəmilə tələbələrə istehsalat təcrübəsinin təşkili qaydaları, təcrübə müddətində riayət olunmalı intizam qaydaları, tibbi etik normalar və praktik bacarıqların əhəmiyyəti barədə ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, istehsalat təcrübəsi tələbələrin nəzəri biliklərini praktik mühitdə tətbiq etmələri və peşəkar bacarıqlarını inkişaf etdirmələri baxımından mühüm əhəmiyyət daşıyır. Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılmış, onlara təcrübə müddətində uğurlar arzulanmışdır.
Son xəbərlər
“Səni tanıyaq” sosial layihəsi
Aprel 10, 2026Anım tədbiri
Aprel 10, 2026Beynəlxalq konfransda iştirak
Aprel 10, 2026Axtarış