Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri MEK-də “Açıq qapı” günlərində iştirak ediblər
1–2 dekabr tarixlərində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) keçirilən ənənəvi “Açıq qapı” günlərinə kollecin tələbələri və müəllim Esmira Babayeva qatılıblar.
Ekskursiya zamanı iştirakçılar kitabxananın zəngin fondu, nadir nəşrlər toplusu, elektron resursları, rəqəmsallaşdırma prosesi və müasir informasiya xidmətləri ilə tanış olublar. Tələbələr həmçinin sərgi salonunda nümayiş etdirilən tematik sərgilərə baxış keçiriblər.
Ziyarət çərçivəsində AMEA-nın 15 təsisçisinin büstləri, eləcə də Qarabağ müharibəsi qəhrəmanları fondu, Nadir kitablar fondu, Akademiklər elektron zalı və Diplomatik fond haqqında məlumat verilib.
Sonda tələbələr MEK-in elmi araşdırmalar üçün yaratdığı imkanlarla tanış olaraq kitabxana rəhbərliyinə qonaqpərvərlik üçün təşəkkür ediblər