Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin Əczaçılıq şöbəsinin tələbələrinin iştirakı ilə aparılan eksperimental iş zamanı VI qrup kationlarından olan Cu²⁺ ionunun keyfiyyət reaksiyaları yerinə yetirilib, mis ionunun xarakterik reaksiyalar əsasında aşkarlanması həyata keçirilib və müşahidə olunan rəngli alov effekti nümayiş etdirilib.