Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecində "Cərrahiyyə" fənn birləşmə komissiyası müəllimlərinin təşkilatçılığı ilə görkəmli ictimai xadim, akademik, məşhur cərrah Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə akademik Mustafa Topçubaşovun Azərbaycan tibb elminin inkişafındakı mühüm xidmətlərindən, elmi və pedaqoji fəaliyyətindən geniş bəhs olunub.