Edumall Preloader

“Narkomaniyaya yox deyək”

5411090092505371110
Fotoqalereya Xəbərlər

“Narkomaniyaya yox deyək”

17.04.2026-cı il tarixdə Yasamal Rayon İcra Hakimiyyətinin və Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin rəhbərliyinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Azərbaycan Milli Antidopinq Agentliyinin şöbə müdiri Səmra Mirzəyeva, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi polis polkovnik-leytenantı Anar İbrahimov, Yasamal Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İş şöbəsinin rəisi polis polkovnik-leytenantı Nəbi Cəfərov, Bakı Şəhər Narkolojı Mərkəzinin sosioloqu Fidan Ataxanlı, Yasamal Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyasının katibi Rasim Əliyev, kollecin rəhbərliyi və müəllim-tələbə heyəti iştirak etmişlər. Mövzu ilə bağlı videoçarx nümaiş etdirilmiş, suallar cavablandırılmışdır.