Edumall Preloader

Peşə hazırlığı kursları

5449710240862508324
Fotoqalereya Xəbərlər

Peşə hazırlığı kursları

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 mart 2026-cı il  tarixli 3-28/3-1-167/2026- nömrəli əmrinə əsasən Naxçıvan Muxtar Respublikası ərazisində müvafiq ixtisaslar üzrə ixtisasartırma və “Peşə hazırlığı” kurslarının təşkil olunması  2 nömrəli Bakı Baza Tibb Kollecinə həvalə olunub. Bu məqsədlə 27.04.2026- 23.05.2026 – cı il tarixlərində kollecin müəllimləri Naxçıvan Muxtar Respublikasına ezam olunublar.

“Tibb bacısı (qardaşı) işi” və “Mamalıq işi” ixtisasları üzrı 100 nəfərə yaxın müdavim “Peşə hazırlığı” kurslarında iştirak edirlər. Kursu müvəffəqiyyətlə başa vuran müdavimlər sertifikasiya imtahanlarında iştirak edəcəklər. Hər bir müdavimə uğurlar arzulayırıq.