2 nömrəli Bakı Baza Tibb Kollecində tələbələr üçün reproduktiv sağlamlıq mövzusunda maarifləndirici görüş keçirilmişdir. Tədbirdə reproduktiv sağlamlıq, fərdi gigiyena, psixoloji və emosional sağlamlıq, sağlam münasibətlər mövzularına toxunulmuşdur.
Görüşdə professor Yaşar İbadov, Jalə Mirsaab və tibb eksperti Dilşad Mahmudova çıxış etmişlər. Tədbir tələbələrdə sağlam davranışların formalaşmasına və məlumatlılığın artırılmasına xidmət edir.