“Səni tanıyaq” sosial layihəsi
“Səni tanıyaq” sosial layihəsi çərçivəsində 2 aprel – Autizm Maarifləndirmə Günü münasibətilə kollecin bir qrup müəllim və tələbə heyəti Azərbaycanda ilk inklüziv kafe olan Kashalata Cafedə autizmli uşaqlarla bir araya gəlmişdir.
Tədbir çərçivəsində müxtəlif əyləncəli və maarifləndirici fəaliyyətlər təşkil olunmuş, uşaqlarla səmimi ünsiyyət qurulmuşdur. Görüşün əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların sosial bacarıqlarının inkişafına töhfə vermək və inklüziv mühitin təşviqinə xidmət etməkdir.
Son xəbərlər
Tarixi İçərişəhərdə rəsm pleneri
May 14, 2026Ekskursiya
May 13, 2026Beynəlxalq simpozium
May 13, 2026Axtarış