Edumall Preloader

“Selektiv abortlar”

WhatsApp Image 2026-04-24 at 12.21.37 (1)
Fotoqalereya Xəbərlər

“Selektiv abortlar”

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 24 aprel 2026-cı il tarixində “Selektiv abortlar” mövzusunda maarifləndirici konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) monitorinq və təhlil şöbəsinin müdiri Zümrüd Kazımova, eləcə də kollecin müəllim-tələbə heyəti iştirak edib.
Çıxış edən qonaqlar mövzu ilə bağlı qanunvericilik, gender balansının qorunması, ailə dəyərlərinin möhkəmləndirilməsi və selektiv abortların mənfi fəsadları haqqında geniş məlumat veriblər.

Konfrans interaktiv müzakirələrlə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.