Edumall Preloader

Talassemiyasız həyat naminə

678659903_1376878524477767_7006373254370351437_n
Fotoqalereya Xəbərlər

Talassemiyasız həyat naminə

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin bir qrup könüllü tələbəsi “Talassemiyasız həyat naminə” qanvermə aksiyasında iştirak edib. Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili” çərçivəsində, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə, Səhiyyə Nazirliyinin Respublika Qan Bankının dəstəyi ilə “Talassemiyasız həyat naminə” adlı növbəti qanvermə aksiyası akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü ərəfəsində təşkil edilib.
Yasamal Rayon Heydər Əliyev Mərkəzində baş tutan aksiyada Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının əməkdaşları və digər qurumların nümayəndələri bu nəcib aksiyada iştirak ediblər.