Tarixi İçərişəhərdə rəsm pleneri
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tələbə Gənclər Təşkilatı (TGT) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı ilə kollecin rəsm klubunun tələbələri üçün rəsm pleneri təşkil olunub.
Gənc rəssamlar İçərişəhərin tarixi abidələrini və qədim memarlıq incilərini açıq havada keçirilən plener zamanı kətan üzərinə köçürüblər.
Son xəbərlər
Axtarış