Edumall Preloader

“TGT-lərin Strateji Planlaşdırma Konfransı 2026”

WhatsApp Image 2026-02-16 at 10.14.59 (2)
Fotoqalereya Xəbərlər

“TGT-lərin Strateji Planlaşdırma Konfransı 2026”

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində “TGT-lərin Strateji Planlaşdırma Konfransı 2026” keçirilmişdir. 9–12 fevral 2026-cı il tarixlərini əhatə edən konfransda Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tələbə Gənclər Təşkilatının sədri, sədr müavini və fakültə sədrləri iştirak etmişdir.

Konfrans çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tələbələrlə İş sektorunun müdiri, Prezident mükafatçıları tərəfindən iştirakçılar üçün analitik düşüncə, liderlik və strateji planlaşdırma bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş interaktiv təlimlər keçirilmişdir. Bununla yanaşı, iştirakçıların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif intellektual oyunlar, komanda quruculuğu fəaliyyətləri və motivasiyaedici sessiyalar keçirilmişdir.

            Tədbir gənclərin təşkilati bacarıqlarının artırılması, liderlik keyfiyyətlərinin inkişafı və gənclər hərəkatının daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.