Tibb bacısı işi ixtisası üzrə mütəxəssislərin hazırlanması” adlı beynəlxalq elmi-praktik konfransda iştirak
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin nümayəndə heyəti Safuraxanım Muxtarova, Töhfə Mövsümova, Yelena Məlikova 27-28 noyabr 2025-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən "Tibb bacısı işi ixtisası üzrə mütəxəssislərin hazırlanması" adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib. Nümayəndə heyəti Almatının təhsil və tibb mərkəzlərini ziyarət edib, maddi-texniki baza ilə tanış olublar.
Kollecin fənn birləşmə sədri Safuraxanım Muxtarova prezentasiya ilə çıxış edib. İştirakçılara tibb bacısı təhsilinin vəziyyəti və perespektivləri mövzusunda dəyirmi masada qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanlarına aid müzakirələrdə iştirakına görə təşəkkür sertifikatı təqdim edilib, xatirə şəkilləri çəkilib. Görüş 2 nömrəli Bakı Baza Tibb kolleci ilə Qazaxıstan Səhiyyə Nazirliyinin aparıcı tibb kollecləri arasında Anlaşma Memorandumu imzalanması ilə uğurla başa çatıb. Bu anlaşma tərəflər arasında tibb bacılığı sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, peşəkar kadr hazırlığının keyfiyyətinin artırılmasına, uzun müddətli qarşılıqlı fəaliyyətin təmin edilməsinə dəyərli töhfə verəcək.