Edumall Preloader

“Toothcraft” müsabiqəsi

b1c21ffe-b498-4820-960d-a381929e14cf
Fotoqalereya Xəbərlər

“Toothcraft” müsabiqəsi

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci və Əziz Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbə gənclər təşkilatları tərəfindən “Dişlərin anatomik quruluşunun mumdan modelləşdirilməsi” mövzusunda “Toothcraft” adlı diş modelləşdirmə müsabiqəsi keçirilib.

Ortopedik stomatologiya şöbəsi tələbələrinin iştirak etdiyi müsabiqə hər iki kollec arasında təcrübə mübadiləsinin artırılması və praktiki bacarıqların nümayiş etdirilməsi məqsədilə təşkil olunub.

Müsabiqənin sonunda qalib və fərqlənən iştirakçılar medal və təltifnamələrlə təltif olunublar. Birinci yer Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbəsi Nəciyev Rəsul Vüqar oğluna, ikinci yer Əziz Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbəsi Hüseynova Simran Əlyar qızına, üçüncü yer isə Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbəsi Cəfərzadə Xuraman İlham qızına təqdim olunub.