Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 11 dekabr 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
Kollecin direktoru Dilarə Məmmədəliyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulması və inkişafında oynadığı həlledici rol, eləcə də təhsilə və gənclərə göstərdiyi xüsusi diqqət barədə danışıb. O, Heydər Əliyev irsinin hər zaman yol göstəricisi olduğunu vurğulayıb.
Ərazi Partiya Təşkilatının sədri Gülər Qulu-zadə Ulu Öndərin zəngin siyasi irsinin bu gün də ölkənin inkişaf strategiyasının əsasında dayandığını qeyd etmiş, gənclərin Heydər Əliyev dəyərlərinə sədaqətinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısa sənədli film nümayiş etdirilib. Ulu Öndərin dövlətçiliyimizə verdiyi əvəzolunmaz töhfələr iştirakçılara ətraflı təqdim olunub.
Tədbir THİK və TGT-nin birgə təşkilatçılığı ilə hazırlanan bədii hissə ilə davam edib.