Voleybol turniri
“Şəhərsalma və Memarlıq Ili” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Yasamal rayon ali və orta ixtisas təhsili müəssisələrinin tələbə oğlan və qızları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarından voleybol idman növü üzrə turnir 23–29 aprel 2026-cı il tarixlərində Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində keçirilib.
Turnirin açılışında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Orxan Məmmədov, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov və Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva iştirak edib və öz çıxışlarında bu turnirin əhəmiyyətini vurğulayaraq iştirakçılara müvəffəqiyyətlər arzulayıblar. Kollecin qızlardan ibarət voleybol komandası turnirin sonunda təşkil olunan dostluq görüşündə iştirak edib. Yarışın sonunda qalib komandanların üzvlərinə müvafiq olaraq diplom və medallar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Son xəbərlər
Tarixi İçərişəhərdə rəsm pleneri
May 14, 2026Ekskursiya
May 13, 2026Beynəlxalq simpozium
May 13, 2026Axtarış