Edumall Preloader

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri

Ramazan (2)
Fotoqalereya Xəbərlər

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AMEA Tarix və Etnologiya İnstitutunun əməkdaşı, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin idarə heyətinin üzvü, Xocalı soyqırımının canlı şahidi Arzu Musayeva çıxış edərək Xocalı faciəsinin ağır nəticələri, onun tarixi-siyasi mahiyyəti və xalqımızın milli yaddaşında tutduğu yer barədə ətraflı məlumat verib.

Tədbirin bədii hissəsi kollecin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə hazırlanan ədəbi-bədii kompozisiya ilə davam edib.