Yeni hazırlanmış tədris planları
18 fevral 2026-cı il tarixində Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci və Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin işçi qrupları arasında növbəti görüş keçirilib. Görüş zamanı “Tibb bacısı (qardaşı) işi”, “Mamalıq işi” və “Əczaçılıq” ixtisasları üzrə yeni hazırlanmış tədris planları müzakirə olunub, tərəflər arasında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində tibb kollecləri üçün hazırlanmış yeni tədris planlarının müasir beynəlxalq standartlara uyğunluğu xüsusi vurğulanıb. Tələbə hazırlığının keyfiyyətinin artırılması, praktiki bacarıqların gücləndirilməsi və məzunların əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşdırılması əsas prioritetlərdən biri kimi qeyd olunub.
Son xəbərlər
“Səni tanıyaq” sosial layihəsi
Aprel 10, 2026Anım tədbiri
Aprel 10, 2026Beynəlxalq konfransda iştirak
Aprel 10, 2026Axtarış