Edumall Preloader

Yeni hazırlanmış tədris planlarının müzakirəsi

ff428c4c-cfd7-4cf1-8f40-ab9ba32cd1aa
Fotoqalereya Xəbərlər

Yeni hazırlanmış tədris planlarının müzakirəsi

4 fevral 2026-cı il tarixində Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci və Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin işçi qrupları arasında “Tibb bacısı (qardaşı) işi”, “Mamalıq işi” və “Əczaçılıq” ixtisasları üzrə yeni hazırlanmış tədris planları müzakirə olundu. Müzakirə zamanı tibb kolleclərinin yeni tədris planlarının müasir beynəlxalq standartlara uyğun hazırlanmasına xüsusi diqqət yetirildi. Görüş çərçivəsində qarşılıqlı fikir mübadiləsi aparıldı. Tələbə hazırlığının keyfiyyətinin artırılması, praktiki bacarıqların gücləndirilməsi və məzunların əmək bazarının tələblərinə uyğun hazırlanması əsas məqsəd kimi ön plana çəkildi.