Edumall Preloader

Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi konfrans

efc3ea6b-1840-4b71-9479-c343c0e9ba8f
Fotoqalereya Xəbərlər

Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi konfrans

Böyük elm fədaisi, görkəmli xadim, ilk kimyaçı akademik, kimya elmləri doktoru, Dövlət mükafatı laureatı Yusif Heydər oğlu Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Səhiyyə Nazirliyi 2 saylı Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva tədbirdə çıxış edərək akademik Yusif Məmmədəliyevlə bağlı əziz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Konfransda kimya müəllimləri Vəliyeva Səfurə, Şirəliyeva Nailə və Qarayeva Dilruba böyük alimin elmi, pedaqoji və bədii yaradıcılığı mövzusunda çıxışlar ediblər. Yusif Məmmədəliyevin elmi irsi və yaradıcılığını əks etdirən videoçarxlar nümayiş etdirilmiş, həmçinin tələbələrin iştirakı ilə alimə həsr olunmuş şeir təqdim olunub.