Edumall Preloader

Əlavə təhsil

Əlavə təhsil

Əlavə təhsili Ali, orta ixtisas və peşə təhsili pillələrini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaş ola bilər.

Əlavə təhsil almaq üçün aşağıda göstərilən sənədlər təqdim olunmalıdır:

  • Direktorun adına ərizə;
  • Ali və ya orta ixtisas təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş sənəd və onun surəti (4 ədəd);
  • Qiymət kitabçasından çıxarışın (diploma əlavənin) notarial qaydada təsdiq olunmuş surəti (4 ədəd);
  • gov.az portalından çıxarış;
  • İş yeri varsa əmək kitabçasının surəti və ya iş yerindən arayış;
  • Sağlamlıq haqqında arayış (forma 086);
  • Yaşayış yerindən arayış;
  • Şəxsiyyət vəsiqəsinin surəti (4 ədəd);
  • 3x4 sm ölçüdə fotoşəkil (4 ədəd);
  • Attestat və onun surəti (1 ədəd).

Əlavə təhsil 6 ixtisas üzrə aparılır:

  • tibb bacısı (tibb qardaşı);
  • mama;
  • əczaçı;
  • feldşer-laborant;
  • sanitar-feldşer;
  • diş texniki.

Əlavə təhsilin müddəti 2-3 ildir (əvvəl təhsil aldığı müəssisədəki kreditlər nəzərə alınır). Təhsilin forması əyanidir. Orta ixtisas təhsilini müvəffəqiyyətlə başa vuranlara subbakalavr dərəcəsi və orta ixtisas təhsil haqqında diplom verilir.

“Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə, müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarı aşağıda verilmiş əlavədən yükləyə bilərsiniz.

http://www.e-qanun.az/framework/20045

Əlavə təhsil

Əlavə təhsil “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə, müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərara əsasən keçirilir:

http://www.e-qanun.az/framework/20045

Tələb olunan sənədlərin siyahısı ilə kollecin instagram və facebook səhifələrində tanış ola bilərsiniz.