Əsas
Yanvar 18, 2022 2023-04-04 14:30Əsas
TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR
TƏHSİL HƏR BİR DÖVLƏTİN, ÖLKƏNİN, CƏMİYYƏTİN HƏYATININ, FƏALİYYƏTİNİN MÜHÜM BİR SAHƏSİDİR. CƏMİYYƏT TƏHSİLSİZ İNKİŞAF EDƏ BİLMƏZ
Heydər Əliyev
HÖRMƏTLİ 2 NÖMRƏLİ BAKI BAZA TİBB KOLLECİNİN RƏSMİ SAYTININ QONAQLARI!
İnsan həyatının ən dəyərli sərvəti sağlamlıqdır. Sağlamlığın qayğısına qalan isə biz-tibb işçiləriyik.
Hər bir valideynin ən böyük arzusu övladının tələbə adını qazanması, gözəl təhsil alıb peşə və ya ixtisas sahibi olmasıdır. Təhsilimizin əsas məqsədi gənc nəslə təhsil verib gələcəyə savadlı kadr hazırlamaq, onların bir vətəndaş, şəxsiyyət kimi yüksək və vətənpərvər ruhda formalaşmalarına, milli-mənəvi dəyərləri qoruyub saxlayan humanist, əxlaqlı, şəfqətli insan kimi yetişmələrinə nail olmaqdır.
Tibb işçisi olmaq, bu adı daşımaq çox böyük məsuliyyət tələb edir. Hər bir insan öz sağlamlığını tibb işçilərinə etibar edir. İnsanların sağlamlığı hətta bəzən həyatları sizlərdən asılı olur. Bəzən siz tibb işçilərinin bir xoş sözü, mehribanlığı, qayğıkeşliyi xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Əsl tibb işçisi öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır. Yəqin ki, bu çətin və şərəfli peşəni seçəndə böyük məsuliyyəti özünüzdə dərk etmisiniz. İnanıram ki, sizlər bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəksiniz. Sizə bu şərəfli, eyni zamanda olduqca məsuliyyətli yolda bol-bol müvəffəqiyyətlər arzulayıram. Bilin ki, sizin uğurunuz bizim uğurumuzdur.
2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru
Əməkdar müəllim, t.e.n., dosent
Dilarə Məmmədəliyeva
Şöbələr
Xəbərlər
Abunə olun
Elanrarı, tədbirləri və xabərləri vaxtı-vaxtında almaq üçün elktron ünvanınızı qeydiyyatdan keçirin