Edumall Preloader

Tələbə Həmkarlar İttifaqı Komitəsi

Tələbə Həmkarlar İttifaqı Komitəsi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci Tələbə Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyəti 17 nəfər, o cümlədən sədr və müvafiq olaraq 7 şöbə sədrindən ibarətdir. Kollecin bütün tələbələri Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvüdür.

Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin hüquqlarını qoruyan yeganə təşkilatdır.

Tələbə Həmkarlar İttifaqı Komitəsi ilk növbədə qruplarda nümayəndələr seçir, Komitənin işini təşkil etmək üçün vəzifə bölgüsü aparılır, Büro üzvlərindən Tələbə Həmkarlar İttifaqı Komitəsi yaradılır. Hər şöbədən bir nəfər fakultə sədri seçilir.

Hal-hazırki dövrdə Həmkarlar İttifaqının qarşısında çox mühüm vəzifələr durur. Hamıya yaxşı məlumdur ki, ölkə əhalisinin sosial qarantı kimi ümummilli liderimiz Heydər Əliyev hər zaman Həmkarlar İttifaqının fəaliyyətinə yüksək qiymət vermişdir. Danılmaz faktdır ki, bu gün respublikamızda Həmkarlar İttifaqlarının yerini, rolunu və statusunu müəyyənləşməsi məhz Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışının ilk illərində 1994-cü ildə imzaladığı “Həmkarlar İttifaqları haqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu gün sevindirici haldır ki, ümummilli liderimizin layiqli davamçısı ölkə prezidenti İlham Əliyev də Həmkarlar İttifaqının gördüyü işlərə yüksək qiymət verir və onu dəstəkləyir. Bu isə biz Həmkarlar İttifaqı üzvləri tərəfindən böyük rəğbətlə qarşılanır. Gələcəyə olan ümüdlərimizi artırır. Elə bu inamın nəticəsidir ki, biz Həmkarlar İttifaqı Komitəsi qarşısında duran vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.

 

1650264992492

 

Tələbə Həmkarlar İttifaqı Komitəsinin əsas fəaliyyəti tələbələrin təşkilatlanması və onların asudə vaxtlarının səmərəli təşkil olunmasına yönəlmişdir. Bu onların kollecə ilk addım atmaları ilə 15 Sentyabr Bilik Günündən etibarən başlayır. İlk olaraq onlarda davranış qaydalarına, dərsə davamiyyətə məsuliyyətli olmağa yönəltməklə yanaşı THT-nın iş prinsiplərini başa salmaq məqsədi ilə iclaslar keçirilir.

THİK-si tələbələri ictimai işlərə həvəsləndirir, bir sıra tədbirlər həyata keçirir.

Buna 15 sentyabr “Bilik Günü” başda olmaqla bütün mühüm tədbirləri yüksək səviyyədə hazırlamağa çalışır. 18 oktyabr Azərbaycan  Respublikasının “Müstəqillik Günü”, milli adət-ənənəmiz, Azərbaycanın qədim və sevilən bayramlarından olan “Novruz Bayramı”, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il yüksək səviyyədə qeyd olunur, tələbələrimizin iştirakı ilə maraqlı səhnəciklər, musiqi nömrələri, rəqslər və.s əyləncəli proqramlar göstərilir. Ən əsas tədbirlərimizdən biri də tələbələrimizin daima yaddaşlarında həkk olunması üçün 1990-cı il “20 Yanvar” və fevral ayında əsirin ən böyük faciəsi olan erməni daşnaqlarının törətdikləri 1992-ci il “Xocalı faciəsi” ilə bağlı “Xocalı qan yaddaşımız” adlı ədəbi-bədii kompozisiya keçirilir.

 

0e596436-36ff-435e-851b-9d5f2ee48e16

 

THİK-si gənclərimizin vətənpərvərlik, Azərbaycançılıq, xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, milli-mənəvi və ümumibəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması məqsədi ilə mütəmadi olaraq diskusiyalar və bir sıra tədbirlər həyata keçirir. 

Keçirilən tədbirlər içərisində hər zaman xeyriyyə tədbirləri xüsusi yer tutur. Tələbələrimizdə şəfqət, humanizm hisslərini aşılamaq məqsədi ilə qocalar evinə, körpələr evinə gedib onlara maddi və mənəvi dayaq olmaqdır.

THİK-si iyun-iyul aylarında kollecimizi bitirən tələbələr üçün akt zalında Məzun günü qeyd olunur. Bu münasibətlə kolleci bitirən aktiv və seçilən  tələbələrə  Fəxri Fərman və mükafatlar təqdim olunur.

THİK-si asudə vaxtlarını səmərəli keçirtmək məqsədi ilə mədəniyyət ocaqlarinda müxtəlif tamaşalara, konsertlərə kollektiv baxışlar keçirir.

THİK-si tələbələri tətil günlərində tarixi yerlərə, muzeylərə və.s ekskursiyalr təşkil edir, yay tətili günlərində Azərbaycanın bölgələrinə gəzintilər təşkil edir.

THİK-si keçirilən tədbirlərdə gənclərimizi həvəsləndirmək, onlarda motivasiyanı yüksəltmək məqsədi ilə hədiyyələr, Fəxri Fərmanlar, ehtiyacı olan tələbələrə maddi yardım göstərir.

THİK-si nümayəndələrlə hesabat xarakterli görüşlər keçirir, ortaya çıxan problemlərin həllində yeni tədbirlər planının hazırlanmasında, nizam-intizam qaydalarının möhkəmləndirilməsində müzakirələr aparır və qərarlar qəbul edir.