Edumall Preloader

Tələbə Gənclər Təşkilatı

Tələbə Gənclər Təşkilatı

TGT ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrin ictimai birliyidir. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Təhsil və Səhiyyə Nazirliyinin qərar, əmr və tövsiyələrinə və təşkilatın əsasnaməsinə uyğun fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikamızın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Kollec bu gün gənclərə böyük həyata aparan yolu göstərməklə yanaşı, onları həm də yüksək ixtisaslı kadrlar olmağa ruhlandırır.

Təşkilat:

  • Azərbaycan Respublikasının dövlətçiliyinə sədaqətli gənc nəslin yetişdirilməsi məqsədilə kollecdə tədbirlər həyata keçirir;
  • Tələbələr arasında maarifləndirmə işi aparır;
  • Kollecdə tələbə gənclərin tərbiyəsinin, asudə vaxtının səmərəli təşkilinin, onların fiziki, psixoloji sağlamlığının, istedad və qabiliyyətinin artırılması qayğısına qalır;
  • Tələbələrin hüquqlarını təmin edir;
  • Respublikada keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilər və yarışlarda istedadlı və yaradıcı tələbələrin iştirakını təmin edir.
  • Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, forumların, toplantıların, aksiyaların, dəyirmi masaların, elmi konfransların, kütləvi təbliğat kampaniyaların, müzakirələrin, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsini həyata keçirir.

Təşkilat yarandığı gündən kollecdə bir çox mədəni-kütləvi tədbirlər, görüşlər keçirilib.

Tələbə Gənclər Təşkilatının nəzdində müxtəlif klublar fəaliyyət göstərir:

  • “Kim? Harda? Necə?”
  • “İncəsənət”
  • “Şən və hazırcavablar”
  • “Polad”