Edumall Preloader

“12 May Beynəlxalq Tibb Bacısı Günü”

photo_2025-05-17_10-50-14 (2)
Fotoqalereya Xəbərlər

“12 May Beynəlxalq Tibb Bacısı Günü”

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş konfrans keçirilmişdir

Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva açılış nitqi ilə açaraq, bu əlamətdar günün əhəmiyyətindən və tibb bacılarının cəmiyyətimizdəki əvəzsiz rolundan bəhs etmişdir.

Respublika Pediatriya Mərkəzi Baş Tibb bacıları şöbəsinin müdiri İlahə İsmayılova uğur hekayəsindan bəhs edib və tələbələrə bu şərəfli yolda uğurlar arzu edib.   Konfrans çərçivəsində kollecin müəllimləri, fənn birləşmə komissiyasının sədri və tibb bacısı ixtisası üzrə təhsil alan tələbələr tərəfindən müxtəlif aktual və elmi-praktiki mövzularda təqdimatlar edilmişdir.

Təqdimatlardan sonra "Tibb bacısı (tibb qardaşı) işi" şöbəsinin fəaliyyəti və uğurları haqqında qısa videoçarx nümayiş olunmuşdur.

Konfransın sonunda tədbir THİK və TGT birgə hazırladığı bədii hissə ilə davam etmiş, maraqlı çıxışlar və musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.