Edumall Preloader

12 may Beynəlxalq Tibb Bacısı Günüdür

12 may Beynəlxalq Tibb Bacısı Günüdür
Xəbərlər

12 may Beynəlxalq Tibb Bacısı Günüdür

Ümumdünya Səhiyyə Assambleyası cəmiyyətdə tibb bacılarının nüfuzunu artırmaq məqsədilə 2020-ci ili Beynəlxalq tibb bacısı və mama ili elan edib. Bu, dünyada ilk dəfə şəfqət bacıları xidmətini təskil etmiş Florens Haytingelin anadan olmasının 200 illiyinə təsadüf edir.
Müasir təbabəti tibb bacısız təsəvvür etmək mümkün deyil. ÜST verilən məlumata görə, tibb bacıları səhiyyə sistemində həyati xidmətlər göstərən bütün tibb işçilərinin yarıdan çoxunu təşkil edir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda 52 min 807 orta tibb işçisi var ki, onların da 37 min 322 nəfəri tibb bacılarıdır.
Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında onların üzərinə böyük vəzifə düşür. Tibb bacısı həkimin ən yaxın köməkcisi olub, təyinatları yerinə yetirməklə yanaşı, xəstələri diqqət və qayğı ilə əhatə edərək, onların həyata qayıtması və sağalması üçün əlindən gələni edir.
Tibb bacıları sağlamlıq üçün təhlükə yaradan epidemiya və pandemiya ilə mübarizədə həmişə ön cəbhədə dayanıblar.COVID-19-a qarşı apardığımız mübarizə tibb bacısı peşəsinin cəmiyyətimiz üçün nə qədər vacib olduğunu bir daha sübut etdi. ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib: “Tibb bacıları istənilən tibbi heyətin aparıcı qüvvəsidir. Bu gün bir çox tibb bacısı “COVID-19″a qarşı mübarizədə ön sıralarda yer tutur.” Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Ümumdünya Sağlamlıq Günü münasibətilə yayımlanan “2020-ci ildə dünyada orta tibb işçilərinin vəziyyəti” adlı hesabat dünyada tibb bacılarının çatışmazlığını, onların təhsili, fəaliyyəti və liderlik bacarıqlarının inkişafına yönəldilmiş investisiya üçün prioritet sahələri müəyyənləşdirmiş, 2030-cu ilə qədər tibbi xidmətlərin ümumdünya səviyyəsini təmin etmək üçün dünyaya əlavə olaraq 9 milyondan çox tibb bacısı və tibb işçisi lazım olacağını yayimlamışdır.
Tibb bacısı peşəsi ən nəcib və humanist peşələrdən biridir. Bu, xeyirxahlıq və şəfqət peşəsidir. Eyni zamanda bu, çox çətin bir peşədir. Çünki insanlar tibb bacısına öz həyat və sağlamlığını etibar edirlər. Bu isə çox böyük mənəvi məsuliyyətdir . Peşəkarlıq , məsuliyyət hissi, insanpərvərlik , səbir, əməksevərlik- tibb bacısının əsas keyfiyyətləridir.Tibb bacıları, ən böyük təşəkkürə və hörmətə layiqdirlər.